"İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" .....                     Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” .....                     Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı .....                     Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi .....                     "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... .....                     Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! .....                     Azər Rəcəbovun müavini yenidən həbs edildi .....                     Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR .....                     İrəvan Moskvanın əsəblərini tarıma çəkir .....                     Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? .....                     Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa .....                     MİDA sakinləri etiraza qalxdı .....                     "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" .....                     Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı .....                     Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib .....                     Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb .....                     Azərbaycan belə tələb irəli sürüb, ancaq... .....                     Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib .....                     Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... .....                     "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." .....                     Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb .....                     Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb .....                     Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb .....                     Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ .....                     Zurabişvili ermənilərə “dayı” deməyə başladı .....                     Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir .....                     Qubada əsas söz sahibi kimdir? .....                     İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib .....                     15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... .....                     Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? .....                     Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... .....                     Vüqar Əhmədov idarə rəisi təyin etdi .....                     Moskvada Zəngəzur planı ifşa edildi .....                     Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... .....                     “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     “Buta” klinikasının gözdən-könüldən uzaq işləri .....                     "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" .....                     İşçilər bunları bilməlidir... .....                 

Samir Şərifovun maliyyə ombudsmanı əndişəsinin pərdəarxası... - Nazirin səlahiyyətləri azala bilər...
Tarix: 17-08-2015, 09:54 | Çap et
Samir Şərifovun maliyyə ombudsmanı əndişəsinin pərdəarxası...
Uzun müddətdir Azərbaycanda maliyyə ombudsmanının yaradılması ilə bağlı təkliflər səslənsə də, rəsmilər bu mövzuda səssizlik nümayiş etdirirlər. Xüsusilə Maliyyə Nazirliyini belə bir təşəbbüslə bağlı hər hansı mövqe ortaya qoymaması maraq doğurur.

Bəs, maliyyə ombudsmanının yaradılmasını zəruri edən səbəb nədir? Belə bir müvəkkilin təşkili ölkənin maliyyə sektorunda hansı pozitiv nəticələrə yol aça bilər?
Dünən bu mövzuda tanınmış iqtisadçı Samir Əliyev fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycanın maliyyə sektoru son illər əhalinin hüquqlarının ən çox pozulduğu sahəyə çevrilib: “Elə bir ailə, elə bir şəxs yoxdur ki, maliyyə sektorunun xidmətlərinə müraciət etməsin. Kimisi gəlirinin bir hissəsini banklara əmanət edir, kimisi bankdan borc götürür, üçüncülər isə maşınını və evini sığortalayır. Öhdəliyin yerinə yetirilməsi bir az qəlizləşəndə maliyyə qurumları qabağı düşərək problemi öz xeyirlərinə həll edirlər. Müştəri isə hüququ pozulmuş halda qalır. İnsanların ən çox şikayət etdiyi sahə bank sektorudur. Banklar kredit şərtlərinin istədikləri kimi müəyyənləşdirirlər. Müqavilələrdə daha çox öz hüquqlarını qabardırlar. Müştərilərinsə öhdəliklərinə geniş yer ayırırlar. Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır. Məsələ məhkəməyə çatanda da haqsız çıxan vətəndaş olur. Bir tərəfdən də kollektorlar yavaş-yavaş inkişaf edir və əhalinin baş ağrısına çevrilir. Banklar öz reklam çarxlarında əhaliyə düzgün olmayan məlumat verirlər. Onlar kreditin ağır şərtləri barədə məlumatları gizlətməklə əhaliyə natamam məlumatlar verirlər və bununla da əhalini cəlb edirlər. Bank krediti vaxtından əvvəl qaytarmaq istəyən müştəriyə cərimə tətbiq edir və s. Problemli digər sahə lombardlardır. Son dövrlər göbələk kimi artan lombardlar insanların ən çox aldadıldığı məkana çevrilib. Onların verdikləri kreditlərin baha olması azmış kimi, insanların aldadılması halları kifayət qədərdir. Bəzi hallarda müştəriyə kredit verəndə müqavilələr bağlanmır, girov qismində qoyulmuş əmanətin dəyərindən dəfələrlə az məbləğdə kredit verilir, krediti vaxtında ödəyən insanlar bir sıra hallarda girov qoyduqları əmanəti geri ala bilmirlər.
Sığorta sektorunda da vəziyyət ürəkaçan deyil. İnsanlar sığorta hadisəsi baş verəndə sığorta ödənişi almaqda xeyli əziyyət çəkir. Belə misalların sayını artırmaq da olar. Reallıq odur ki, müştərilərin hüquqları addımbaşı pozulur. Fakiti olaraq 2 milyondan çox əmanətçi, 5 milyondan çox kredit müştərisinin taleyi havadan asılı vəziyyətdə qalıb. Əhalinin maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. Bu halda vətəndaş kimə müraciət edəcəyini, hüquqlarının hansı qurum tərəfindən qorunacağını bilmir. Düzdür Mərkəzi Bankın göstərişi ilə bankların nəzdində istehlakçıların şikayətini araşdıran şöbələr yaradılmağa başlayıb. Ancaq şikayətlərə araşdıran müstəqil qurumun olmasına ehtiyac var.
Bu gün ölkədə maliyyə xidmətlərdən istifadə edən müştərilərin hüquqlarını qoruyan hansısa mexanizm və müstəqil institut yoxdur. Belə halların qarşısının alınması üçün bir çox ölkədərdə olduğu kimi Azərbaycanda da maliyyə ombudsmanının (müvəkkilinin) yaradılmasına ehtiyac var. Maliyyə ombudsmanının fəaliyyəti maliyyə təşkilatlarının müştərilərinin hüquqlarını qorumaqdır. Ombudsman institutunun yaradılmasında məqsəd ortaya çıxmış problemləri məhkəmədənkənar həll etməkdir. Ən əsası bu institut müştərilərə pulsuz xidmət göstərir. Ombudsman yaranmış mübahisələri ilkin mərhələdə həll edə bilir.
Maliyyə ombudsmanı institutunun məhkəmələrdən üstünlüyü ondadır ki, müştəriyə məhkəməyə çəkiləcək xərcə qənaət etmək imkanı verir. Eyni zamanda məsələyə baxılması müddəti də məhkəmə ilə müqayisədə qısadır.
Vətəndaşların maliyyə hüquqlarını müdafiə edən ilk maliyyə müvəkkili 1992-ci ildə Almaniyada yaradılıb. Hazırda bir çox ölkələrdə - Fransa, Böyük Britaniya, Danimarka, İsveç, İrlandiya, Pakistan, CAR və başqa ölkələrdə fəaliyyət göstərir. MDB ölkələrində bu institut geniş yayılmayıb. Belə institut Rusiya və Ermənistanda fəaliyyət göstərir. Ukraynada yaradılması nəzərdə tutlsa da, məlum siyasi böhran ideyanın reallaşmasını bir qədər ertələyib. Qazaxıstanda 2011-ci ildə bank ombudsmanı institutu yaradılıb. Gürcüstanda isə sığorta ombudsmanı institutu yaradılması planlaşdırılır.
Maliyyə ombudsmanı bank, sığorta və investisiya sahəsində maliyyə qurumları ilə maliyyə xismətlərinin istehlakçıları arasında yaranmış mübahisələri tənzimləyən mexanizmdir. Onların fəaliyyəti bəzi ölkələr ancaq bank, bəzilərində sığorta, bəzilərində isə bütün maliyyə sektorunu əhatə edir”.
Göründüyü kimi, Azərbaycanda maliyyə ombudsmanının yaradılmasına böyük ehtiyac var və bu, əhalinin hüquqlarının ən çox pozulduğu sahədə nizam-intizam yaratmağa gətirib çıxarardı. Bununla belə, uzun müddətdir müstəqil ekspertlərin gündəmə gətirdiyi məsələyə rəsmilərin, xüsusilə Maliyyə Nazirliyinin səssiz, laqeyd münasibəti sözügedən təşəbbüsün reallaşma ehtimalını sıfıra endirir.
Bəzi iddialara görə, belə bir institutun yaradılması maliyyə naziri Samir Şərifovun marağında deyil. Çünki o, maliyyə ombudsmanının fəaliyyətə başlaması ilə kifayət qədər önəmli səlahiyyətlərindən məhrum olmaq istəmir.
Məsələ burasındadır ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti var və o, əslində həm də maliyyə ombudsmanının həyata keçirməli olduğu işlərlə məşğuldur. Haqqında danışılan müvəkkil yaradılarsa isə bu, adıçəkilən xidmətə ehtiyac qalmaması demək olacaq. Ona görə də Samir Şərifovun sözügedən təklifə münasibətinin sıcaq olmadığı iddia edilir. Bu baxımdan da maliyyə ombudsmanının təşkili ilə bağlı təşəbbüsün reallaşması o qədər də inandırıcı görünmür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59
Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55
Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51
Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45
Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41
"Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37
Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33
Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28
İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25
Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05
Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59
MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57
"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42
Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39
Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33
Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26
Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17
Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15
"Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01
Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59
Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58
Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47
Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36
Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28
İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22
15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16
Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10
Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05
Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58
Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56
“Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48
“Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46
"Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39
İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33
ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30
Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28
İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22
Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
"Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22
Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13
Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11
Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25
Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru