Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... .....                     Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış .....                     İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü .....                     Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     ADAU ŞƏLALƏSİ... .....                     Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... .....                     `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` .....                     Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? .....                     Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI .....                     Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... .....                     Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! .....                     ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? .....                     İrəvan əslində Bakının gedişlərini təkrarlayır... .....                     "Mənim evimə bir qəpik pul girmir..." .....                     İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi .....                     Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? .....                     Yevlaxda həkimlər sağaltmır, öldürür... .....                     İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb .....                     Zirəddin ən qorxunc proqnozlarını açıqladı .....                     UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ .....                     Sağlamlıq haqqında arayış BİZNESİ... .....                     Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi .....                     ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? .....                     Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? .....                     Ermənistan: Qərbin “Troya atı” .....                     Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib .....                     Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                     Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                     Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər .....                     Bu holdinqin maliyyə problemləri bitmir .....                     Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                 

Hakimiyyət korrupsiya pullarını necə “yuyulması”nın izinə düşüb – çox “başlar” gedə bilır...
Tarix: 5-05-2021, 09:23 | Çap et
Hakimiyyət korrupsiya pullarını necə “yuyulması”nın izinə düşüb
Azərbaycanda məmurların korrupsiyalaşma səviyyəsini müəyyənləşdirmək üçün son illərdə reallaşan həbslər nəticəsində üzə çıxan faktlara diqqət yetirmək kifayətdir: dövlət idarəetməsində orta ranqdan da aşağı məmur vəzifəsini tutan bu şəxslərin həftəlik korrupsiya qazancı 200-300 min manat arası dəyişir. Bu isə orta və yuxarı pillələrdə dayanan vəzifələri tutanların daha böyük korrupsiya imkanlarının olması deməkdir.

Uzun illərdir böyük neft pullarının sürətli və faktiki olaraq heç bir nəzarətsiz xərclənməsi dövründə irihəcmli sərvətlər əldə edən sabiq və indiki məmurların dövlətdən soyub-taladıqları vəsaitlərin geri qaytarılması mexanizmləri ilə bağlı müzakirələr aparılır. Son illərdə belə məmurların özlərinin və ailə üzvlərinin, yaxın qohumlarının adına xarici ölkələrdə yüz milyonlarla dollarlıq biznes və əmlak aşkarlanıb. Hətta əksər deputatların da xaricdə biznesinin olduğu artıq heç kimə sirr deyil. Bu varidatın sahiblərinin dövlətdən soyduqlarını könüllü şəkildə geri qaytarması ehtimalı demək olar ki, sıfıra bərabərdir. Çünki bu, onların həbsi ilə nəticələnə bilər. Buna görə də əksər ekspertlər böyük əksəriyyəti Azərbaycandan çıxarılmış olan vəsaitlərin heç olmasa bir hissəsinin ölkəyə qaytarılması üçün maliyyə və əmlak amnistiyasının elan olunmasını ən məqbul yol hesab edirlər. Praktika da göstərir ki, məmurların həbsi və əmlaklarının müsadirəsi yolu ilə dövlətdən oğurlanan pulların çox cüzi bir hissəsini geri qaytarmaq olur. Belə ki, Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.6-cı yarımbəndinə əsasən, məhkəmə qərarı ilə müsadirə edilmiş əmlakların satışından əldə edilən vəsaitlər onların saxlanılması, satışı, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür.

Əmlakların müsadirəsi ilə bağlı məhkəmə qərarlarının icrası Cəzaların İcrası Məcəlləsinin, Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən müvafiq Qaydaların tələblərinə uyğun həyata keçirilir. Belə ki, həmin normativ hüquqi aktlara əsasən, müsadirə edilmiş əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə 5 iş günü müddətində qərarın surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanına məlumat verir.

Bundan sonra dövlət mülkiyyətinə keçən, lakin dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan əmlaklar, habelə tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, dövlət əhəmiyyətli orden və medallar, dərman vasitələri, dini ibadət (ayin) əmlakları əvəzsiz olaraq aidiyyəti təşkilatlara (orqanlara) verilir. Milli və xarici valyutada olan pul vəsaitləri müvafiq qaydada Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Mərkəzi Bankındakı hesabına mədaxil olunur.

Mülki dövriyyəsi məhdudlaşdırılmayan digər əmlaklar “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirilir və onların satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar (Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi) vasitəsilə həyata keçirilir. Müsadirə olunmuş əmlakların satışından daxil olan vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.1.8.1-ci “Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar” yarımmaddəsində əks olunur".

Maliyyə Nazirliyindən aldığımız məlumata görə, bu yarımmadə üzrə dövlət büdcəsinə 2015-ci ildə 6 milyon 777 min manat, 2016-cı ildə 2 milyon 785 min manat, 2017-ci ildə 605 min manat, 2018-ci ildə 9 milyon 144 min manat, 2019-ci ildə 14 milyon 720 min manat, 2020-ci ildə 1 milyon 700 min manat daxil olub. Bu vəsaitlərin 2015-2020-ci illərdə həbs edilən məmur və digər vəzifəli şəxslərin korrupsiya qazancının heç yüzdə biri də olmadığı hər kəsə məlumdur. Buna görə də ekspertlər, mütəxəssislər maliyyə amnistiyasının elan olunmasını vacib sayırlar.

İqtisadçı-ekspert Rövşən Ağayev də bu yolu mümkün sayır, lakin onun fərqli mexanizmlə icra olunmasını təklif edir: “Şəmkirin kreslodan birbaşa həbsə göndərilən icra başçısı ilə bağlı hüquq-mühafizə orqanlarının açıqlamasında 2 maraqlı detal diqqəti çəkir. Detallardan biri budur ki, mənimsəmə və rüşvət yolu ilə qazandığı 832 min manatı ailəsinə məxsus ”Az Forel" MMC-nin balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə yönəlib, nəticədə cinayət yolu ilə əldə etdiyi vəsaitlərin leqallaşdırmasına şübhələr yaranıb.

Məncə, bu günə qədər heç bir məmurun həbsi zamanı rüşvət yolu ilə qazandığı vəsaitləri biznes layihələri hesabına leqallaşdırmasına dair ittihamların irəli sürülməsi təcrübəsinə rast gəlməmişəm. Əgər artıq vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin əmlakın mənbəyinin sorğulanması presedenti yaranırsa, bunu davam etdirmək pis olmaz. Əmlak reyestrində, banklarda hər kəslə bağlı məlumatlar var. Çox təcili gəlir və əmlak bəyannaməsinə keçib hər kəsi dəqiq məlumatlar əsasında sahib olduqlarını cəmiyyətə açıqlamağa məcbur etmək lazmdır.

Artıq bu vəziyyətdə cəmiyyətin ortaq razılaşması əsasında vəzifədən getmək, siyasi hakimiyyətlə bütün bağlarını kəsmək, qanunsuz qazandıqlarının bədəli olaraq müəyyən hissəsini dövlət büdcəsinə vergi formasında ödəmək şərtilə maliyyə amnistiyası aktuallaşa bilər.

Açıqlamadakı digər vacib detal icra başçısının yalnız ittiham aktına düşən sərvətinin dəyəri ilə bağlıdır. Məlum olur ki, təkcə bu əmlak hesabına sərvətin dəyəri az qala 5 milyon manatdır.

Hər halda, təcrübə göstərir ki, müəllimin bahalı mənzilləri və maşın kolleksiyası da olmamış deyil, əks halda, Azərbaycansayağı sərvət ansamblı pozulmuş olar.

Ölkədə yüz minlərlə ailənin çörək pulu uğrunda mübarizə apardığı bu gözəl və cəfakeş vətənimizdə icra başçısının 10 milyonlarla manat sərvət sahibi olması ölkədə əmlak və gəlir qeyri-bərabərliyinin fəlakətli miqyasını göstərir"...

R.Ağayev bildirir ki, həbs olunanların əmlaklarının satışı sahəsində böyük qeyri-şəffaflıq var: “Bu əmlaklar geniş ictimaiyyət xəbərdar edilməklə, açıq və rəqabətli hərraclarda satılmalıdır. Onlar real dəyərinə uyğun qiymətləndirilməlidir, alanların kimliyi də hamıya məlum olmalıdır. Belə hərraclar qanunvericilikdə nəzərdə tutulsa da, proses tam qapalı keçirilir. Araşdırılsa, görəcəyik ki, müsadirə olunan əmlaklara dəyərindən qat-qat aşağı qiymət qoyularaq satılıb. Eyni vəziyyət Beynəlxalq Bankdan kredit götürüb qaytarmadığına görə dövlət mülkiyyətinə keçirilən 10 milyard manatlıq müəssisələrlə bağlı da hökm sürür. Heç bir hesabat verilmir ki, bu müəssisələrin taleyi necə olub”?

Ekspertin fikrincə, məmurların qanunsuz yolla böyük əmlak əldə etməsi çox ciddi problemdir: “Belə əmlaklar, müəssisələrin aşkarlandığı rəsmən elan olunursa, demək ki, böyük bir problem var, onu həll etmək lazımdır. Bu həll qanunsuz gəlirlə qurulan müəssisələrin fəaliyyətinin dayandırılması deyil, onun əvəzində büdcəyə həmin məmurlar tərəfindən verginin ödənməsi müqabilində özlərində saxlanmasını nəzərdə tuta bilər. Əgər bir müəssisənin hansısa məmurun qulluq mövqeyindən sui-istifadə etməklə əldə etdiyi qanunsuz gəlirlə qurulduğu sübuta yetirilirsə, onda müsadirədənsə onun amnistiya predmeti olması daha effektiv olar. Yəni həmin məmurun bütün ailə üzvlərinin adına olan biznes amnistiyaya salınır, əvəzində biznesin müəyyən hissəsi məbləğində dövlət büdcəsinə vergi ödəməsi təmin edilir. Bu zaman iki məqama diqqət yetirilir: həmin məmur ən azı növbəti 5 ildə dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum olunur. Yaxud özü könüllü şəkildə məmurluqdan biznes fəaliyyətinə keçir. İkinci məsələ amnistiya subyekti olan əmlaka görə ödənilməli verginin məbləğidir. Bu, ya indi vergi qanunvericiliyində nəzərdə tutulan dərəcə ilə gəlir vergisinə cəlb olunur, ya da konkret faiz - 20-25 faiz müəyyənləşdirilir, amnistiyaya salınan əmlakın dəyərinin bu hissəsi qədər vergi ödənilir”.

R.Ağayevin sözlərinə görə, bu yolla həyata keçirilən amnistiya prosesinin uğurlu olması üçün onun tam şəffaf şəraitdə aparılması son dərəcə zəruridir: “Bu proses vəzifədə olaraq özü və ailə üzvləri əmlak, biznes sahibi olan bütün məmurları əhatə etməlidir. Bu gün Azərbaycanda heç bir məmur deyə bilməz ki, ailə üzvlərinin biznesinin çiçəklənməsində onun rolu olmayıb. Buna görə də amnistiya istisnasız olaraq bütün belə məmurları və onların ailə üzvlərini əhatə etməlidir. Kimlərinsə məmur-oliqarx statusunu saxlamasına yol verilərsə, bu, prosesin uğursuzluğa düçar olması deməkdir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru