“Qasımla həyatımız oxşardır”
Tarix: 1-06-2016, 09:39 | Çap et
"Qasım gəlir, Qasım gəlir, Yoldan çıxın, Qasım gəlir, Allahın bəlası gəlir, Sözünün ağası gəlir , Özündən çox razı gəlir”. Nəhayət ki, gələ-gələ bizim redaksiyaya çatdı. "Keçmişdəki mən” rubrikamızın qəhrəmanı "Kişi sözü” filmində Qasım obrazı ilə tanınan məşhur aktyor, respublikanın əməkdar artisti, Prezident mükafatçısı Əjdər Həmidovdur. Müsahibimizlə onun gəncliyinə səyahət etdik. "Belə sakit uşaq olmaz” Əjdər Həmidov 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində anadan olub. O qədər sakit, fağır uşaq olub ki, atası onu sakitliyinə görə tez-tez danlayıb: "Uşaqlıqda həddindən artıq sakit, fağır olmuşam. Hətta atam əsəbləşirdi ki, "oğlan uşağı da bu qədər fağır olar? Bir az diribaş, cəld ol. Bir iş dalıyca göndəririk, gəlib çıxmırsan. Uşaq hərəkətli, dəcəl olar. Belə sakit uşaq olmaz”. Əksər uşaqlar kimi dalaşqan deyildim. Dalaşmağı sevmədiyim üçün dalaşan uşaqlardan kənar gəzirdim. Qonşu kənd uşaqları ilə tez-tez yığışıb, komandalar qurub futbol oynayırdıq. Futbolu çox sevirdim. Amma mənim üçün hər zaman dərslərim öndə gəlirdi”. "Əjdərə kömək etmə!” Əjdər Aygünlü kənd orta məktəbini bitirib. Müəllim ailəsində böyüyən müsahibimiz kəndin savadlı, seçilən uşaqlarından olub: "Məktəbi əla qiymətlərlə bitirdim. Müəllimlərim məndən həmişə razılıq edirdi. Anam riyaziyyat müəlliməsi idi. O, mənim evdə anam, məktəbdə tələbkar müəlliməm idi. Anam evə həlli çətin olan məsələlər verirdi. Bəzən çətinlik çəkir, həll edə bilmirdim. Kömək üçün anama müraciət edirdim. Amma atam icazə vermirdi. Anama tapşırmışdı ki, Əjdərə kömək etmə, qoy həllini özü tapsın”. "Rəssam olmaq istəyirdim” 4 uşaqlı ailədə böyüyən həmsöhbətimiz deyir ki, atasının arzusu və göstərişi ilə aktyorluq sənətinə yiyələnib: "Ailədə iki qardaş, iki bacı idik. Məndən kiçik qardaşım Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdi. Bacım isə hazırda anamın sənətini davam etdirir, riyaziyyat müəlliməsidir. Hələ məktəbdə oxuyanda atamız bizə tapşırıq vermişdi ki, Əjdər aktyor, kiçik qardaşım isə prokuror olmalıdır. Mən rəssam olmaq istəyirdim. Rəssamlıq bacarığım da var idi. Amma atam dedi ki, sən aktyor olmalısan. Doğrudan da biz qardaşımla birlikdə hərbi xidmətə getdik, bitirdikdən sonra atamızın arzusunu həyata keçirdik. Mən aktyor oldum, qardaşım isə prokuror. Hələ də cavablandıra bilmirəm ki, atam məndə aktyorluq istedadının olmasını haradan bilirdi. Biz kənddə yaşayırdıq, orada teatr da yox idi. Atam musiqini, xalq mahnılarını, muğamları sevirdi. Amma aktyor sənətini bu qədər sevdiyini bilmirdim. Ola bilərdi, mən atamın arzusunu həyata keçirmək üçün İncəsənət Universitetinə daxil olum, amma istedadım olmasa idi, bu sənəti davam etdirə bilməzdim. İndi düşünürəm ki, nə yaxşı, atam bu sənətdə olmağımı istədi və nə yaxşı ki, mən aktyor oldum”. "Dəyərli müəlimimi itirdim” Tələblik illərindən danışan məşhur aktyor məktəbdə olduğu kimi, universiteti də əla qiymətlərlə bitirib: "İlk dəfə universitetdə Ədil İsgəndərovla Rza Təhmasib məndən imtahan götürdülər. Mən ikinci kursda oxuyanda Ədil İsgəndərov Türkiyədə Türkan Şorayla birlikdə filmə çəkilirdi. O, bizə Türkiyədən danışırdı, film haqqında məlumat verirdi. Lakin bir gün yolunu həsrətlə gözlədiyimiz Ədil müəllim dərsə gəlmədi. Dünyasını dəyişib, bizi tərk etdi. Mən dəyərli müəllimimi belə itirdim”. "Qarajda qalırdım” Ə.Həmidov ilk dəfə təhsil almaq üçün kənddən şəhərə gəldikdə, maddi çətinliklərlə üzləşib: "Kənddən şəhərə gələn bütün tələbələrin çətinlikləri olur. Mən oxuyan vaxt atam xəstə idi, anamın müəllim maaşıyla dolanırdıq. Təsəvvür edin, biz üçümüz - bacım, qardaşım və mən Bakıda oxuyurduq. Çox ağır şəraitdə, çətinliklə universiteti bitirdik. Yadımdadır, qardaşıma bir plaş almışdılar. İkimiz növbə ilə geyinirdik. 4 il tələbə yataqxanasında qaldım. İnstitutu bitirdikdən sonra məni təyinatla Sumqayıt Dram Teatrına göndərdilər. Yataqxanadan çıxmalı oldum. Amma kirayə ev tutmağa pulu yox idi. Ucuz ev axtarmağa başladım. Bir maşın qarajı var idi. Maşın qarajından ev düzəltmişdilər. Bir müddət orada qaldım. Sonra işləyib, borc-xərc edib balaca, bir otaqlı ucuz ev aldım. Maaşım çox az olduğu üçün maddi çətinliyim çox idi”. "Qasım kimi sevmişəm” Əjdər Həmidovu çoxumuz "Kişi sözü”ndə Qasım obrazı ilə tanıyırıq. Filmin əsas qəhrəmanı Qasım sürücü olsa da, yalnız sevdiyi qıza görə iki illik baytarlıq məktəbinə oxumağa gedir. Özü çox gözəl bilir ki, bu iki il mənasız keçib. O, yalnız sevdiyi qıza görə bunu edib. Qətiyyən həkimlik sevdasında da deyil, onu yalnız Solmaz maraqlandırır. Müsahibimiz deyir ki, filmdəki kimi həyatda da böyük və dərin sevgi yaşayıb: "Elə böyük bir sevgi mənim həyatımda da olub. Amma kinodakı kimi, həyatdakı sevgimdə də uğursuzluqla qarşılaşdım. Məhəbbətimiz flimdəki kimi nakam qurtardı. Çox gözəl bir xanımı 10 ilə yaxın sevdim. Amma bəxtimiz gətirmədi, evlənə bilmədik. Ona görə də mən həmişə deyirəm ki, Qasımla mənim həyatımda oxşarlıq çoxdur. Kinoda Solmaza qarşı keçirdiyim hissləri həyatda da yaşamışam”. Əgər sevməsəydi... Müsahibimiz deyir ki, əgər sevməsəydi, Qasım rolunu bu qədər uğurlu oynaya bilməzdi: "Kişi sözü” filminə çəkilməmişdən öncə bütün bunları yaşamışdım. Filmdə Qasım obrazını oynamaq üçün sevməyi bacarmalıydın. Yoxsa o rol alınmazdı. Filmin rejissoru Cahangir Mehdiyev dedi ki, o hisslər səndə olmasa, rol alına bilməz. Obrazı quru, süni canlandırarsan. Cahangir müəllimə də elə o vaxtdan bildirdim ki, mənim həyatımda elə bir xanım olub. Artıq o hissləri yaşamışam. İndi mənim üçün Solmazı sevmək problem olmayacaq. Əgər Qasım obrazını mən yox, başqa bir aktyor oynasa idi, o cür Qasım olmayacaqdı. Ola bilər ki, kimsə məndən də yaxşı oynasın. Amma mənimki kimi olmayacaqdı. Çünki orada gördüyünüz bütün xarakterlər mənim özümdə var”. "Sevin, işləyin, dözün” Müsahibimiz sonda aktyor olmaq istəyən gənclərə məsləhət verdi. Vurğuladı ki, aktyor olmaq istəyənlər bilsin ki, bu sənət çox ağırdı və buna dözmək lazımdır: "Əgər dözə biləcəksinizsə, gəlin. Burada çox çətinliklər, problemlər var, bu problemlərə sinə gərə biləcəksinizsə, gəlin. Sevərəkdən gəlin, elə-belə gəlməyin. Sevin, işləyin, dözün”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
|