"Haçan ailə qursam, görəcəksiniz" .....                     Suriyanın gələcək portreti: .....                     Alkoqollu içkilər .....                     Qarabağ Qazisinin HAQQI YEYİLİR... .....                     “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” .....                     Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! .....                     ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı .....                     Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ .....                     ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub .....                     Türkiyə şirkəti Azərbaycanda ləğv olunur .....                     Ötən ilin avqustunda həbs edilmişdilər .....                     Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: .....                     ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib .....                     Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır .....                     Paşinyan sevinərdi ki, bunları da... .....                     “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ .....                     Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... .....                     Şvabenin cəhdləri mənasızdır: .....                     Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ .....                     Əliyevin həmləsi durumu kökündən dəyişdi .....                     Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı .....                     AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... .....                     7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq .....                     “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” .....                     "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." .....                     Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib .....                     6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? .....                     Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... .....                     Nazir getdi, nazirlik də ləğv olunur? .....                     İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? .....                     Şakro Molodoy vida mərasimində .....                     14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı .....                     "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" .....                     “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” .....                     Siyəzəndə keçmiş məhbus saxlanıldı .....                     "Haram pulları necə yeyirsiniz?!!" .....                     Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? .....                     Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... .....                     Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı .....                     Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə .....                 

"Televizoru açıq qoymuşdum ki, cəbhədən xəbər tutum"
Tarix: 30-09-2020, 08:30 | Çap et
"Televizoru açıq qoymuşdum ki, cəbhədən xəbər tutum"
Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlərimizin azad edilməsi illərdir ki, həmin torpaqlardan ayrı düşən, ürəyi torpaq nisgili ilə qovrulanlanların həsrətinə son qoyub. İşğaldan azad edilən kəndlərdə dünyaya göz açmış tanınmış şəxslər Sputnik Azərbaycan-la qələbə sevinclərini bölüşüblər.

Jurnalist Səfurə Çərkəzqızı (Orucova) müzəffər ordumuzun yağı tapdağından azad etdiyi Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Səfurə Çərkəzqızı bildirib ki, dünyaya göz açdığı Böyük Mərcanlının azad edildiyi xəbərini televiziyadan eşidib: "Mən evdə idim, iş görürdüm. Televizoru açıq qoymuşdum ki, cəbhədən xəbər tutum. Elə bu dəm televiziyada cəbhədə baş verənlərlə bağlı brifinq keçirildi. Əyləşdim ekranın qarşısında. Eşidəndə ki bir sıra kəndlərimiz işğaldan azad edilib, ürəyim möhkəm çırpınmağa başladı.

Böyük Mərcanlı kəndinin azad edildiyini eşidəndən sonra ardından danışılanları eşitmədim. Qızım mənə sarı qaçaraq boynuma sarıldı. Göz yaşlarıma hakim ola bilmədim. Hönkürməyə başladım. Mən o torpaqdan 20 yaşımda ayrılmışam. Bu hissi sözlə ifadə etmək, sətirlərə köçürmək mümkün deyil. Bir anlıq torpaq həsrəti ilə dünyadan köçən atamı xatırladım. Valideynlərim bu günü görmədən dünyadan köçdülər. Atam deyirdi ki, "mən Allahdan zaman istəyirəm ki, gedib öz torpağımda ölüm". Kaş əcəl bir az gecikərdi..."
Həmsöhbətimiz deyir ki, arzusu doğma yurd yerinə qovuşmaqdır: "Bəzən məndən soruşurlar ki, "Böyük Mərcanlını xatırlayırsan, getsən, öz evinizi tapa bilərsənmi?" Mən həmişə cavab vermişəm ki, mən öz ata ocağımı gözüyumulu da gedib tapa bilərəm. Hətta evimizin divarları qalmasa belə... Mənə elə gəlir ki, o kənddə torpağa, daşa toxunmaqla, uşaqlıq xatirələrimin izi ilə gedib öz məhləmizə, evimizə çıxa bilərəm. Cocuq Mərcanlı azad edildikdə mən oraya ilk gedən jurnalistlərdən olmuşam. Orada uçuq bir evin divarına söykənib öz evimizi xatırladım. Cəbrayıldan olan dostlara dedim ki, kaş Böyük Mərcanlı azad olunsun, evimizin uçuq divarları qalmasa belə, mən gedib öz ata ocağımın qaralmış, yanmış yurd yerinə sarılaram, sahib çıxaram. Şükür olsun ki, Tanrı bizə bu sevinci yaşamağı, bölüşməyi nəsib etdi.

Amma bizim arzumuz Cəbrayılla, Böyük Mərcanlı ilə bitmir. İşğal altında olan son qarış torpağımız azad olunana qədər gözümüz yoldadır. Əminəm ki, ordumuz bu sevinc hissini bizə tezliklə yaşadacaq. Mən torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onları vətənpərvər övlad kimi yetişdirən anaların əllərindən öpürəm".
Uşaqlıq xatirələri Böyük Mərcanlıda qalan, ata yurdunun azad olunma sevincini yaşayan digər həmkarımız isə jurnalist Nüşabə Hüseynlidir. Sputnik Azərbaycan-a müsahibəsində Nüşabə Hüseynli üç gündür ki, sevinc göz yaşları içərisində olduğunu söylədi: "Mənim uşaqlıq xatirələrim əsasən Böyük Mərcanlı ilə bağlıdır. Biz ailəliklə canımız, qanımızla o torpağa bağlıyıq. Atam ağır xəstəlikdən sonra yaddaşını itirmişdi. Bizim adımızı belə unutmuşdu. Bircə öz kəndini unutmamışdı. Elə hey deyirdi ki, məni qatara mindirib Böyük Mərcanlıya yola salın. Çox təəssüf ki, atam bu günü görə bilmədi".

N.Hüseynli Böyük Mərcanlıya gedəcəyi günü səbirsizliklə gözlədiyini söyləyir: "O torpaqlardan çıxdığımız vaxtdan 30 ilə yaxın vaxt keçib. Amma mənə elə gəlir ki, o kəndə getsəm, məhəlləmizə, ağaclarımıza qədər tapa bilərəm. Arzum Böyük Mərcanlıda nənə evimi ziyarət etməkdir. Nənəmgilin həyətində böyük ərik ağacı vardı. Yaşıllıqlar içərisində böyük bir həyət idi. Oradakı ərik ağacının altında o qədər xatirələrim var ki... Mən uşaqlığımı xatırlayanda bütün xatirələrim mənə o torpaqdan boylanır. Onlara qovuşmaq, ərik ağacının, qalıbsa, altında, qalmayıbsa, yerində oturub o günləri yenidən xatırlamaq üçün o qədər darıxmışam ki... Bunu sözlə ifadə etmək çox çətindir. Arzum budur ki, mənim kimi uşaqlıq xatirələri işğal olunmuş torpaqlarda qalan hər kəs o günlərini boya-başa çatdığı, gülüb-oynadığı yerlərdə xatırlaya bilsin".

İllərdir ki, işğal altında olan kəndinin nəhayət ki, azad olunduğu xəbərinin sevincini Vətəndən kənarda yaşayanlar da var. Türkiyədə yaşayan Şeyda Nəsibli öz hisslərini Sputnik Azərbaycan-a göz yaşları içərisində bölüşdü. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulan Şeyda Nəsibli kəndinin azad olunma xəbərini eşidəndə şok yaşadığını söyləyir: "Bu xəbəri alanda içimdən öz doğmalarıma sarılıb möhkəm hönkürmək, illərdir ki, içimdə saxladığım Vətən nisgilini hayqırmaq keçdi. Amma mən Vətəndən uzaqda, ikinci Vətən sayılan Türkiyədə yaşadığımdan, yanımda valideynim yoxdur. Bu xəbəri eşidəndən üç gündür ki, ağlayıram. İnsanın bir doğması dünyadan köçəndə nə iləsə təsəlli tapıb sakitləşir. Amma torpaq əldən gedəndə onun bir təsəllisi olmur. 27 ildir ki, mən təsəlli tapmadan yaşayıram. Bu ağrı-acını içimdə saxlayıram.

Mən öz kəndimin azad olunması ilə artıq xoşbəxt olduğumu, tam sevindiyimi söyləyə bilmirəm. Son kəndimiz azad olunana qədər biz tam sevinə bilmərik. Çünki o torpaqlarda bizim millətimizin qanı tökülüb.
Mən 20 yaşımda öz kəndimizdən çıxmışam. İllərdir ki, uşaqlığımın keçdiyi torpağa həsrət yaşayıram. Oynadığın, böyüdüyün torpağa toxuna bilməmək böyük faciədir. Biz torpağımızı itirməklə bir mədəniyyətimizi, el mədəniyyətimizi itirdik. Bizim dadımız, duzumuz o torpaqlarda qaldı. Bakıya gəlib xoşbəxt olmadıq. Torpaq itkisi bizə çox ağır zərbə oldu. İnşallah, torpaqlarımız işğaldan azad olunacaq. Biz viran qalmış torpağımızda yenidən qurub-yaratmağa hazırıq. Mən buradan quş kimi uçub kəndimizi görməyə getmək istəyirəm. İnşallah, icazə verilən kimi doğma kəndimizi görməyə gələcəm. İllərdir ki, ürəyimdə bir arzum var. Öz doğulduğum kəndin hələ də unutmadığım ətrini içimə çəkib torpağından öpmək... Allah bunu arzusunda olan bütün məcburi köçkünlərimizə yaşatsın!"

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Vaqif Bəhmənlinin arzusu isə Füzuli rayonunu işğaldan azad görmək, Füzulinin "Araz" qəzetinin nəşr olunduğu redaksiyada yenidən şeir kitabı çap etdirməkdir: "Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyi xəbərlərini eşitdikcə ürəyim fərəhlə dolur. Mən camaatımızın dilindən bir söz eşidirəm - "Hamımız Ali Baş Komandanın əks-hücum əmrini gözləyirdik". Bu, Qarabağa Azərbaycan xalqının çağırışıdır. Mən burada bir dəqiqə belə dayanmaq istəmirəm. İstəyirəm, gedib əsgərlərimizə ürək-dirək verək, ruhlandıraq. Bütün qələm əhlini səsləyirəm ki, əsgərlərimizin yanında olaq, onlara xeyir-dua verək. Bu saat Azərbaycan ordusu elə böyük ruh yüksəkliyindədir ki, bu sıçrayışın qarşısını heç nə ala bilməz. İnsanın bir yerində zədə olanda sağalmayınca ağrı azalmır. Biz 30 ilə yaxındır ki, bu ağrı ilə yaşayırıq. Mən 5 ilə yaxındır, heç kəsə müsahibə vermirəm. Amma bu gün elə bir gündür ki, sevincimdən saatlarla danışmaq, bu sevinci paylaşmaq istəyirəm.

Böyük Bəhmənlidə yaşayanda 7-ci sinifdən avtobusa minib 40 kilometr yol gedərək şeirlərimi Füzulinin "Araz" qəzetində çap etdirirdim. Yəqin ki, o tarixi bina uçub-tökülüb. Mənim Füzuli işğaldan azad olunduqda ilk gedəcəyim yer o redaksiya olacaq. Hətta hazıram ki, o redaksiyanın bərpası üçün ustalarla bərabər işləyim, daş daşıyım, bərpasına kömək edim".
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kənd sakini Umud Mirzəyev isə sevincinin sözlə ifadə olunmadığını söyləyir. Deyir ki, ən böyük qələbəmizi son qarış torpaqlarımız azad olunduqdan sonra yaşayacağıq: "Arzumuz budur ki, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı - külli Qarabağ azad olunsun. İnsanın yurd-yuvasından qiymətli həyatda heç nə ola bilməz. Hər kəsin doğulduğu yurd onun ana beşiyidir. Mən Tanrıdan diləyirəm ki, Allah əsgərlərimizin üzərində yar olsun, onlara qüvvət versin. Ancaq Ali Baş Komandanın komandaları irəliyə doğru olsun. İşğal olunmuş torpaqlarda bayrağımız dalğalansın. Məni tanıyanlar bilirlər ki, mənim bütün səylərim bu işğal faktının aradan qaldırılmasına, Qarabağın əvvəlki təravətinin qayıtması uğrunda olub. Orada ilk görəcəyim iş ata yurdumu bərpa etmək olacaq. Əminəm ki, biz işğal olunmuş bütün torpaqlarımızda ata yurdumuzun çırağını yenidən yandıracağıq!"

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. Hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Haçan ailə qursam, görəcəksiniz"
Bu gün, 12:15
Suriyanın gələcək portreti: - Tehran onu çəkən “rəssamlar” arasında yoxdur
Bu gün, 12:12
Alkoqollu içkilər BAHALAŞACAQ
Bu gün, 12:11
Qarabağ Qazisinin HAQQI YEYİLİR... - AXI NİYƏ?..
Bu gün, 12:08
“OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58
Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51
ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45
ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39
Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23
Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21
Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18
ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16
Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15
Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00
Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57
Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48
Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30
Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23
AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19
7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07
“Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02
"Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01
Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59
6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56
Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47
İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43
Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38
14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36
"İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31
“Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16
Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13
"Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11
Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08
Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05
Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56
Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53
Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52
Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50
Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49
Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48
Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42
Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31
Ronald Reyqan deyərdi ki... - ŞƏRH
Bu gün, 08:30
Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopter toqquşub - “CNN“
Bu gün, 08:25
Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:21
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru