"Biz insanlar qəribəyik..." .....                     Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? .....                     Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi .....                     “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” .....                     Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata .....                     Portaldan yayınmış 455 min manatlıq icarə tenderini .....                     Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi .....                     Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı .....                     Ermənistandan Türkiyəyə: .....                     İlyas İsmayılov komaya düşdü .....                     Səssiz gələn ölüm .....                     Qarabağ qazisi iş tapa bilmir .....                     ABŞ-ın yeni düşmənləri kim olacaq? .....                     Bu il sülh sazişi imzalanacaqmı? .....                     Regiona təhlükə saçacaq xartiya: .....                     “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” .....                     "Avion Travel"in rəhbəri məhkəmə qarşısında .....                     “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu .....                     Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” .....                     4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür .....                     Trampdan “qızıl dövr” anonsu və: .....                     Ümit Özdağ sərbəst buraxılıb .....                     İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib .....                     Bakıda idmançı qohumunu öldürənin cəzası .....                     Naxçıvanda donuzların kökü kəsilib .....                     İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI .....                     "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." .....                     Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? .....                     61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır .....                     Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb .....                     Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ .....                     Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? .....                     6 azərbaycanlının tarixi bəyanatı: .....                     Zəngəzur planında dəyişiklik: .....                     Azərbaycanda daha bir qurumda kütləvi ixtisar .....                     Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib .....                     Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: .....                     Bakıda ŞOK: ata 3 il övladını zorladı .....                     BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... .....                 

Namaz qıldığına görə mahmudovçular onu ekstremist kimi həbs ediblər... - "Eldar Mahmudovun qılıncınnın dalı-qabağı kəsib tökdüyü bir vaxtda"...
Tarix: 10-02-2016, 08:53 | Çap et
Namaz qıldığına görə mahmudovçular onu ekstremist kimi həbs ediblər...
Hörmətli “Təzadlar”!
Sizdən həmkar olaraq xahiş edirəm səsimə səs verəsiniz! Yazdığlarımı oxuyaraq 16 saylı təcridxanada haqsız cəza çəkən oğlum Abdullayev Vüqar Abdulhəmid oğlunun düşdüyü vəziyyəti qəzetiniz vasitəsi ilə ictimaiələşdirərək, haqq və ədalətin bərpası üçün öz kömək əlinizi əsirgəməyəsiz!
Hörmətli redaksiya, bildirirəm ki, Eldar Mahmudov və onun əlaltılarının törətdiyi əməllər heç mənim də ailəmdən yan keçməyib. Eldar Mahmudovun qılıncınnın dalı-qabağı kəsib tökdüyü bir vaxtda onun insanlara, dövlətə vurduğu ziyan mənim övladımı da əli-qolu bağlı qoyaraq hüquqları əlindən alınmışdır. Onun etdiyi haqsızlığa bir ana kimi, hətta jurnalist kimi, göz yuma bilmədiyimdən ailəmin başına gətirilən oyunları sizin qəzet vasitəsilə itimaiyyətə çatdırmaq istəyirəm.
Hörmətli redaksiya, istəyirəm məsələyə aydınlıq gətirim, sizlər də agah olun və bilin ki, zərərçəkmiş kimi övladım A.V.Abdulhəmid oğlunun günahı nədən ibarətdir... Əvvəla, mənim övladlarım Allahını, Peyğəmbərini tanıyan imanlı Azərbaycan vətəndaşlarıdır. Azərbaycan da doğma vətənimiz olmaqla yanaşı, tolerant dövlət kimi başqa dövlətlər tərəfindən qəbul edilir. Çünki Azərbaycan Dövləti müstəqil, islami dəyərlərə hörmətlə yanaşan, bu dinə qulluq edən dövlətdir. Oğlum A.V.Abdulhəmid oğlu xarakter baxımından qayğıkeş oğul, gözəl ailə başçısıdır. Bu yaşına qədər heç bir pis vərdişi olmayıb. Əsgər kimi dövlət qulluğunu da müvəffəqiyyətlə başa vurmuş, Vətənə olan borcunu layiqincə yerinə yetirmişdir. Mən valideyn olaraq oğlumu vətəninə, torpağına layiqli bir vətəndaş kimi yetişdirmişəm. Onun iki qız, bir oğul övladı var. Övladları da, əməlisalehdir. Allah oğlumdan razı olsun ki, bugünkü keşməkeşli dövrdə bir ailə kimi övladlarına gözəl tərbiyə verə bilibdir. Bəzən ana olduğumu unudub jurnalist kimi düşünərək özümə sual verirəm: Bəs Azərbaycan vətəndaşı olduğumuz halda, nədən mənim ailəm hansısa harınlamış məmur özbaşnalıqlarına məruz qalaraq öz hüquqlarını itirməlidir? Nədir bu Azərbaycan ailəsinin günahı? Axı mənim övladım dövlətin qanunlarına hörmətlə yanaşan, dini ibadəti ilə məşğul olan Azərbaycan vətəndaşıdır. Hansı səbəbdən dolayı ona heç bir cinayətdə əli olmadığı halda 2010-cu ilin aprel ayında barəsində qəti imkan tədbiri seçilərək cinayət məcəlləsinin 279.1 maddəsi ilə 4 il azadlığdan məhrum edilərək ilk dəfə olaraq məhkumluq həyatı yaşatdılar? Nəyə görə cəmiyyətimizin bir parçası olan bir ailəni başsız qoyublar? Mənim oğlum ömrünün 4 ilini təcridxanada, ailəsindən kənarda məhkum həyatı yaşadı. Nəhayət, oğlum haqsızlığa məruz qalsa da, 4 illik məhkumluğunu başa vuraraq azadlığa çıxdı. Bir məsələni də vurğulamaq istərdim. Görəsən cəzasını çəkib məhkumluğunu başa vuran vətəndaşına dövlət sahib çıxa bilirmi??? Doğrudan da düşündürücü sualdır. Maraqlı məqam budur ki, oğlum azadlığa çıxandan 8 ay sonra yenidən şərlənərək 11 dekabr 2014 -cü ildə bəzi dini qruplaşmalar arasında Sumqayıtda baş vermiş bir hadisə ilə əlaqədar yenidən haqsız yerə istintaqa cəlb edildi. Axı nə idi oğlumun günahı?? Namaz qılmağımı, məscidə getməyimi, əməlisaleh insanlarla təmasda olmağımı?! Axı dövlət üçün mənim oğlum bu qədərmi təhlükəli idi ?! Nəzərinizə çatdırım ki, o siyasətçil deyildi ki, vəzifə, kürsü davası etsin. Allahını sevən vətəndaşdan Vətən xaini ola bilərmi? Niyə onu “Terrorist” adlandıraraq heç bir şahid sübut olmadan barəsində qəti imkan tədbiri seçərək bu dəfə cinayət məcəlləsinin 221.3 - 228.1maddələri ilə təqsiri sübuta yetirilmədən üzünə 8 il iş oxudular. Hardadır haqq və ədalət? Nə səbəbə heç bir cinayətdə əli olmadığı halda onu yenidən müttəhim kürsüsünə əyləşdirdilər? Oğlum bu gün də təcridxanada müəyyən basqı altındadır, sanki ən təhlükəli cinayətkardır. Axı ən təhlükəli cinayətkarı belə basqı altında saxlamırlar. Bilmirəm onlar niyə V.A.Abdulhəmid oğlundan qorxurlar? Bəli, belə görüntüyə ancaq belə ad vermək olar. Sanki oğlum təcridxanadan qaçacaqmış kimi hər gün hər saat hansısa sənədə imza atdırırlar. Bütün bunlar məsələnin bir tərəfi. Niyə “qoluzorlu qanun keşikçiləri” məhkəmə sanksiyası tədbiq edilmədən Eldar Mahmudovun üzü maskalı vəhşiləri oğlumun ailə və uşaqlarının gözü qarşısında zor gücünə evində axtarış aparıblar? Axtarış müddəti evdən heç nə tapmadıqları təqdirdə bağışlanmaz çirkinliyə əl ataraq müəyyən vasitələrdən istifadə edərək şərləyiblər. Axı mənim oğlumun evində silah hardan olmalı idi? Deyim ki, babasından qalmışdı, bu bir yalan olardı. Bəli, oğlumu şərləyərək, guya evindən silah tapıblarmış kimi onu yenidən istintaqa cəlb edirlər. Tutulanların sayımı çox olsun? Niyə Azərbaycan vətəndaşları türmələrə doldurulmalıdır? Çox təəssüflə qeyd edirəm ki, məhkəmədə dindirilmə zamanı baş vermiş hadisədə iştirakçı olduğu haqda heç bir şahid və üzləşmə olmayıb. Hətta istintaq müddəti təhkim edilmiş hüquq müdafiəçisi də iddianı döğrulda bilməyib. Oğlumun əli hər yerdən üzüldüyü halda tapdalanmış hüqunu müdafiə etmək üçün haqq səsini qaldıraraq ombudsman Elmira Süleymanovaya məktub yazır ki, onun hüquqlarını bərpa edərək haqqlarını müdafiə etsinlər. V.A.Abdulhəmid oğlu haqqının tapdalanması ilə barışmayaraq hətta təcridxanada aclıq aksiyası keçirir, psixoloji baxımdan zərbə alığı üçün öz canına zərər verməyə belə cəhd edir. Əslində, İslam dinimizdə insanın özünə zərər verməsi ən böyük günahlardan sayılır. Baxın, oxuyun görün övladımı hansı duruma salıblar ki, İslamı gözəl bildiyi halda Allahın yasaqladığı bir əmələ əl atıb. Əslində belə haqsızlıqlara, təhqirlərə, işgəncələrə dözməyən insan intihar da edə bilərdi. Deməli haqqın- ədalətin olmadığı bir yerdə mən oğlumu, övladları isə atalarını itirməli imiş. Sual edirəm: “Azmı olub belə hadisələr?” Lakin bütün qeyd etdiklərimin müqabilində onun haqq səsinə cavab verən olmadı. Mən valideynliyimi bir kənara qoyaraq bu məsələyə jurnalist nöqteyi- nəzərilə baxanda başa düşürəm ki, oğlumun ən böyük günahı Sumqayıt şəhərində yaşaması olub. Mənə elə gəlir ki, Sumqayıt şəhəri nədənsə bir ocaq kimi həmişə dövlət struktularının diqqətini çəkib. Amma səbəbini bilmirəm. Sözügedən hadisə də, Sumqayıt şəhərində baş verdiyindən V.A.Abdulhəmid oğlu Sumqayıt sakini olduğu üçün şübhəli şəxs kimi “qanun keşikçilərinin” diqqətini yenidən cəlb edir.
Bir məsələni vurğulayım ki, oğlum A.V.Abdulhəmid oğlunun başına gətirilənləri ictimaiyyətə çatdırmaqda məqsədim bir müsəlman ailəsinə edilən haqqsızlığın ictimailəşməsini təmin etməkdir. Hər halda televiziya və mətbuatdan hamımıza məlumdur ki, cəzaçəkmə müəssisələrində yüzlərlə günahsız əməlisaleh oğullar ömürlərini çürüdürlər. Budurmu dövlətin öz vətəndaşına rəva bildikləri? Çox sualların cavabları açıq qalır. Mən hadisənin içərisində olan qələm adamı kimi onu deyə bilərəm ki, Azərbaycanda bir müsəlman ailəsi çökmək üzrədir. Mənim öğlumun övladları həm mənəvi, həm də sosial cəhətdən vəziyyətləri acınacaqlı olması ilə bərabər fikir, qorxu həyəcan keçirməkdən gələcəyin anaları olan qızları, vətəninin əsgəri olacaq oğlu talessemiya xəstəliyinin daşıyıcıları olublar. Gəlin nəzərdən qaçırmayaq ki, bu ailənin heç yerdən sosial təminatı yoxdur. Bəs ailəsinə qovuşacaq deyə ayları- illəri gözləyən ANA öz övladlarını hansı maddiyyatla boya-başa çatdırmalıdır? Hətta təcridxanaya ayda bir dəfə ailəsi ilə görüşə gedə bilməlidir? Unutmayaq ki, bütün qeyd etdiklərimin başında maddiyyat dayanır.
Bütün bunları sizlərə çatdıqmaqda məqsədim Azərbaycan qanunlarının aliliyini nəzərə alaraq bir ana kimi oğlum A.V.Abdulhəmid oğlunun hüquqlarının bərpası üçün yenidən vəsadət qaldırılmasını dövlətimizdən xahiş etməkdir. Mən inana bilmirəm ki, dövlətimiz öz gənc vətəndaşına bu qədər amansız olsun. Axı Prezdentimiz hər zaman vurğulayır ki, “Gənclər bizim gələcəyimizdir!” İnanıram ki, Dövlətimiz də haqqın bərqərar olunmasında maraqlı olaraq hümanistliyini öz vətəndaşından əsirgəməyəcək!
Hörmətlə:
TƏRANƏ NAZİMQIZI










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Biz insanlar qəribəyik..."
Bu gün, 00:51
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48
Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45
“Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42
Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05
Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02
Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28
Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22
Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47
İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45
Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12
Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09
ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27
Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24
Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00
“Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58
"Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37
“Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31
Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19
4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15
Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06
Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58
İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57
Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40
Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35
İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24
Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18
61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06
Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03
Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53
SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47
Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38
6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35
Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31
Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28
Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20
Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17
Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53
"Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51
Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Dünən, 15:48
Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Dünən, 15:40
“MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Dünən, 15:38
Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Dünən, 15:29
Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Dünən, 15:27
Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Dünən, 15:18
Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru