“65 yaşa gəlib çatmağın heyrətindəyəm...”
Tarix: 3-04-2021, 10:05 | Çap et
Şair, bəstəkar Xanım İsmayılqızı Moderator.az-ın suallarını cavablandırıb. - Xanım xanım, şair və bəstəkar ruhu pandemiyada necə fəaliyyət göstərir?
- Pandemiyanın mənfi tərəfləri ilə bahəm, müsbət tərəfləri də oldu. Mənfi tərəfi göz qabağındadır. Hər mənada itkilərlə, problemlərlə, neqativlərlə üzləşdik. Dünyasını dəyişənlər, işsizlik, maddi, mənəvi çətinliklər, ruhi sarsıntılar. Bütün dünyada gedən bu prosesdən də, təssüf ki, qaçış yoxdur və olmadı. Amma müsbət tərəfləri də oldu. İnsanlarda özünü, ailəsini, övladını, dostunu daha yaxşı tanımaq imkanı yarandı. Həm də bizim 2-cı Qarabağ müharibəmiz və möhtəşəm qələbəmiz də pandemiya ərəfəsində oldu. Keçən il bədbin notlarla başlasa da, onu nikbin əhvalla yola saldıq. Mənim həm ruhum, həm qələmim, həm ürəyim, həm də hisslərim itilənmişdi elə bil. Çox məhsuldar dövr oldu mənim üçün. Onlarla şeirlər, mahnılar yazıldı, vətənpərvər ruhluları daha üstünlük təşkil etdi. General-mayor Polad Həşimova, Xudayar Yusifzadəyə, ordumuza, igid əsgərlərimizə, şəhidlərimizə, Azərbaycan Türkiyə qardaşlığına, Ali Baş Komandanımıza həsr etdiyim şeirlərim yazıldı və dövri mətbuatda dərc olundu. Sözü və musiqisi mənə aid " Sən qalibsən" adlı mahnım Faiq Ağayevin ifasında səsləndi və kliplə təqdim olundu. Sözləri mənə, musiqisi Gülnar Əlfiqızına aid "Şəhidlər" mahnısı yazıldı və Kamilə Nəbiyeva ifa etdi. Sözləri mənə, musiqisi Faiq Sücəddinova məxsus "Qarabağ Azərbaycandır" adlı mahnı yazıldı, Brilliant Dadaşova və Faiq Sücəddinov ayrı-ayrılıqda bu mahnını ifa etdilər, klipləri təqdim olundu. Sözləri mənə, musiqisi Vüqar Camalzadəyə aid "Vətənim" marşı yazıldı. Sözləri Vahid Əzizə, musiqisi mənə aid olan "Gəlmişik, Şuşa" mahnısı yazıldı, bu günlərdə Teyyub Aslanov və Nəzakət Teymurovanın ifasında lentə alınacaq. Sözləri mənə, musiqisi Eldar Həsənova aid "Bayraq" mahnımız yazıldı, Cahangir Qurbanov ifa etdi və kliplə təqdim olundu. Şəhid Rahib Quliyevə ithaf etdiyim, sözü və musiqisi mənə aid "Rahib zirvəsi" adlı mahnımı Tünzalə Ağayeva ifa etdi. Şəhid Kənan Rüstəmliyə ithaf etdiyim, sözü və musiqisi mənə aid "Laylay" mahnım Nazpəri Dostəliyeva tərəfindən ifa olundu və Nail Naiboğlunun klipi ilə bu günlərdə tamaşaçıların ixtiyarına verildi. "Səni göyə bağışladım" adlı şeir kitabım 2020-ci ilin 27 sentyabrında "Mücrü" nəşriyyatı tərəfindən nəşr edildi və bu tarix həm müharibənin başlanması, həm də kitabımın işıq üzü görməsi ilə qəribəlik qazandı. Bu il aprelin 10-da 65 yaşım tamam olacaq. Bu münasibətlə Azərbaycan Dövlər Tərcümə Mərkəzi "Adı olmayan fəsil" adlı yubiley kitabımı nəşrə hazırlayır. Bu kitabda şeirlərim, nəğmələrim, müsahibələrim və mənim haqqımda məqalələr toplanıb. Və "İlahi, yerimi demə" adlı digər kitabım da İranda çapa hazırlanır. Məncə çox işlər görüb ruhumla ürəyim. - Xanım xanım, özünüzü düşünüb də qələmə aldığınız əsəriniz, mahnınız var?
- Əslində bütün yazdıqlarımda bu və ya digər formada mən varam. Hadisələr fərqli ola bilər, amma hisslər mənimdir. Məni ifadə edən və yaxud özümdən yazdıqlarım da var. Məsələn, İradə İbrahimovanın ifa etdiyi "Qəm qalası" mahnısı məni ifadə edir. Yenə də İradə İbrahimovanın ifasında "Səndəmi ölmək istədin" mahnımı anama ithaf etmişəm və mənim kədərimə köklənib. Keçən il Elnarə Xəlilova ilə bir mahnı lentə aldıq. Sözü və musiqisi mənə aiddir. Oğluma ithaf etmişəm, onun timsalında dünyasını dəyişən bütün oğullarımıza ünvanlamışam və onların kədərini yaşayan anaların kədəri də var burada. Hələ efirlərdə səslənməyib. Bu qəbildən şeirlər və mahnılar onlarladır. - Mahnılarınızda, şeirlərinizdə qəribə bir kədər var. Bu nə ilə əlaqədardır? - Kədərimlə, itkilərimlə, ağrılarımla. Heç nə elə-belə ötüb-keçmir ki. Olanlar öz izini, öz imzasını qoyub gedir. Nikbin əhval-ruhiyyəli, məzəli mahnılarım, şeirlərim də var. Amma çox azdır. - Ən gözəl mahnılarınızı hansı sənətkarlar ifa edib? Siz hansının ifasını daha çox bəyənmisiniz? - Seçib-sevdiklərimlə işlədiyim mahnılarım ürəyimcə olub. O qədər uğurlu iş birliklərim olub ki. Hansını deyim, bilmirəm. İlhamə Quliyeva, Flora Kərimova, Faiq Ağayev, Aygün Kazımova, Brilliant Dadaşova, Elçin Cəlilov, Mətanət İskəndərli, Səməd Səmədov, Zöhrə Abdullayeva, Ağadadaş Ağayev, Gülyanaq və Gülyaz Məmmədovalar, Teyyub Aslanov, Nəzakət Teymurova, Tünzalə Ağayeva, Mələkxanım Əyyubova, Könül Kərimova, İradə İbrahimova, Elnarə Xəlilova, Röya Ayxan, Zakir Əliyev, Fidan Hacıyeva, Zamiq Hüseynov, Sevda Əliqızı, Ayan Babakişiyeva, Samir Piriyev, Mətanət Əsədova, "Xan" qrupu, Cahangir Qurbanov, Lalə Məmmədova, Zabitə Alıyeva, Nuri Sərinləndirici ilə istər şair, istərsə də bəstəkar kimi maraqlı və zövqlü yaradıcılıq birliyim olub. Bəlkə daha kimlərinsə adı yadımdan çıxdı, üzrlü saysınlar. Mən onların hər birinə minnətdaram. Bilirsiniz, yazmaq işin bir tərəfidir, əsas tərəfi o mahnıları dinləyiciyə çatdırmaq, ürəklərinə, yaddaşlarına köçürməkdir ki, bu da müğənninin ifasından və təqdimatından asılıdır. Bu barədə sənətkarlarımızdan razıyam. İmzama, şeirlərimə, musiqilərimə dəyər veriblər, doğma yanaşıblar, seviblər və sevdiriblər. Əvvəl mən imzamı, sonra da imzam məni sevdirib. - Xanım İsmayılqızının həyatında nə çatışmır? - İtirdiklərim.
- Ən çətin günlərinizdə təskinliyiniz nə olub? - Ən çətin günlərimi ailəmlə, dostlarımla, əzizlərimlə bölüşərək xilas ola bilmişəm. Həm də yaradıcılığımın sayəsində bir az şeirimdə, bir az musiqimdə aza-aza fikir, ağrı burulğanından azadlığa çıxmışam. Bu barədə Allah üzümə baxıb, sözlə musiqi kimi iki çıxış nöqtəsi verib - biri küsəndə o birinin qapısı açılıb, əlimdən tutublar. Onlar olmasaydı yaşamaq çətin olardı bəlkə də. - Bəstəkarlar var ki, yalnız hiss etdiklərini, düşündüklərini yazır. Elə bəstəkarlar, şairlər də var ki, sifarişlə mahnı və ya söz yazır. Bəs siz necə? - Hər iki hal olur. Amma daha çox mən özüm üçün yazanlardanam. Yəni mənim üçün yazı prosesi hisslərin, düşüncələrin tərcüməsini etmək, onların dilini tapıb ürəyimdən keçirərək söz və musiqi dilinə çevirməkdir. Bütün yaradıcı insanlar tərcüməçilərdir. Bu bədahətən olanda gözəlliyə qovuşur və yaradıcıya rahatlıq gətirir. Amma sifarişli işlərim də olub. O işləri də özümünküləşdirmədən, ruhuma toxundurmadan yazmıram. Ürək qoymadan görülən işlər ürəklərə toxuna bilməz. Nə edirsənsə et, ürəklə et. - Müasir mahnılara, musiqilərə münasibətiniz necədir? Aralarında bəyəndikləriniz var? - Bəyəndiklərim də var, bəyənmədiklərim də. Sonunda hər şeyi onsuz da zaman həll edir. Onun süzgəcindən keçənlər yaşamaq hüququ qazanır və ömrü uzanır. Ömrü uzananlar da bizim ömrümüzü uzadır.
- Qarşıdan doğum gününüz gəlir. 65 yaşınızı qeyd edəcəksiniz? Özünüzü bu yaşda necə hiss edirsiniz? - 65 yaşa gəlib çatmağın heyrətindəyəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49 |
|
|
|
• “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Dünən, 15:48 |
|
|
|
• Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Dünən, 15:40 |
|
|
|
• “MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Dünən, 15:38 |
|
|
|
• Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Dünən, 15:29 |
|
|
|
• Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Dünən, 15:27 |
|
|
|
• Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Dünən, 15:18 |
|
|
|
• Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Dünən, 15:16 |
|
|
|
|