“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                     Azərbaycanda mənzillər 10 % bahalaşıb .....                     Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi .....                     Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? .....                     Həbsdə olan idmançıların şikayəti təmin edilməyib .....                     Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi .....                     “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi .....                     London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar .....                     Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır .....                     Paşinyanla Putin telefonla danışdı: .....                     “İstəyirsən proses tez-bazar bitsin” .....                     Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi .....                     Rusvari rüsvayçılıq .....                     ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan .....                     Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır .....                     "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." .....                     “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır .....                     Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... .....                     Yeni qayda test üsulunu ləğv edəcək? .....                 

"Narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı?" - Oğlunu itirən atanın FƏRYADI
Tarix: 20-02-2020, 09:31 | Çap et
"Narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı?"
Bir arı sancmasından 24-yaşlı oğlunu itirən Filman Həsənov iki ildən çoxdur prokurorluq və məhkəmə yollarındadır. Oğlunun ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edən ata həm günahkarların cəzalandırılmasını, həm də onu maraqlandıran suallara cavab almaq istəyir. Ancaq hələ heç birinə nail ola bilməyib.

DİA.AZ xəbər verir ki, mərhum Cavid İmanlını sağ çiynindən arı sancıb, həmin nahiyə şişib, ağrı verib. O, Sabunçudakı 3 saylı Kliniki Tibbi Mərkəzə gedib. Atasının dediyinə görə, Cavidi cərrahiyyə şöbəsinə yerləşdiriblər: «Həkim Tağı Əliyev şiş olan yerə iynə batırıb, çirkin olub-olmadığını yoxlayıb. Deyib ki, çirk yoxdur, bir gün sonra buraxacaqlar. Ertəsi gün anası onu çıxarmaq üçün xəstəxanaya gedəndə buraxmayıblar, deyiblər, təcili əməliyyat olunmalıdır. Anası etiraz edib. Həkim deyib ki, əməliyyat edilməsə, qanqren olacaq. Anası əməliyyat otağının qabağında Cavidin gətirilməsini gözləyib. Ancaq onu əməliyyat otağında yox, kifayət qədər xəstələr olan palatada gizli əməliyyat eləyiblər. Mənim oğlum həkim səhvinin qurbanı oldu...».

F.Həsənovun sözlərinə görə, sonradan biliblər ki, elə həmin gün oğlu vəfat edib. Ekspertiza rəy verib ki, Cavidin ölümünə çiynindəki irinli iltihab (absesləşmiş fleqmonası) və orqanizmin ümumi intoksikasiyası səbəb olub. Ekspertiza həmçinin, o nəticəyə gəlib ki, gəncin ölümündə həkim səhlənkarlığı yoxdur.

Ancaq oğlunu həkim səhvi üzündən (artıq dozada narkoz verilməsindən) itirdiyini iddia edən F.Həsənov prokurorluğa, ölkə rəhbərliyinə şikayətlər göndərməklə yanaşı, özü də müstəqil şəkildə araşdırma aparmaq qərarına gəlib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 7 suallıq sorğu göndərib. Suallar da belə olub: arı sancmasından 3 gün keçəndən sonra 24-25 yaşında cavan adam aneflatik şok keçirə bilərmi; narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı; arı sancmış adamda fleqmona (hüceyrə boşluqlarının məhdudlaşmayan yayılmış kəskin irinli iltihabı-red.) ola bilərmi və s.

F.Həsənov deyir ki, Həkimləri Təkmilləşdirmə İnstitutu onun suallarına cavab verməkdən imtina edib. Daha doğrusu, cavab məktubunda yazılıb ki, «burada qaldırılan bütün sualları Səhiyyə Nazirliyinin ekspert komissiyası cavablandırıb». Ona görə də F.Həsənov institutu məhkəməyə verib. Yasamal rayon Məhkəməsi onun iddiasını rədd edib. Bu qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib.

Ancaq Ali Məhkəmə fərqli qərar verib. Yazıb ki, Həkimləri Təkmilləşdirmə İnstitutu şikayətçinin məktubuna əsaslandırılmış cavab verməliydi: «Əgər suallar onun səlahiyyətinə aid deyilsə belə, aidiyyəti üzrə müraciət etməli olduğu subyekt göstərilməli idi. Lakin bütün sualların Səhiyyə Nazirliyinin ekspert komissiyası tərəfindən cavablandırıldığını əsas gətirib sualları cavablandırmayıb. İş materiallarından görünür ki, ekspert komissiyasının rəyində də Filman Həsənovun suallarına cavab yoxdur. Orada yalnız ölüm faktı ilə aparılmış müalicə arasında səbəbli əlaqənin olub-olmaması müəyyənləşdirilib».

İnstitutun nümayəndəsi və vəkili Rauf Abdullayev isə məhkəmədə deyib ki, məktubdakı suallardan bəziləri ümumi xarakter daşıyır, birmənalı cavabı yoxdur. Qalanları da konkret sahədə xüsusi elmi tədqiqatların aparılmasını tələb edir: «Bu tip sualların cavablandırılması üçün məhkəmə-tibbi ekspertizası var. Məsələ ilə əlaqədar araşdırmalar artıq aparılıb, Səhiyyə Nazirliyi məlumatları Filman Həsənova təqdim edib. Onun qoyduğu suallara Səhiyyə Nazirliyinin Ekspert Komissiyası və ya Məhkəmə Tibbi Ekspertizasının cavab vermək səlahiyyəti var. Bunu institutdan tələb edə bilməz».

Ali Məhkəmə aşağı instansiyaların qərarını ləğv edib, ötən il dekabrın 26-da bu işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Ancaq hələ ki, apellyasiya məhkəməsində baxılmayıb.

Bununla paralel ata oğlunun ölümünə görə həkimlərin məsuliyyətə cəlb edilməsi üçün də aylardır prokurorluq və məhkəmə arasındadır. Sabunçu rayon Prokurorluğu cinayət işi başlanmasını rədd edib. F.Həsənovun şikayətindən sonra məhkəmə də prokurorluğun qərarını ləğv edib, işin təkrar araşdırılmasına qərar verilib. Amma Sabunçu rayon Məhkəməsi yenə eyniməzmunlu qərar çıxarıb.

Ata yenə şikayət edib. Bu dəfə Bakı şəhər prokurorunun müavini Sabunçu rayon Prokurorluğunun qərarını ləğv edib. Bu iş Sabunçudan alınıb, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə verilib. Bu idarədə də cinayət işinin başlanması yenidən rədd edilib. F.Həsənov yenə məhkəməyə üz tutub. Dekabrda Səbail rayon Məhkəməsi Bakı şəhər Prokurorluğunun rədd qərarını ləğv edib. Bundan sonrasından isə hələ ki, xəbər yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23
Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19
Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15
Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10
"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02
“Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58
Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10
Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05
Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02
İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00
Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
“Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56
Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54
“AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51
Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48
Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41
Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru