Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: .....                     Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək .....                     Hökumənin həyat yoldaşı kompensasiyadan .....                     "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, .....                     Paşinyan separatçıları ona görə müdafiə etmir ki... .....                     "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" .....                     Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib .....                     Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA .....                     Ermənistanın ikibaşlı oyunu: .....                     “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, .....                     AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib .....                     Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: .....                     Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? .....                     Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış .....                     “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu .....                     Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: .....                     “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib .....                     Nazirlik Salyan rayonunda 103 minə .....                     Üzeyirin 3 övladı var imiş .....                     Kukla teatrına müdir düzəldən rəis .....                     “Oktyabrdan bəri maaşımızı vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib .....                     Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri .....                     "Hər yoldan ötənə medal verilməməlidir" .....                     Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib .....                     Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib .....                     ETSN təftiş olundu VƏ... .....                     Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb .....                     OBA-da hadisə əslində NECƏ OLUB?.. .....                     Ermənistan Qərbin əlində oyuncağa çevrilib .....                     Pensiyamız da “özəlləşəcək”: .....                     Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi .....                     Əyalət mollasından yeni sərsəmləmə .....                     Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı .....                     Bakıdakı marketdə eşşək südü satılır .....                     Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır .....                     Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ .....                     Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? .....                     Şimal-qərb küləyi əsəcək .....                     ABŞ-də söz azadlığı: .....                 

"Şuşa şəhərində bayrağımızın dalğalanacağı günü səbirsizliklə gözləyirik"
Tarix: 4-11-2020, 10:43 | Çap et
"Şuşa şəhərində bayrağımızın dalğalanacağı günü səbirsizliklə gözləyirik"
Əməkdar incəsənət xadimi, tanınmış rəssam-modelyer Fəxriyyə Xələfovanın Yenisabah.az-a müsahibəsi:

- Fəxriyyə xanım, cəbhədə gedən döyüşləri izləyirsinizmi? Təəssüratlarınız nədən ibarətdir?

- Xalqımızın özünümüdafiə hüququnu həyata keçirən, 30 ilə yaxındır erməni tapdağı altında qalan doğma torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində qazandığı uğurlar bütün xalqımıza xoşbəxt anlar yaşadır.

Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün haqq işinə başlamışıq. Uzun illərdir ki, Azərbaycan böyük bir haqsızlığa, ərazilərimizin 20 faizinin işğalına məruz qalır; Xocalı soyqırımının xatirəsi və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün varlığı, bütün Azərbaycan vətəndaşları kimi mənə də asanlıqla nəfəs almağa imkan vermir. Bu gərgin zamanda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəyə xas tərzdə nümayiş etdirdiyi rəhbərlik və qətiyyətdən sonsuz qürur duyuruq. Bu münaqişə Azərbaycan xalqının ürəyində açıq bir yaradır. Ürəyimiz Qarabağla döyünür, bu, Azərbaycan üçün milli mənəviyyat məsələsidir. Bu günlərdə milli kimliyimizin rəmzi olan bayrağımızın cəsur əsgərlərimiz tərəfindən işğaldan azad edilmiş bölgələrdə dalğalanmasını görəndə çox təsirlənirik. Azərbaycanın incisi olan və xalqımız üçün yüksək mənəvi dəyər daşıyan Şuşa şəhərində də bayrağımızın dalğalanacağı günü səbirsizliklə gözləyirik. Azərbaycan əsgərləri işğal altındakı torpaqlarımızı geri almağa qərarlıdır.

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycana qarşı növbəti hərbi təcavüzə başladı. Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi əməliyyatlar, çox böyük ruh yüksəkliyi ilə, qarşılanır. Bütün xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanının ətrafında birləşir və onun qərarlarını hərtərəfli dəstəkləyir. Yüz minlərlə soydaşımız könüllü olaraq döyüşlərə qoşulmaq arzusunu dilə gətirib. Bundan əlavə, bir milyondan çox azərbaycanlı məcburi köçkün ümid edir ki, 30 illik əziyyətdən sonra layiq olduqları kimi evlərinə qayıdıb yaxınlarının məzarlarını ziyarət edə biləcəkləri gün yaxınlaşır.

- Düşmənin hərbi cinayətlərə əl atmasını, konkret desək, Azərbaycanın mülki əhalisini atəşə tutmasını necə qiymətləndirisiniz?

- İşğalçı Ermənistan ordusu Azərbaycana qarşı iriçaplı silahlardan və ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın 20 minə yaxın övladı həlak oldu, 50 min adam yaralandı, yüzlərlə dinc sakin girov götürüldü. Bu illər ərzində ermənilər azərbaycanlılara qarşı 32 terror aktı həyata keçiriblər. Xocalı soyqırımı əsrin faciəsi adlandırıldı. İndi də o hadisələrdən bəhs edən lent yazılarına, fotoşəkillərə baxanda körpələrin ermənilər tərəfindən necə işgəncə ilə öldürülməsi adamın damarında qanını dondurur. Erməni işğalçılarını “uşaq qatilləri” adlandırmaq olar.

2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən öldürülən 2 yaşı hələ tamam olmamış Zəhranın faciəsi bizi son 20 ildə azərbaycanlı uşaqların öldürülməsi, girov götürülməsi ilə bağlı yaddaşımızı təzələməyə vadar edir.

1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri minlərlə Azərbaycan uşağının vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olmuşdur. Bu barədə yüzlərlə fakt vardır.

1988-1989-cu illərdə indiki Ermənistan ərazisində yaşayan 250 mindən çox azərbaycanlının qovulması, yəni etnik təmizləmə əməliyyatları nəticəsində qətlə yetirilən 216 azərbaycanlının 23-ü uşaq olmuşdur. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı nəticəsində öldürülənlərdən 63-ü uşaqdır. Həmin faciə zamanı 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirmişdir. Ümumilikdə Qarabağ münaqişəsində 195 azərbaycanlı uşaq öldürülüb.

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə, Gəncə və digər şəhərlərimizdə mülki əhaliyə qarşı hərbi hücumlar həyata keçirilib, birbaşa humanitar hüquqa zidd olan kasetli bomabalardan istifadə olunub. Nəticədə çoxlu sayda mülki vətəndaş zərər alıb. Mülki əhalidən, xüsusilə qadınlar və uşaqlar, ahıllar Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilib. Bu, beynəlxalq hüquq və beynəlxalq hümantiar normalarına, eyni zamanda insanlığa qarşı cinayətdir.

- Hərbi geyimlərin populyarlaşmasını necə şərh edə bilərsiniz?

- Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin başçılığı altında həyata keçirilən genişmiqyaslı əks-hücum əməliyyatları nəticəsində ordumuzun işğal altında olan torpaqlarımızın bir hissəsini mənfur düşməndən azad etməsi hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur hissi yaradır, Qarabağın hər bir qarışının azad olunacağına inamı daha da artırır. İllərdir vətən, torpaq həsrəti ilə yaşayan xalqımız üçün bundan gözəl müjdə ola bilərdimi? Əlbəttə ki, yox. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq! Hazırda Azərbaycan Ordusu son 27 ildə beynəlxalq vasitəçilərin görməli olduqları işləri görür. İnanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz bu missiyanı uğurla başa çatdıracaq. Bu hadisələrdən ilhamlanaraq paytaxtımızda gənclərin, uşaqların, şəhər sakinlərinin çox vaxt da hərbi paltarlar geyinməsinin şahidi oluruq. Qərb ölkələrində hərbi dəb tendesiyalarının populyarlaşması istiqamətində bir sıra addımlar atırlar ki, bunların içində müxtəlif reklam plakatları ilə yanaşı, hərbi parçalardan istifadə edilərək müasir dəbdə geyimlərin tikilməsi, hərbi üslubda mülki çəkmələrin hazırlanması da əsas yer tutur. Beləliklə, hərbi geyimdən və yaxud onun dizaynından istifadə bütün inkişaf etmiş ölkələrdə normal hesab olunur. Eyni zamanda əgər hərbi geyimlər insanlar arasında populyardırsa, buna sevinməklə yanaşı, bunun cəmiyyətdəki vətənpərvərlik hissinin üksək səviyyəsi ilə əlaqəsinin bariz nümunəsidir. Hərbi stilinə yaxın olan, geyim üslubuu militari adlanır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35
Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29
Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26
"Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24
Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12
"Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07
Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58
Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53
Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41
“İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39
AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27
Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22
Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19
Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08
Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04
“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58
Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48
Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45
Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43
“Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39
Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35
Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32
"Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25
Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00
ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55
Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44
OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15
Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00
Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58
Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09
Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04
Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58
Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39
Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34
Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30
Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20
Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19
Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18
Roşka yenidən həbs edildi
Bu gün, 12:05
Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01
Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51
Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38
Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru