“Komandirimiz son nəfəsində də Vətən marşı oxuyurdu”
Tarix: 10-03-2021, 09:31 | Çap et
Vətən müharibəsində ən müxtəlif təbəqələrdən olan insanlar iştirak edirdi. Onların arasında əlinə heç vaxt silah almayanı da var idi, peşəkarı da. Adını heç vaxt eşitmədiklərimiz də var idi, cəmiyyətdə kifayət qədər tanınanlar da. Bax, belə mərd oğullardan biri də məşhur, sevilən aktyor Oğuz Alparslan idi. İndiyədək çoxlarımızın ancaq televiziya ekranlarında gördüyümüz bu gənc İkinci Qarabağ savaşında sinəsini torpağa sipər etdi, ölümlə burun-buruna dayandı. Oğuz bəy 1986-cı ildə Cəlilabad rayonunda anadan olub. Atatürk universitetini bitirib. 2006-cı ildə həqiqi hərbi xidmətdə olub. Hazırda ailələdir və bir övladı var. Amma nə işi, nə də ailəsi onun torpaq təəssübkeşliyinə üstün gəldi.
O, özünün də “Sherg.az”a dediyi kimi, böyük sevinclə, sanki toya-bayrama gedirmişcəsinə cəbhəyə yollanıb:
“Müharibədə könüllü iştirak edirdim. Evini təmir etdiyim bir hərbçi dostum var idi. Günlərin birində mənə zəng edib cəbhəyə yola düşdüyünü dedi. Halallıq istədi. Bu sözündən sonra yerimdə dura bilmədim və yerli hərbi komissarlığa müraciət etdim. Narahatlıqla düşünürdüm: “Görəsən, məni geri qaytarmazlar?”. Elə bu vaxt telefonuma müvafiq mesaj gəldi. Bəli, Vətən məni çağırırdı. Hərbi komissarlığın həyətində böyük bir izdiham var idi. Həmin anlarda xalqımla, millətimlə bir daha fəxr etdim. Qardaşıma zəng edib övladlarımı hərbi komissarlığa gətirməsini xahiş etdim. Sənədlərimi təhvil verib, əmr gözləməyə başladım. Çox keçmədi ki, adım çəkildi. Əlində mikrofon tutan zabitə yaxınlaşdım. Mikrofunu aldım və millətimlə qürur duyduğumu dedim. Qələbə ilə qayıdacağıma söz verdim. Ardınca isə müəllifi olduğum “Türkəm Mən” şeirini səsləndirdim və bizi cəbəhyə aparan avtomobilə mindim. Maşın hərəkət etdikcə sevdiklərimdən uzaqlaşır, Qarabağa tələsirdim”.
O. Alparslanın sözlərinə görə, hərbi əməliyyatlar çox çətin şəraitdə keçib:
“Qubadlı zirvələrində, Ermənistanla sərhəddə ağır döyüşlər oldu. Çətin dağ şəraitində, meşədə səhər tezdən axşamadək döyüşdük. Yandırılan meşə sanki üstümüzə gəlirdi. Tüstüdən göz-gözü görmürdü. Bütün çətinliklərə, o cümlədən şəhidlər verməyimizə rəğmən, vəziyyət bizim xeyrimizə idi. Hər birimiz, eləcə də, zabitlər böyük şücaət göstərirdik. Xüsusilə tabor komandirimizin qəhrəmanlıqları və cəsurluğu adamı heyrətə gətirirdi. Həmin gün zirvə döyüşləri bitmişdi. Yenicə rahat nəfəs almağa başlamışdıq ki, düşmən ağır artilleriya ilə uzaq məsafədən atəş açdı. Minomyot mərmisinin səsini eşidən kimi qorunmaq üçün fərqli mövqelərə atıldıq. Tabor komandirimiz polkovnik-leytenant Nail Orucov əsgərlərindən birini xilas etməkdən ötrü özünü onun üstünə atdı və şəhid oldu. O, şəhadətindən bir gün əvvəl həyat yoldaşı ilə danışırdı. Xanımı demişdi ki, ehtiyatlı ol, üç uşağın var. Komandirimizin cavabı konkret idi: “Mənim orda üç, burda üç yüz övladım var. Haqqınızı halal edin və evin giriş qapısına bayraq asın”. Cənab polkovnik şəhid olacağını bilirdi. Ən cəsur hərbçilərdən biri də 22 yaşlı Etibar Ağayev idi. Deməli, bir dəfə yenə zirvə döyüşü gedirdi. Etibar bizdən bir az aralıda döyüşürdü. Yanındakı yoldaşları şəhid olduğuna görə özünü tək hesab edirdi. Verilən əmrə uyğun olaraq ona yaxınlaşmışdıq. Amma Etibar bizi görmürdü. Sursatı tükəndiyi üçün oradan xilas ola bilməyəcəyini düşünürdü. Arxası üstə çevrilib Vətən marşı oxuyurdu. Bu, onun üçün şəhidlik zirvəsinə gedən yol idi. Biz çatanda komandirimiz səsi eşidib kövrəldi. Soruşdu ki, kimdir Vətən marşını oxuyan? Etibar olduğunu dedim. Səsindən tanımışdım. Bu vaxt Etibar özü də qışqırdı: “Mən!”. Şükür, onu ölümün pəncəsindən xilas edə bildik. Yəni o, son nəfəsində də Vətən marşı oxuyurdu”.
Müsahibimiz fərəhli və sevincli olduğunu söylədi:
“Döyüş yolum Füzulidən başlamışdı. Cəbrayılı da işğaldan azad etdik. Qubadlını və Qubadlı zirvələrini yenicə fəth etmişdik ki, sülh elan olundu. Füzulidən başlayan yol Xocavənddə bitdi. Tərxis olunduq. Mən də qələm əhliyəm. Orda hərdən bədahətən şeir deyirdim. Amma yazmağa imkan idi. Qələmimimizlə şeir yazmaqdansa, silahımızla tarix yazdıq. Ən çox uşaqlarım üçün darıxırdım. Onlara ən qısa zamanda və zəfərlə qayıdacağıma söz vermişdim. Ümumiyyətlə, yolumu gözləyənlərin həsrəti məni hədsiz darıxdırırdı. Tək təsəllim isə Vətənə olan borcumu yerinə yetirməyim idi. Bilirdim ki, bu yolda şəhid də olsam, övladlarım mənimlə qürur duyacaqlar. Döyüş yoldaşlarımın hər biri gülərüz, mehriban idi. Polkovnik Nail Orucov, mayor Müseyib Zeynalov, baş leytenant Ramin Bayramov, əsgərlər Kamran Səmədov, Füzuli Həbibi, Şamil Hüseynli, Cavad Babayev və başqaları şəhidlik zirvəsinə ucalanda da sevincli idilər- gözlərində işıq, üzlərində təbəssüm var idi. Onlar mənim yaddaşımda əbədi olaraq cəsur, gülərüz qəhramanlar olaraq qalacaqlar. Zəfər müjdəsini baş leytenant Azayevdən almışdım. Həmin vaxt döyüş növbətçisi idim. Sevincimin həddi- hüdudu yox idi. Şükür ki, zəfər şərbətini içdik, Qarabağı azad etdik və vətən daşı ola bildik. Biz gələcək nəsillərə azad Qarabağı miras qoyduq!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
|