Naxçıvanlı həkimdən şok etiraflar... - Yeni nazirin təzə hoqqaları
Tarix: 29-01-2024, 10:21 | Çap et
Son zamanlar redaksiyamıza Naxçıvan MR Səhiyyə Nazirliyindən xeyli şikayətlər daxil olur. Xəstələr Naxçıvandakı səhiyyə sisteminin yarıtmazlığından, həkimlər isə yeni nazirin “təzə hoqqaları”ndan gileylənirlər. Bəs bu iddialar nə qədər doğrudur?
Suallarımıza aydınlıq gətirməsi üçün yaxından tanıdığımız bir həkimi danışdırmaq istədik. Həkim bizə bir şərtlə müsahibə verməklə razılaşdı: adı məxfi tutulacaq.
Naxçıvanda hələ də “Xan” rejiminin repressiyası xofu hökm sürdüyündən və bu xofun real əsasları olduğundan biz də həkimin xahişini nəzərə alıb, adını gizli tutacağımıza söz verdik.
Ovqat.com-un adının çəkilməsini istəməyən həkimdən aldığı müsahibəni təqdim edirik.
-Həkim, Naxçıvan səhiyyə sistemindən xeyli saylı şikayətlər alırıq. Doğrudanmı Naxçıvanda səhiyyə sistemində bu qədər ağır problemlər var? İstərdim ki, Naxçıvan səhiyyəsinin ümumi mənzərəsi barədə danışasınız.
-Həqiqətən də Naxçıvanda səhiyyə sistemi ağır böhran vəziyyətindədir. Bu böhranın obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər arasında Naxçıvanın uzun illər blokada şəraitində yaşamasını göstərmək olar. Subyektiv səbəblər deyəndə isə yeni nazirin həyata keçirdiyi siyasətlərin yaraya məlhəm olmaması və böhranı daha da dərinləşdirməsidir.
“Nazir Bakı Tibb Universitetinə gedib rezidentlərə yavlarır, di gəl ki...”
-İstərdim, konkret faktlar əsasında danışaq. Naxçıvandakı yeni rəhbərliyin apardığı hansı dəyişikliklər vəziyyətə adekvat deyil?
-Şəxsən mən neçə illərdir xalqın içində bir çox rayon xəstəxanalarında çalışmışam. Amma bu dəqiqə səhiyyədə gedən dəyişiklikləri anlamaqda çətinlik çəkirəm. Naxçıvan Muxtar Respublikası həmişə blokadadır, buna görə də onsuz da insanların həkimli, polisli, vətandaşlı üzlərində gülüş yoxdur, aqresivdirlər. Bu aqressivliyi yeni qərarlar daha da artırır. Mən bu dəyişiklikləri əsasən iki təsnifata bölə bilərəm.
1.Kadr islahatları;
2.Xəstəxanaların yeni vəziyyəti.
Naxçıvanda əzəldən kadr çatışmamazlığı olub və həmişə də olacaq. Köhnə rəhbərlik həkimlərin çoxunu Naxçıvandan qaçırdıb. Yeni nazir təyin olunandan sonra Türkiyədə təhsil alıb gələn həkimlərə 10 min manatdan yuxarı, Bakıda təhsil alıb gələn həkimlərə isə 5 min manatdan yuxarı maaş verir. Misal üçün, Yoluxucu xəstəliklər mərkəzində bir həkim (ad çəkmək etik deyil) 12 min manatlıq əmək müqaviləsi bağlayıb. “Respublikanski”də bir həkim var, resept yaza bilmir, xəstəxana rəhbərliyi bunu bilir artıq, o 4-5 min, diaqnostikada 10 min alan var, digər rayon xəstəxanalarında da həmçinin. Lazım olsa hamısının adlarını və aldığı pulları dəqiq deyə bilərəm. Hamısının adını tək-tək demək etik olmadığı üçün bunu etmirəm. Nazir şəxsən özü Türkiyəyə gedəndə ordakı həkimlərə təklif edir ki, gəlin, bizdə işləyin, bu qədər maaş alın. Hətta Bakı Tibb Universitetinə gedib rezidentlərə yavlarır ki, gəlin, bizdə işləyin, 5 mindən yuxarı əmək haqqı alacaqsınız. Bəs, yaxşı, bunu edirsə, Naxçıvanda 40 ildi bu qədər çətinliklə işləyən həqiqətən savadlı həkimlərə niyə artıq pul vermir və ya müqavilə bağlamır? Bunu əgər kadr çatışmamazlığı ilə əlaqədar edirsə, yerli kadrlar vəziyyəti görüb nə qədər Naxçıvanda qalıb işləyəcəklər? Cərrahın yanına Bakıda ali məktəbi yeni bitirmiş cərrah gətirirlər, o alır 6000, 40 ilin cərrahı isə 1000 manat. Bu, nə dərəcədə düzgündür? Misal üçün, yeganə uzman kardioloqumuz olan Naxçıvanın neməti sayılan Ramin doktor artıq Bakıda iş axtarır.
“Yeni nazir həkimlərdə öz məmləkətinə nifrət yaradır”
Daha sonra, nazir yeni qərar verdi ki, bütün təhsil alan rezidentlərin xəstəxanadakı okladları kəsilsin. Əslində bu qanunla düzgündür, rezidentura təhsili alan həkim işləyə bilməz, amma Naxçıvanda çox böyük kadr çatışmazlığı olduğu üçün rezidentlərə çox böyük ehtiyac var. Belə ki, artıq xəstəxanalarda növbələrə çıxmağa həkim olmadığı üçün bir çoxları qanuni iş saatından artıq işləyir, amma 1000 manat maaş alırlar. Bu vəziyyətdə onlar rezidenturanı bitirib heç biri Naxçıvanda qalmayacaq. Öz məmləkətinə bu nifrəti yeni nazir yaradıb. Naxçıvanda işləyən gənc həkimlərlə arada söhbət edirəm. Onların 30-40%-nin alman dilindən B2 sertifikatı var və Almaniyaya getmək üçün çalışırlar, bir çoxu Türkiyədə, əksəriyyəti isə Bakıda imtahan verib və iş yerləri axtarırlar. Belə çıxır ki, 4-5 ilə Naxçıvanda ya həkim qalmayacaq, ya da bütün həkimlər 10 min manat maaş alacaq. Bu məsələ barədə çox sözlər demək olar, amma yəqin ki, ümumi vəziyyət sizə aydın oldu.
Prezident İlham Əliyev Naxçıvan MR xəstəxanasının açılışında - 1 dekabr 2015-ci il
Nazir Samiq Sadıxov tibb elminə yenilik gətirib
-Bəli, aydındır, keçək ikinci məsələyə. Səhv etmirəmsə, təsnifatınızda göstərdiyinin ikinci ciddi problem xəstəxanalarda yaranmış yeni vəziyyətlə əlaqədar idi. Yeni nazir xəstəxanalarda nə cür yeni vəziyyət yaradıb?
-Nazir vəzifəyə təyin olunan kimi o böyüklükdə Kardioloji xəstəxananı ləğv etdi və bir böyük xəstəxana Respublika xəstəxanasına köçürüldü. Bu, biabırçılıqdır. Respublika xəstəxanasının təcili yardım şöbəsi çox ağır vəziyyətdədir. 8 çarpayılıq şöbədir, demək olar ki, bütün palatalar çox vaxt ürək xəstələri ilə dolu olur. Təcili yardıma ehtiyacı olan xəstələr isə ortalıqda qalır. Ürək xəstələri kardioloji şöbədən əlavə digər şöbələrdə yatırdırlar yer olmadığı üçün, məsələn, proktologiya, terapiya şöbələrində. Çox tragikomik vəziyyət yaranıb, çünki xəstə gəlir yatır respublikanskidə anjio üçün aparırlar köhnə ürək xəstəxanasına orda anjio edirlər. Kardioloji Mərkəz “Respublikansi”yə köçüb, ama anjio yerində qalıb.
-Desənizə, yeni nazir tibb elminə böyük bir yenilik gətirib: Anjio əməliyyatını kardioloji xəstəliklər bölümündən ayırıb. Sonra da bu “ixtiraçı” naziri bəyənmirsiniz.
-Nə deyim, vallah. Kinayə etməkdə haqlısınız. Həqiqətən də vəziyyət həm ağlamalı, həm də gülməlidir. Artıq köhnə Kardiloji Mərkəzdəki anjio cihazının da xarab olduğunu söyləyirlər. Məncə yalandır, binanı satmaq üçün elə deyirlər. Gül kimi reanimasiyası, təcili yardımı, hər şeyi içində olan bir xəstəxana bir şöbəyə köçürüldü. Nəticə belə ağır olmalı idi, təbii.
Nazirin ən mühüm “islahat”larından biri Respublika xəstəxanasının 6-cı mərtəbəsində olan sinif otaqlarında dərs keçməyi qadağan etməsi oldu. Artıq oranın stol, stulları dəyişdirilərək səhv etmirəmsə artıq kirayə vermək istəyirlər. Bu da biabırçılıqdı. Digər rayonlardan və onların əlaqəsiz rəhbərlərindən də danışmaq istəyərdim amma çox uzatmaq istəmirəm. İnşallah, sizə də maraqlı gəlsə, başqa müsahibələrimizdə onlar üzərində də dayanarıq. Bu müsahibədə ilk əvvəl mərkəzdəki problemlərə toxunmaq istəyirəm.
-Məmnuniyyətlə, sizdən Naxçıvanın digər xəstəxanaları barədə də məlumat almaq istərdim. İnşallah, söhbətlərimiz uzun müddətli olar. Mənim üçün bir məsələ də maraqlıdır. Naxçıvanda xəstəxanaların icraçı direktorlarını deyəsən alverçilərdən və savadsız hüquqşunaslardan seçiblər. Naxçıvan MR Səhiyyə Nazirliyinin məddahları buna normal baxırlar. Deyirlər ki, icraçı direktorlar həkim olmaya bilərlər. Mən TƏBİB-dən soruşdum. Azərbaycanın digər bölgələrində baş direktorlar da birqayda olaraq tibb mütəxəssislərindən seçilirlər. Sizcə, tibbə alverçi təfəkkürü ilə baxmaq nə dərəcədə doğrudur?
-Məncə, sualınız ritorikdir. Daha doğrusu, cavabı öz içindədir. Mən sizin yerinizə olsam, sualı belə qoyardım: İcraçı direktorların tibbi savadının olmaması xəstəxanalar üçün niyə yol verilməzdir?
-Bəli, əslində mənim sualımın da əsl mahiyyəti budur? Buyurun, öz sualınıza özünüz cavab verin.
-Sualı cavablandırmamışdan əvvəl önəmli bir arayış vermək istərdim. Naxçıvanda normal insanlar üçün ən çox can yandıran, əksər müayinələri apara bilən və əsası 7/24 rejimdə çalışan xəstəxana “Respublikanski”dir. Naxçıvan şəhərində Ağciyər Xəstəxanası da var, bu xəstəxanada demək olar ki, həkim yoxdu və reanimasiya şöbəsi də həmçinin. Yoluxucu xəstəxanada reanimasiya var, amma olmasa ondan yaxşıdır. Diaqnostika Mərkəzi sanki Avropada bir xəstəxana kimi fəaliyyət göstərir; saat 14-ə qədər işləyir, daha sonra hamı dağılışır evə. Uşaq xəstəxanası ancaq yönləndirmə ilə məşğuldur, uşağın istiliyi varsa, onu yoluxucuya göndərir, travma alıbsa və cərrahilik bir şeyi varsa “Respublikanski”yə, kəllə-beyin problemidirsə diaqnostikiya yönləndirir.
Yeni direktorların tibbi savadı və təcrübəsi olmadığı üçün xəstələri çalışırlar ki, öz aid olduqları xəstəxanalara göndərsinlər. Bu da ölümlə nəticələnir. Misal üçün oksigeni 60-a düşmüş ağciyər problemi olan xəstəni Ağciyər xəstəxanasına zorla göndərirlər, bəs reanimasiya şöbəsi, reanimatoloqu olmayan bir xəstəxana onu həyatda necə saxlaya bilər? Bəli, düz təmin etdiniz, təbii ki, saxlamır, öldürür. Ya da ölümünə yaxın evə yola salır ki, ağırdır, aparın, evdə rahat ölsün. Fikrimi tam çatdıra bilirəmmi, bilmirəm, amma vəziyyət əslində düşünüldüyündən çox pisdir.
Yeni nazir ancaq nə bilim konfrans zalı düzəldir, aksiya keçirir, maşın alır, lazımsız qərarlar verir və çox geniş işlər görməyə çalışır. Sual verirəm: axı bu qədər qarışıqlıq, xaos nəyə lazımdır? Direktorların rüşvət almasını da sübut edərəm, nə bilim, xəstəxanalarda olan qanunsuzluqları da. Axı bu qədər “qanun-qanun” deyib, bu qədər neqativlikləri görməmək olar? Söhbət puldan getmir, hər yerdə pul qazanmaq olur, niyə Naxçıvanda həkim işləyək biz? “Cahan” holdinqin keçmiş işçiləri indi həkimləri idarə edirlər. Respublika xəstəxanasında cərrah Etibar var, professordu səhv etmirəmsə, gedin, baxın görün adam 3 əməliyyatı eyni anda icra edir, Naxçıvanda əlil, zəlil etmədiyi adam qalmayıb. İstədiyiniz insandan soruşun, mənim dediyimi təsdiqləyəcək. Bunu niyə görmür nazir? Arada danışıram həkimlərlə, kasıbçılıqdan təcili yardımda işləyən və hər an Naxçıvandan qaçmağa hazırlaşan savadlı uşaqlar var, niyə onları qabağa çəkmir? Ancaq reklam, aksiya, gic-gic qərarlar, nazirin pul yığanı da Bayramdır. Hələ səhiyyənin aparat rəhbəri var, and içərəm ki, o nəinki həmin vəzifəyə, hətta nazirliyin qapıçısı işləməyə də layiq biri deyil. Adı da Vüsaldır. Naxçıvan MR Səhiyyə Nazirliyində hazırda bir nəfər də olsun normal düşüncəli və səhiyyə ilə əlaqəli adam yoxdu. Bu məsələlər əslində təkcə səhiyyə məsələləri deyil. Bütün ölkələrdə səhiyyə həm də ölkənin ən ümdə milli təhlükəsizlik məsələsi sayılır. Elədirsə, niyə Dövlət Təhlükəsizlik Xidməti və digər yüksək qurumlar bu məsələyə niyə dərhal reaksiya vermirlər, axı Muxtar Respublikada səhiyyə sistemi əvvəl-axır çökəcək bu gedişlə.
(Ardı var) - ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
|