Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi .....                     Əyalət mollasından yeni sərsəmləmə .....                     Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı .....                     Bakıdakı marketdə eşşək südü satılır .....                     Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır .....                     Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ .....                     Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? .....                     Şimal-qərb küləyi əsəcək .....                     ABŞ-də söz azadlığı: .....                     Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir .....                     Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... .....                     Roşka yenidən həbs edildi .....                     Ruslar keçmişin həsrəti ilə yaşayır .....                     Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR .....                     "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." .....                     Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər .....                     Məşhur iş adamı həbsin bir addımlığında .....                     Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş .....                     Abbas Əliyevə yeni vəzifə verildi .....                     Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? .....                     Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir .....                     İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA .....                     İrəvanı qorxuya salan üç ssenari: .....                     Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir .....                     Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... .....                     Əhməd Əliyev həbsdə öldü .....                     İran İrəvan və Bakıdan təhdid istəmir .....                     Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... .....                     Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü .....                     Ermənistanın addımı Çini qəzəbləndirdi .....                     “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” .....                     Ötən gün həlak olan əsgər barədə DETALLAR .....                     Muxtar Babayev direktoru vəzifəsindən azad etdi .....                     “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” .....                     Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                 

“Qalan ömrümü yenidən Şuşada yaşamaq istəyirəm”
Tarix: 11-11-2020, 08:28 | Çap et
“Qalan ömrümü yenidən Şuşada yaşamaq istəyirəm”
1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilən Şuşa şəhəri, nəhayət, 28 il sonra - 8 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Qarabağın ürəyi və Azərbaycan mədəniyyətinin paytaxtı sayılan Şuşanın azad edilməsi ərazi bütövlüyümüzün bərpası baxımından həm taktiki, həm də psixoloji-mənəvi cəhətdən bizə böyük üstünlük yaratdı.

Şuşanın işğaldan azad edilməsi bütün Azərbaycan xalqını sevinc gözyaşlarına boğdu və bu xəbərdən sonra bütün ölkə bayram ab-havasına büründü. Azərbaycan, Türkiyə və Pakistan bayraqlarına bürünən ölkə vətəndaşları bu qələbəni qeyd etmək üçün şəhərin küçələrinə axışdı və sevinclərini bölüşməyə başladılar.

Şuşanın işğaldan azad edilməsi xəbərinə sevinənlər arasında, 1964-cü ildə Şuşa şəhərində anadan olan, Respublikanın Əməkdar artisti, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Azad Məmmədov da var. O, sevincini AYNA ilə bölüşüb.

- Azad bəy, əvvəlcə Şuşanın işğaldan azad edilməsi münasibəti ilə sizi təbrik edirik. Bu xəbəri eşidəndə nə hisslər keçirdiniz? Təəssüratlarınız maraqlıdır.

- Bu xəbərdən bir gün əvvəl axşamçağı içimdə qəribə bir hiss var idi. Sanki, Şuşanın azad ediləcəyini hiss edirdim. Həmin axşam yağış yağırdı. Mən də açıq havada oturub, yağış səsinə qulaq asa-asa çay içir, Şuşadakı günlərimi xatırlayırdım. Çünki Şuşada olanda da eyni ilə həminki gün kimi, yağışlı-çiskinli havalarda ağac altında oturar, sevdiyim mahnılara qulaq asardım. Bu mənzərənin yenidən yaşanması və qəfildən yadıma düşməsi, Şuşanın azad ediləcəyi ilə bağlı daxilimdə məşum bir hiss yaratmışdı. Həmin gün demək olar ki, səhərə qədər yata bilmədim. Günorta saatlarında isə Prezidentin xalqa müraciət edəcəyini eşitdim. Hiss edirdim ki, Şuşanın azad edilməsi ilə bağlı xəbər veriləcək. Əvvəlcə, çox həyəcanlandım və bu xəbərə dözmək üçün ürək dərmanı atıb müraciəti izləməyə başaldım. Ölkə başçısı Şuşanın azadlıq xəbərini verəndə bir anlıq duruxdum. Lakin çox keçməmiş mənə durmadan zənglər gəlməyə başladı və təbriklərin ardı-arası kəsilmədi. Sanki, məni böyük bir kədərdən xilas elədilər və sevincimə şərik olub, məni tək qoymadılar. Çünki bu, elə bir hiss idi ki, bu hissi qətiyyən sözlə ifadə etmək mümkün deyil. Bu hissi ancaq yaşamaq lazım idi. Vətən həsrəti sona çatdığı üçün sevinc gözyaşlarına boğulmuşdum və nə edəcəyimi bilmirdim.

- Neçə yaşınıza qədər Şuşada yaşamısınız və həmin illəri necə xatırlayırsınız?

- 28 yaşıma qədər Şuşada yaşamışam. Şuşa işğal ediləndən sonra isə 28 ildir ki, Şuşa həsrəti ilə Bakıda yaşayıram. Bundan sonra qalan ömrümü yenidən Şuşada yaşamaq istəyirəm. Əslində, Şuşa işğal edilməsəydi və sadəcə işləmək üçün Bakıya gəlsəydim, istədiyim vaxt doğma torpağıma gedər, böyüyüb boya-başa çatdığım yerlərə baş çəkərdim. Lakin Şuşa işğal ediləndən sonra bütün xatirələr qırıldı və mən Şuşaya həsrət qaldım. Yeri gəlmişkən, mərhum bəstəkarımız Fikrət Əmirovun “Gülüstan Bayatı-Şiraz” adlı simfonik muğamı var. Mən həmin muğamı dinləyəndə həmişə həsrət zəncirinin qırılmasını arzu edirdim və nəhayət, Şuşa azad edildi. Düzdür, torpaqlarımızın azad edilcəyinə hamımız ümid edirdik, amma bu azadlıq elə bir vaxtda oldu ki, sözlə ifadə etmək çox çətindir.

- Yəqin ki, Şuşa ilə bağlı gələcək planlarınız çoxdur...

- Əlbəttə. Allahın izni ilə yenidən Şuşaya qayıdacam və qalan ömrümü orada sürəcəm. Əminəm ki, ölkə başçısı hər şey yoluna düşəndən sonra da Şuşada beynəlxalq festivallar, tədbirlər keçirəcək və Şuşa Dövlət Musiliqi Dram Teatrı da o tədbirlərdə təbii olaraq fəal iştirak edəcək. Biz də böyük məmnuniyyətlə Şuşa Dövlət Musiqili Dram Teatrı olaraq o tədbirlərdə iştirak edəcək və doğma torpağımıza qovuşmağın sevincini yaşayacağıq.

- Siz həm də Şuşa Dövlət Musiqili Dram Tetarının aktyorusunuz. Teatr yenidən Şuşaya köçürülsə, fəaliyyətinizi Şuşada davam etdirəcəksiniz?

- Təbii ki! Biz uzun illər bacardığmız qədər bütün heyətlə birlikdə Şuşa Teatrını qoruyub, ayaqda saxlaya bildik və Şuşanın adını daşıyan teatrımızı dağılmağa qoymadıq. Yəni, əlimizdən gələni etdik. Təbii ki, dövlət də bizə çox kömək elədi, bizim üçün bina tikdi, gözəl şərait yaratdı. İnşallah, yəqin ki, Şuşada bizim üçün daha gözəl teatr binası tikiləcək və biz neçə il qoruyub-saxladığımız ənənələrimizi yenidən Şuşaya qaytaracaq və qaldığımız yerdən davam edəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09
Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04
Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58
Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39
Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34
Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30
Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20
Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19
Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18
Roşka yenidən həbs edildi
Bu gün, 12:05
Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01
Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51
Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38
Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru