Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı .....                     "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə .....                     Samir Şərifov niyə işdən çıxarıldı? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR .....                     Nazir Kəpəzə polis rəisi təyin etdi .....                     Paşinyan Ermənistan "Titanik"ini batırır .....                     Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır .....                     Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? .....                     Zəngəzura Ermənistan nəzarət edəcək .....                     2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə .....                     Naxçıvanda “dədə-baba” qaydası təyinatlar .....                     Naxçıvan Ali Məclisində yeni təyinat .....                     Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub .....                     Naxçıvanda təhsilin evini elə yıxıblar ki... .....                     "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" .....                     Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... .....                     "Bu münasibətlər zamanın sınağından keçib" .....                     Palata UNEC-də yoxlama apardı .....                     İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... .....                     KAPİTAL BANK-dan total narazılıq olsa da... .....                     Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub .....                     Prokuror gənc sevgilisini öldürən qadına .....                     Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... .....                     “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi .....                     Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb .....                     Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. .....                     ADNSU ilə bağlı qalmaqal davam edir .....                     İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi .....                     Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib .....                     Azərbaycanlı Ukraynada itkin düşdü .....                     Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” .....                     Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi .....                     Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" .....                     Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı .....                     Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... .....                     Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. .....                     Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir .....                     DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? .....                     Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək .....                 

Məmmədyarovun BİZNES ORTAĞI... - Büdcə pullarına BELƏ QONUBLAR...
Tarix: 10-02-2023, 10:11 | Çap et
Məmmədyarovun BİZNES ORTAĞI...
Xarici İşlər Nazirliyinin bir sıra işçilərinin xəyanəti nəticəsində onlarla gənc həyatını itirdi, yüzlərlə gənc şikəst oldu. Onların korrupsiya əməlləri, dövlət büdcəsini talamaq ehtirası Azərbaycanın ədalətli mövqeyinin dünyanın aparıcı ölkələri tərəfindən dəstəklənməsində ciddi problemlər yaratdı.
Dövlət tərəfindən lobbiçilik hərəkatı üçün ayrılan milyonlarla vəsait E.Məmmədyarov çetesinin 3-4
nəfər üzvünün iştahını doyurmaqdan o yana keçmədi. Bu gün həmin çetenin bir üzvü XİN-in Həmkarlar İttifaqının sədri, Avropa ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri, adı dəfələrlə böyük yeyintilərdə, məhkəmə çəkişmələrində hallanan “Diplomat-2008” şirkətinin sədri, 2020-ci ildə DTX-nın həyata keçirdiyi
antikorrupsiya əməliyyatı nəticəsində saxlanan, Rusiyanın xidmət orqanları ilə sıx əlaqəsi olduğu iddia olunan Azayev Elxan Çərkəz oğludur.
Lap əvvəldən başlayaq. Qeyd etdiyimiz kimi, ixtisasca su mühəndisi olan bu adamın diplomatik və elmi fəaliyyəti birbaşa Rusiya Federasiyası ilə bağlı olmuşdur. Rusiya Dövlət Kitabxanasında onun siyasi liderlərin kommunikativ qabiliyyətlərinin inkişafı adlı dissertasiyası FB 9 95-1/1822-0 B 9 95-1/1823-9 bu kodlar altında saxlanılmaqdadır. İddia edilir ki, Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevlə də onun bağlılığı buradan doğur. Su mühəndisi olan E.Azayevin siyasi psixologiyadan necə dissertasiya yazması bir başqa mövzudur, təbii ki, Elxan Çərkəz oğlu Ağayev gül kimi vaxtını sərf edib psixoloji elmlər üzrə namizədlik dissertasiyası yazan deyildi ki!
Kitabxanada onun avtoreferatı aşağıdakı məlumatları ehtiva edir: Азаев, Эльхан Черкез-оглы. “Развитие коммуникативных способностей политических лидеров : автореферат дис. ... кандидата психологических наук : 19.00.12 / Рос. акад. гос. службы при Президенте РФ. - Москва, 1995. - 24 с. Политическая психология Шифр хранения: 9 95-1/1822-0 B 9 95-1/1823-9”. Aparıcı müəssisə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası. Rusiyanın indiyədək bizə kadr hazırlaması, Azərbaycan Respublikası Prezident Aparatının keçmiş rəhbəri, 5-ci kolonun əsas fiquru sayılan Ramiz Mehdiyev tərəfindən onların respublikada yüksək postlarda yerləşdirilməsi uzaq keçmiş deyil. 1965 ci ildə anadan olmuş Elxan Çərkəz oğlu Azayev də onların bir nümayəndəsi. Yuxarıda qeyd etdiyimiz kimi, əsas ixtisası su mühəndisliyi olan E.Azayevin Xarici İşlər Nazirliyində yüksək post tutması heç də onun bilik və bacarığı ilə bağlı olmayıb, irəlidə haqlarında geniş danışacağımız, DTX-nın antikorrupsiya əməliyyatı ilə əlqədar olaraq həbs olunan Anar və Lamiyə Canəhmədovlarla yaxın münasibəti olub. E.Məmmədyarov 2004-cü ildə xarici işlər naziri təyin olunarkən yuxarıda adları çəkilən şəxslərin məsləhət və israrı ilə E.Azayevi də özü ilə birgə nazirliyə gətirib və onu Həmkarlar İttifaqına sədr qoyub. Amma çox keçmədən korrupsioner nazirlə E.Azayev çox yaxşı dil tapıb. E.Məmmədyarov Xarici İşlər Nazirliyinin vəsaitlərini ABŞ-da yaşayan oğlanlarına daşıyanda, Elxan Azayev də həmin vəsaitləri Moskvaya, oğlu Elman Azayevə yönəldib. Əldə etdiyimiz məlumata görə, Elman Elxan oğlu Azayev 2017-ci ildə Moskva ətrafında yerləşən kiçik Jukovski şəhərində LİNK qeyri-dövlət Beynəlxalq Menrcement İnstititunda təhsil alıb və onu da qeyd edək ki, həmin ildə qəbul olunanlar arasında ən aşağı balı da o toplayıb. Riyaziyyatdan cəmi 27 bal. Lakin atasının imkanları hesabına Elman Azayev 2019-cu ildə “Vahid Rusiya” Partiyasının parlament seçkilərinə Jukovski dairəsindən 1 nömrəli namizəd kimi qatılıb. 1 nömrəli birmandatlı Seçki Dairəsi üzrə “Vahid Rusiya” partiyasından növbəti mərhələdə namizədliyi irəli sürülmək məqsədi ilə namizədlərin əvvəlcədən səsverməsində iştirak üçün əvvəlcədən namizədlərin səsvermə siyahısında onun adı 1-ci yerdə durur. Olqa Puşkaryovanın 24 may 2019-cu ildə facebook-da paylaşdığı “Ya Jukovski” adlı qrupda da siyahı onun adı və soyadı ilə başlayır. Oğlu ardıcıl imperiya siyasəti yürüdən, hətta deputatlarından bəzizsi Bakını bombalamağa çağıran “Vahid Rusiya”çıların sırasında dayanan Elxan Azayev Azərbaycan Xarici İşlər Nazirliyinə hansı xeyri verə bilərdi? Əlbəttə, heç bir xeyri! Amma buna baxmayaraq R.Mehdiyevin himayəsi sayəsində bu adamın bir əli Latın Amerikasına, o biri əli uzaq Afrikanın Ser Leona- Fritaun şəhərinə gedib çatırdı. Baxmayaraq ki. Bu adam Xarici İşlər Nazirliyində konkret olaraq Avropa ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri postunu tutub.
Elxan Azayev qohumu Çngiz Ağayev adlı şəxsi də onun biznes işini idarə etmək üçün bir müddət Fritauna ezam etmiş və orada qiymətli daşların emalı zavodu tikməklə məşğul olmuşdur. Deyə bilərsiniz, Xarici İşlər Nazirliyi hara, Fritaunda Qiymətli daşlar zavodu hara. Ümumiyyətlə, Elxan Azayev daş və qumu
həmişə diplomatoyadan üstün tutub. Vaxtilə Qubada çaylardan “rigl” və qumların da Bakıya satış məqsədilə daşınmasına da o, rəhbərlik edib. Əldə etdiyimiz məlumata görə, “Quba karxana əməliyyatında” da E.Azayevin yuxarıda adını çəkdiyimiz qohumu Çingiz Ağayev onun iş icraçısı olub və fəhlələrə əməllicə atıb. Deyilənə görə, hətta bir müddət telefonunu da bağlayıb ki, fəhlələr onu
tapmasınlar.
Əlbəttə, E.Ağayevin Fritaunda təşkil etdiyi biznesinin nazir Elmar Məmmədyarovdan, onun özündən və onların Prezident Aparatındakı himayədarlarından başqa heç bir kimsəyə, o cümlədən Azərbaycan dövlətinə bir qara qəpiklik xeyri dəyməyib. Amma zavodun tikinti, nümayəndənin gedib - gəlmə xərclərin hamısı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin büdcəsindən
ödənilib.
Təbii ki, E.Azayevin “bisnes bacarığı” onun getdikcə E.Məmmədyarova və nazirlikdə at oynada Canəhmədovlara daha da yaxınlaşmağa imkan vermişdir. Nəticədə çox keçmədən ömründə bir gün belə diplomatik işdə çalışmayan E.Azayev Azərbaycan dövlətinin strateji marağında olan Avropa ölkələri üzrə
kurator vəzifəsinə təyin olunub. Vəzifə təsadüfən seçilməmişdi, həmin dövrdə Azərbaycan hökuməti Qarabağ məsələsi ilə bağlı Avropa parlamentariləri ilə isti münasibətlər qurmağa çalışır və bu iş üçün böyük məbləğdə vəsaitlər ayırılırdı. Həmin vəsaitlər Xarici İşlər Nazirliyinin Maliyyə Şöbəsinin rəisi olan Lamiyə Canəhmədovanın nəzarəti altında mənimsənilirdi. O, pulun bir hissəsini Amerika, bir hissəsini isə Avropa ölkələri üçün sənədləşdirir, Amerika üçün ayrılan vəsaiti əri, XİN-in ABŞ ölkələri üzrə idarəsinin rəisi Anar Canəhmədovun və digər hissəsini isə Avropa üzrə kurator Elxan Azayevin adı ilə mənimsəiyirdi. Deyilənə görə, büdcədən Xarici İşlər Nazirliyi üçün ayrılan vəsaitin 20 faizini E.Məmmədyarov özü götürürmüş. Buna görə də xaricdəki səfirliklərimiz uzun illər maliyyə qıtlığı içində yaşadıqlarından bir iş görə bilməyiblər. Qərb ölkələrində lobiçiliyə can atan Azərbaycan hökumətinin xərclədiyi milyonlar bu cür tamahkar, acgöz “diplomatlar” tərəfindən mənimsənildiyindən dünyanın bir çox ölkələri bizim ədalətli müharibəmizi dəstəkləmədi.

Ona görə də Azərbaycan Prezidenti 2020-ci il iyulun 16-da yeni XİN naziri C.Bayramovu qəbul edərkən demişdi: “Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var”.

Həmin adamların önündə isə Elmar Məmmədyarovun sevimlisi Elxan Azayev və Canəhmədov ər-arvadı gedirdi. Əslində, nazirlikdə uzun müddət maliyyə maxinasiyaları aparan şəbəkənin nüvəsində E.Məmmədyarovun birbaşa özünün rəhbərlik etdiyi bu 3-4 nəfər olmuşdur. Onların ən əsaslarından biri olan, Rusiyada siyasi liderlərlə bağlı elm iş müdafiə edərək “alim” adını qazanan nazirliyin yetkisi Elxan Azayev E.Məmmədyarov və Canəhmədovların etmadını doğrultduqdan sonra ona daha bir vəzifə etibar edilmişdi. Tikinti biznesinə nüfuz etmək. Elxan Azayev 2008-ci ilin sentyabrında 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata aldırdığı şirkəti “Diplomat-2008” adlandırır. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman
Rüstəm küçəsi ev 33 A, 53-də (XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüz) yerləşən şirkətin tikdiyi binaların xərcinin yarısından çoxunu, hətta bəzi iddialara görə, 75 faizi XİN-in büdcəsindən ödənildiyi halda satışdan əldə olunan vəsait “buxarlanıb”. "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativinin məqsədi XİN-nin hesabına guya səfirlərə bina tikmək olub. Şirkət XİN-in arxasında, “Nizami” metrosu yaxınlığında, M.İbrahimov 53-də 20 mərtəbəli, “Ağ şəhər”də Birinci fəvvarə küçəsində yeddi bloklu başqa bir bina tikmişdir. Birinci adını çəkdiyimiz binada 166 kv. mənzilin qiyməti 600 min manat olmuşdur. Maraqlıdır ki, həmin binalardakı mənzillərdən yalnız 9-da diplomatlar yaşayır. Qalanını isə imkanlı adamlar alıblar. Təbii ki, həmin sırada Canəhmədovların və E.Azayevin 3-4 mənzilini də qeyd etməliyik. Hər nə olur olsun, mənzil məsələsini başa düşürük, amma “Diplomat-2008”-in Sumqayıtda ticarət mərkəzi tikməsini anlamaq olmur.
Yəni bazarın XİN-ə nə aidiyyatı?

Amma bu da anlaşılandır, kişilər pul qazanmaq istəyib. Qəribəsi odur ki, başdan-ayağa korrupsiya, rüşvət girdabında boğulan Elxan Azayev 2012-ci ilin iyul ayında nazirin təqdimatı ilə “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsinə layiq görülüb. Görünür, elə bu cəzasızlıq onu daha da ruhlandırıb. Hətta mənzillərin satışı yekunlaşdıqdan sonra da binadakı evləri alan və borcunu ödəmiş insanlara məktub göndərərək yenidən vergi borcu adıyla hər kvadrat metr üçün 40 manat tələb etməyə başlayib.

Ümumiyyətlə, dünya diplomatiyası adına ləkə ola biləcək bu şəxslərin hələlik heç birisi layiqli cəzasını almayıb. E.Azayevin sonrakı fəaliyyəti barədə növbəti yazımızda.

“Gündəm Xəbər”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
"Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44
Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36
Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33
Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27
Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10
Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08
Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08
Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04
2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57
Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53
Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51
Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48
Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45
"Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42
Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40
"Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33
İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30
KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26
Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09
Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04
Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00
“Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56
Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54
Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50
ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45
Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41
Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39
Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37
Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34
Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32
Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23
Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15
Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11
Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09
DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04
Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56
İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50
Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45
`GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38
Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22
Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19
Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14
İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru