“Orxan və onun dostu həyat yoldaşımı gecə saat 2-ə qədər evində girov saxlayaraq...”
Tarix: 13-07-2016, 09:29 | Çap et
Bir müddət əvvəl dünyasını dəyişmiş xalq artisti İlhamə Quliyevanın həbsdəki köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. T.Hüseynov müraciətində bir daha vurğulayır ki, həyat yoldaşı İ.Quliyevanın sifarişi əsasında, Xətai Rayon Məhkəməsinin qərarı ilə CM-nin 29.180.3.2 absurd maddəsi ilə təqsirli bilinərək həbs edilib.
T.Hüseynov müraciətində bildirir ki, Mehriban Hüseynova İ.Quliyevanın özünə məxsus bütün sahələr üzrə şəxsi köməkçisi olub: “Yoldaşım onun hegemonluğuna, özündənrazı xasiyyətinə, hərəkət və davranışlarına dözməyərək ağır əməliyyatdan sonra səhhəti düzələn kimi işdən azad olunmasını istəyib. O, isə qərəzli cavab verib, oğulluğu Orxan və dostu Vüqarın əsassız materiallarını əlində sübut tutaraq polis orqanlarına müraciət edib. İlhamə Quliyeva ictimai nüfuzundan və cəmiyyətdə tutduğu mövqeyindən istifadə edərək yalan və şər ittihamlarla həyat yoldaşımı həbs etdirməyə nail olub. Belə ki, ilk əvvəl guya Mehriban Hüseynovanın onu öldürməyə cəhd etdiyini bildirərək polis orqanlarına müraciət edib. Araşdırma zamanı ittihamların tam əsassız olduğunu görüb, çıxış yolu kimi guya ona bihuşedici dərmanlarla təsir göstərməklə iradəsi əleyhinə əmlakını yoldaşıma vəsiyyət etməsinə imza etdirməklə soyğunçuluğa cəhd etmək iddiasını irəli sürdü. Bu ittihamlar əsassız və məntiqsiz olaraq prosessual normativ aktların kobudcasına pozulmasıdır. Çünki İlhamə Quliyevanın iradəsinə zidd olaraq imza edəcəyi heç bir sənəd mövcud deyil və yoldaşımın xeyrinə imza etdiyi heç bir əqd yoxdur. CM-nin 125. 6-cı maddəsinə əsasən müvafiq hal üzrə verilmiş cinayət yalnız şikayət faktını təsdiq edir, istintaq materialında sübut üçün dəyərləndirilə bilməz. Belə ki, İlhamə Quliyevanın istintaq orqanına verdiyi şikayət qanun baxımından heç bir sübutu əhəmiyyət kəsb etmir. Yoldaşımın onu zəhərləməyi və ya bihuşedici dərmanlar verməyi ekspert rəyində öz əksini tapmayıb. İstintaq yalnız İlhamə Quliyevanın və ona kömək olan 5 nəfər şəxsin təzyiqi ilə öz evində yoldaşımın etmədiyi əməli işgəncələrə məruz qoyaraq etiraf etməyini telefonla çəkdirib və sonradan həmin video TV və internet vasitəsilə yayılıb.
CM-nin 126.6-cı maddəsinə əsasən şəxsin öz təqsirini etiraf etməsi ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. İlhamə Quliyeva “Ailə məhkəməsi” təşkil edərək öz yaxınları və tanışları olan Aida Yeqanova, Kəmalə Rüstəmova, Orxan Nadirov, Vüqar Bağırov, Faiq Ələkbərlinin iştirakı və köməkliyi ilə özünəməxsus şəkildə yoldaşıma hədə-qorxu gəlməklə şəxsiyyəti alçaldan şəkildə ondan üzr istəməyini təşkil edib.
Bu hadisəni Faiq Ələkbərliyə çəkdirərək görüntüləri, həyat yoldaşımın şərəf və ləyaqətini alçaldılması səhnəsini TV-lərdə yayılması yolu ilə təkrar olaraq qanunsuzluğa imza atıb. Bundan başqa İlhamə Quliyeva oğulluğu Orxan və onun dostu Vüqarla birlikdə yoldaşımı gecə saat 2-ə qədər evində girov saxlayaraq ağır işgəncə veriblər, döyüblər, təhqir edərək bıçaqla xəsarət yetiriblər. Bundan əlavə həmin şəxslər gecə radələrində yaşadığımız evin qarşısında yoldaşıma hücum ediblər. Bunu görən qonşu və hal şahidləri istintaq tərəfindən indiyə qədər dindirilməyib, ifadələri alınmayıb.
Bu faktlar barəsində dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsək də, baxılmayıb, heç bir qanuni tədbirlər görülməyib. İlhamə Quliyevanın yüksək vəzifəli himayədarlarının olması səbəbindən istintaq kobud qanun pozuntularına yol verərək yoldaşımı etmədiyi cinayət əməlində təqsirkar etməklə öz işini yerinə yetirmiş hesab edir.
Bildirirəm ki, yoldaşımın 9 aydır qanunsuz həbsdə saxlanılmağında istintaq orqanı CM-nin 28.5, 33.3, 124. 2.1, 125. 2.7, 139. 0.4, 141. 1.1, 145.3, 146.1 və digər maddələrinin tələbini kobud şəkildə pozur. Yoldaşıma elan olunmuş ittihamın tam əsassız və məntiqsiz olduğunu bildirirəm. CM-nin 121-ci maddəsini əsas götürüb bir daha müraciət edərək bu işin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsini və yoldaşımın azadlığını tələb edirəm. Həmçinin ittihama əsasən yoldaşımın guya tərtib etdiyi (əslində vəsiyyətnamə forması Vüqar və Məsmə ləqəbli qadın tərəfindən Orxanın sifarişi ilə gətirilibdir) öz xeyrinə İlhamə Quliyevanın əmlakını ələ keçirmək məqsədilə olan vəsiyyətnamə aşkar olunaraq xətti ekspertizaya göndərilsin. Bununla bağlı yoldaşıma verilmiş ittiham əsassızdır.
Ona görə ki, mülki məsələnin tələbinə görə notariat qaydada təsdiq edilməmiş vəsiyyətnamənin məhkəmə predmeti yoxdur. Bu səbəbdən də yoldaşımın vəsiyyətnamə tərtib etmək cəhdi məntiqsizdir. Bundan əlavə yoldaşıma qarşı alçaldıcı təhqir və işgəncə verməklə xəsarət yetirmiş, sonra isə öz çirkin əməllərindən həzz alaraq bu alçaldıcı kadrların görüntülərini yayan şəxslər barəsində CM-nin müvafiq maddələrilə araşdırma başlansın. İ.Quliyevanın cəmiyyət içində xarakterini, digər şəxslərə qarşı fərdi hegemon davranışını nəzərə alaraq yoldaşıma qarşı etdikləri aşkar sübuta yetirilə bilər.
Bir daha bildirirəm ki, Mehriban Hüseynovanın bir qardaşı şəhid, bir qardaşı isə Qarabağ əlili olaraq ağır xəstədir. Yoldaşım dövlətin bəzi güc məmurlarının biganəliyinin qurbanı olub. Hüquq-mühafizə orqanlarından və ictimaiyyətdən xahiş edirəm ki, yoldaşımın əsassız olaraq cəza çəkməyinin qarşısının alınmasında köməkliyinizi əsirgəməyəsiniz. Güclülərin haqsız təzyiqinə məruz qalmış tənha, köməksiz bir Azərbaycan qadınına, şəhid bacısına kömək edəsiniz".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Bu gün, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Bu gün, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Bu gün, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
|