UNEC rəhbəri haqda ilginc iddialar... - ARAŞDIRMA
Tarix: 27-04-2020, 08:37 | Çap et
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («�?нтеграция переходной экономики в систему мирового хозяйства») mövzusunda doktorluq dissertasiyası ətrafında jurnalist araşdırması böyük rezonans doğurmuşdur. Azərbaycanın aidiyyəti elmi mənbələrində yoxa çıxarılmış dissertasiya məhz «Təzadlar»ın əməkdaşlarının sayəsində (ezam olunaraq) Kiyev Dövlət Universitetindən və bu ölkənin Mərkəzi Elmi Kitabxanasından tapılaraq Azərbaycana gətirilmişdir. Ölkəmizin tanınmış rusdilli iqtisadçı alimlərinin və ekspertlərin müzakirəsinə verilmiş doktorluq dissertasiyasına dair çoxsaylı rəylər də alınmışdır, onların bir çoxu mətbuatda dərc edilmişdir. Məlum olurdu ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradov adı çəkilən doktorluq dissertasiyasında Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkəmizdə aparılan böyük iqtisadi islahatları qəti şəkildə şübhə altına almış, siyasi hakimiyyətin bu istiqamətdə atdığı bütün məsul addımları özünün uydurma saxta proqnoz və rəqəmləri ilə pisləmişdir. Vətənpərvərlik hissini itirmiş Ə.Muradov dünyanın diqqət mərkəzində olmuş, Azərbaycan üçün taleyüklü strateji iqtisadi layihə olan «Əsrin müqaviləsi»ni əsassız olaraq gözdən salmış, dünya ictimaiyyətində bu layihə barədə mənfi, səmərəsiz layihə rəyi yaradan fikirlər səsləndirmişdir. Ə.Muradovun doktorluq dissertasiyasında Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın belə bir məsuliyyətli dövründə dövlətin iqtisadi dayağı, bazası olan «Əsrin müqavilə»si ətrfında düşmənə tutalqa verən faktlar sərgiləmişdir. Hətta o, çəkinmədən yazır ki, belə davam edərsə, yəni «Əsrin müqaviləsi»ndən imtina edilməzsə, heç bir iqtisadi-sosial səmərə verməyəcək layihənin «töhfə»si bu olacaq ki, Azərbaycan yaxın gələcəkdə «Banan respublikası»na çevriləcəkdir və s. «Təzadlar»ın Araşdırma Qrupu həmin doktorluq dissertasiyasını Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, PA-nın sabiq rəhbəri, AMEA-nın Prezidenti, Akademik Ramiz Mehdiyevə, PA-nın humanitar siyasət şöbəsinin müdiri F.Əliyevaya, Prezident yanında AAK-ın sədri F.Mustafayevə, Təhsil Nazirliyinə, Azərbaycan Ruspublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, General-leytenant Əli Nağıyevə və s. ünvanlara göndərilmişdir. İndiyədək bir sıra dövlət qurumlarından, o cümlədən Təhsil Nazirliyindən rəsmi cavab gəlmişdir. Həmçinin DTX-dan rəsmi reaksiya olmuşdur. Lakin hiss olunur ki, Prezident Administrasiyasında Ə.Muradovun müdafiəsini və mühafizəsini təşkil edənlər olduğundan, həmin doktorluq dissertasiyası barədə məktub və materiallar ölkə Prezidentinə çatdırılmamış, məlumat verilməmişdir. Karantin müddətində qeyd edilən qurumların fəaliyyətindəki məhdudiyyəti nəzərə alaraq bu istiqamətdə zamanı gözləməli olduq. Lakin sabahdan bu istiqamətdə fəaliyyət davam etdiriləcək. *** Onu da qeyd edək ki, doktorluq dissertasiyasının axtarışı ilə bağlı Ukraynada olarkən bu ölkənin aidiyyəti qurum əməkdaşlarına həmin doktorluq dissertasiyasının hansı şəraitdə, yaxud kimlərsə tərəfindən yazılması, eləcə də plagiat olub-olmaması ilə əlaqədar sorğu verilmişdir. Şübhələr var idi ki, həmin doktorluq dissertasiyası Ukrayna dilində olan digər dissertasiyalardan istifadə edilməklə, düşmən ölkənin Ukraynada çalışan alimləri tərəfindən yazılmışdır. Çünki, əvvəla, Ə.Muradov rus dilində adi şifahi danışıqda çətinlik çəkirsə, o, rus dilində təxminən 500 səhifəlik disertasiyanı və monoqrafiyanı necə yaza bilərdi? İkincisi, dissertasiyada əsas yük əsasən Azərbaycanın iqtisadi siyasətinin uğursuzluğuna hesablanmış şərh və mülahizələr vardır. Bu günlərdə isə ukraynalı alimlərdən birinin (hələlik adını çəkmək istəmirik, özü də belə qeyd edib) qısa məktub-şərhini almışıq. O, Ə.Muradovun ona təhlil üçün tərəfimizdən təqdim edilmiş doktorluq dissertasiyası ilə tanış olduğunu və dissertasiyada təəccüblü iqtisadi təhlillərin olduğunu, bunun Azərbaycanın iqtisadi maraqlarına və siyasətinə qəti uyğun gəlmədiyini yazıb. Alim sonda qeyd edir: "Dissertasiyalar gənc alimlərin tədris və elmi fəaliyyətdə istifadəsi üçündür. Görəsən bu doktorluq dissertasiyası Azərbaycanda tələbələrə ölkənizin indiki iqtisadi durumu ilə daban-dabana zidd olan təhlilləri ilə anlaşılmaz fikirlər aşılamırmı? Şəxsən, mən təəccüblənirəm ki, neft ölkəsinin alimi belə bir iqtisadi yanaşmaya gedib, onu buna nə məcbur edib, deyə bilmərəm". Daha ətraflı yazı "Təzadlar"ın nəzərdə tutulan 28 aprel 2020-ci il tarixli sayında bəhs ediləcək.
*** Xatırladırıq ki, adı çəkilən doktorluq dissertasiyasında istifadə olunmuş aşağıdakı bəzi sitatlar narahatlıq doğurmaya bilməz: «- Təhlil göstərir ki, hal-hazırda Azərbaycanın xarici iqtisadi sferada dəqiq hazırlanmış uzunmüddətli konseptual siyasəti yoxdur, (1, s. 323). -Xarici iqtisadi fəaliyyətin strukturunun, meyllərinin və onun əsas istiqamətlərinin inkişaf perspektivlərinin təhlili göstərir ki, bugünkü idxal-ixrac əməliyyatları siyasətinin davam etməsi uzaq olmayan gələcəkdə Azərbaycan iqtisadiyyatının mövcud birtərəfli strukturunun dərinləşməsinə gətirib çıxaracaq və ölkənin “banan” respublikasına çevrilməsi təhlükəsi yaradacaqdır (1, s. 145-146; 2, s. 84-85). - Yuxarıda izah edilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Azərbaycanın pul -kredit və maliyyə sistemində uzun zaman ərzində davam edən böhran- ölkədə qeyd edilən sferalarda həyata keçirilən islahatların fəlsəfəsində (Hansı ki, bu iqtisadi fəlsəfənin müəllifi Ulu Öndər Heydər Əliyevdir.Red.) yol verilən səhvlərin, məhz monitar yanaşmaya edilən stavkanın nəticəsidir(1, s. 314-315; 2, s. 155). -Mövcud hakimiyyət nə adekvat struktur siyasəti, nə də uzunmüddətli güzəştlər (vergi, gömrük rejimi, reinvestisiya, mənfəətin repatriasiyası və s. üzrə) təklif edə bilmir. Bundan başqa, hakimiyyət iqtisadi və siyasi situasiyadan asılı olaraq “oyun qaydalarını” daima dəyişir (1, s. 286-287; 2, s. 137-138). - Bir çoxlarının düşündüyü kimi, Azərbaycanın neft satışından əldə etdiyi gəlirləri sonsuz deyildir, ciddi surətdə məhduddur… Azərbaycanın valyuta gəlirləri yaxın 30 il ərzindən neft satışından formalaşacaqdır. Poqnozlara görə onun ümumi məbləği 2 mlrd. dolarlıq tədiyyə balansının mənfi saldosunun fərqinə bərabər olacaqdır. Bizim fikirmizcə, xalis valyuta gəliri təxminən 800-859 mln. dolar (Bu rəqəm düşmənlərimizin arzuladığı ola bilər. Red.) təşkil edəcəkdir. Bu, Azərbaycanın yalnız 30 il ərzində əldə edəcəyi və gələcəkdə geri qaytarılmayacaq neft karbohidrogenlərinin itkisini kompensasiya etməli olan vəsaitinin həcmidir. Əgər xarici borcların artımının mövcud tempi gələcəkdə saxlanılarsa, biz bu vəsaitin əsasən borcların və onların faizlərinin ödənilməsinə yönəldildiyinin şahidi olacağıq. Xarici borclara görə hər il ödənilən 800 mln. dollar təşkil edəcək və bizim fikirimizcə, ölkəni yalnız neft resurslarının satışından əldə edilən gəlirlərdən deyil, həm də gələcəyə olan bütün ümidlərdən (yəni siyasi hakimiyyətə olan inam və ümidlərdən- Red.) mərhum edə bilər (1, .s. 295-296; 2, .s. 142-143). - Azərbaycana yatırılan iri xarici investisiya “Əsrin müqaviləsi” adlandırılan (İroniyaya diqqət edin.Red) bir neft kontraktlarıdır… Azərbaycanın bu kontraktdan əldə ediləcəyi gözlənilən kiçik faydasının ətraflı dərin analizi isə onun yoxluğunu göstərir (1, s. 287-288; 2, s. 137-138). -Hakimiyyətin xarici investisiyaların cəlb edilməsi ilə bağlı düşünülməmiş siyasəti ölkənin iqtisadi maraqlarını təmin edə bilməz! (1, s. 291;, 2, s. 139-140) - Bizə elə gəlir ki, ən təhlükəlisi- dövlət idarəetmə orqanlarının davranışının məntiqi sonluğudur. Tez-tez müxtəlif yüksək ranqlı məmurlardan “Azərbaycan çox varlı ölkədir, o aldığı kreditləri asanlıqa ödəyə bilər” kimi mülahizələr eşitmək olar. Əgər hadisələrin gedişi belə bir məntiqlə davam edərsə gələcəkdə Azərbaycan xalqının rifah halının yaxşılaşacağına olan bütün ümidlərini öldürüləcəkdir (1, s. 295; 2, 142)». //tezadlar.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06 |
|
|
|
• Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59 |
|
|
|
• Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57 |
|
|
|
• Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51 |
|
|
|
• Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37 |
|
|
|
• Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33 |
|
|
|
• Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26 |
|
|
|
• SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15 |
|
|
|
• Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11 |
|
|
|
• Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02 |
|
|
|
• Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59 |
|
|
|
• Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56 |
|
|
|
• İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49 |
|
|
|
• "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41 |
|
|
|
• "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25 |
|
|
|
• FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20 |
|
|
|
• Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18 |
|
|
|
• "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15 |
|
|
|
• Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08 |
|
|
|
• `Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05 |
|
|
|
• Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00 |
|
|
|
• Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15 |
|
|
|
• "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40 |
|
|
|
• İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38 |
|
|
|
• Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29 |
|
|
|
• Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26 |
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
|