Kənd məktəblərinə ayrılan odun pulu harada və necə yandırılır? - Ceyhun Bayramova bircə sual
Tarix: 14-01-2020, 09:45 | Çap et
Azərbaycanda qış fəslinin dekabr ayında başlamasına baxmayaraq bir neçə dağ rayonlarından başqa demək olar ki respublika ərazisinə qar düşməyib.Bu da ölkə ərazisində havanın o qədər də soyuq olmadığına işarə edir. Buna baxmayaraq rayonlarda orta ümumtəhsil məktəblərinin qızdırılması üçün Təhsil Nazirliyi tərəfindən külli miqdarda vəsaitlər ayrılır. Amma sosial şəbəkələrdə, dövrü mətbuatda və televiziyada kənd sakinləri orta məktəblərdə uşaqların soyuqdan dönmasından, direktorlar tərəfindən odun pulu tələb olunmasından şikayət edirlər. Aktualinfo.org bir müddət öncə bu problemə toxunmuş, kənd orta məktəblərinin qızdırılmasında ciddi nöqsanlara yol verildiyini əks etdirən silsilə yazılar dərc etmişdi.Bu istiqamətdə apardığımız araşdırmalarmalardan sonra üzləşdiyimiz mənzərə daha acınacaqlıdır.Təhsil Nazirliyi Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən kənd məktəblərinin isidilməsi məqsədi ilə odun yanacağının alınması üçün elan olunmuş bütün tenderlərin keçirilməsində dövlət vəsaitinin kənarlaşdırılması hallarına yol verildiyi açıq-aşkar görsənməkdədir.Burada quru odun yanacağının qiymətləri ya gizlədilir və yaxud da çox yüksək yazılır.Alınan odun yanacağının harada yandırıldığı isə sual altındadır. Qeyd edək ki, Şimal -Qərb zonasının Şəki,Oğuz Qəbələ rayonlarını əhatə edən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 22.07 2019-cu ildə odun yanacağının alınması üzrə elan etdiyi tenderi “KRESPO” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb. 208900 manat dəyərində odun yanacağının satınalması nizamnamə kapitalı cəmi 2 manat olan bir MMC-yə həvalə olunub. MMC Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində tenderdə qalib olduğu gündən cəmi üç ay əvvəl,yəni 01.04 2019 -cu ildə vergi uçotuna alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi ev 4 göstərilən MMC-nin qanuni təmsilçisi Emil Elçin oğlu Mehdizadədir. Fəaliyyət sferası məlum olmayan bu üç aylıq bir MMC ilə 208900 manatlıq bir müqavilə bağlanarkən satınalmalar haqqında qanununun tələblərinə nə dərəcədə riayət olunub. Axı sözügedən qanunda açıq aşkar deyilir ki, iddiaçi ən azı bir illik fəaliyyəti barədə vergi və digər icra orqanlarından arayış təqdim etməlidir. Sifarişçi təşkilatın bu kimi nüansları nəzərə almaması və yaxud göz yumması dövlət vəsaitinin bilərəkdən talanması anlamına gəlmirmi? Eyni hallara Yevlax, Mingəçevir, Ağdaş, Bərdə rayonlarını əhatə edən Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən elan olunmuş tenderlərdə də yol verilməsi açıq-aydın görsənməkdədir. Bu rayonlardan Ağdaşda 68, Bərdədə 74, Yevlaxda 57, Mingəçevirdə isə 21 ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Əksəriyyətində 5 günlük iş saatı olan bu məktəblər gün ərzində neçə saat qızdırılır? Qeyd edək ki,bu rayonlarda hazırda qış fəsli olmasına baxmayaraq havalar o qədər də soyuq keçmir. Ötən yazılarda da qeyd etdiyimiz kimi bu rayon mərkəzlərindəki məktəblərin böyük əksəriyyəti qazanxanalar vasıtəsi ilə isidilıir.Kənd məktəbləri isə hələ də valideynlərdən toplanan pullar hesabına odun yanacağı almağa məcbur olurlar. Amma 29.12.2019-cu ildə Təhsil Nazirliyi 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 196000.19 manatlıq odun yanacağının satınalması barədə tender elan ediib. Bu tenderin qalibi isə 10 manat nizamnamə kapitalı olan “Eldar-2014″Məhdud Məsuliyyətli Cəmiyyət olub. Təhsil Nazirliyi “Eldar-2014” MMC -dən 2415 kub metr quru meşə odununun 1 kub metrini 81 manata satın alacaq. . Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə MMC 2014- cü ildə Ağdam rayon Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Quliyev Ramil Bulud oğlu olan MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdur. Nazirliyin Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarını əhatə edən 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən elan olunmuş tenderdə isə odun yanacağının satınalması üçün 298799.60 manatlıq dövlət sifarişi verilib. Amma bir neçə gün öncə televiziyaların birində Ağdam sakinləri orta məktəblərdə odun almaq üçün pul yığıldığı barədə şikayət etmişdi. Şikayətçilər məktəblərin gün ərzində bir-iki saat qızdırıldığını iddia edir, odun yanacağına pul çatdıra bilmədiklərindən soyuq sinif otaqlarında uşaqlarının xəstələndiyini bildiriblər. Bəs Təhsil Nazirliyinin bu rayonlardakı orta məktəblərin qızdırılması üçün ayırdığı 300 min manat civarında dövlət vəsaiti necə olub? Qeyd edək ki,özügedən rayonların orta ümumtəhsil məktəblərinin odunla təmin edəcək “Təchizat-RA” MMC -də nizamnamə kapitalı 10 manatlıqlardandandır. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə “Təchizat-Ra” Məhdud Məsuliyyətli Cəmiyyət də Ağdam Vergilər İdarəsində 06.02.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Qədimov İnqilab Əsgər oğlu olan MMC -nin fəaliyyət dairəsi barədə də heç bir məlumat yoxdur.
Nazirliyin Sabirabad,Saatlı,İmişli,Beyləqan rayonlarını əhatə edən 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin doğranmış quru odun yanacağının satınalması üzrə 08.01 2020-ci ildə “ATM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətlə müqavilə bağlanıb. Müqavilənin şərtlərinə görə 5100 kubmetr doğranmış quru odunyanacağı üçün 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yuxarıda adıçəkilən cəmiyyətə 293377.5 AZN pul ödəməlidir. Qeyd edək ki,”ATM GROUP” MMC 24.09.2018-ci ildə Sumqayıt şəhərində,2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 5 manat qanuni təmsilçisi isə Orxan Elxan oğlu Əliyevdir. Bu müqavilədən də göründüyi kimi satınalmalar haqqında qanunun tələblərinə riayət olunmamaışdır. Bir il öncə yaradılmış bir MMC-nin illik maliyyə hesabatları
Nazirliyin Gəncə Goranboy, Naftalan, Samux, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin də 09 .01 2020-ci ilədə istilik enerjisi odun yanacağının satınalması üzrə qalib elan etdiyi “MASTER-OFİS” Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi ünvanı Neftçala şəhəri,Şəhriyar küçəsi ev7B, qanuni təmsilçisi Bağırov Mirzə Zakir oğlusur. Nizamnamə Kapitalı 50 manat olanbu MMC 05.02 2015-ciildə 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderə görə “MASTER-OFİS” MMC 292050 manat müqabilində 4950 kubmetr odun yanacağını 10 gün müddətinə təmin etməlidir.
Aktualinfo.org ötən yazıda da qazanxana sistemi olmayan orta məktəblərin isidilməsi üçün dövlət tərəfindən hər il külli miqdarda vəsaitin ayrıldığı barədə məlumat vermişdi. Amma bu vəsaitlərin hara sərf olunduğu barədə heç bir məlumat əldə edə bilməmişdi. Ötən yazıda da qeyd etmişdik,indi də bir daha israrla qeyd ediruik ki, ayrılan bu vəsaitlər təyinatı üzrə xərclənmir.Bu gün respublikada kənd məktəblərinin qızdırılması valideynlər tərəfindən toplanan vəsaitlər hesabına həyata keçirilir. Bunu hər birimiz çox yaxşı bilirik. Bəs ayrılan bu qədər vəsait haralara xərclənir. Buna aidiyyatı qurumlar nə üçün səthi yanaşır,dövlət vəsaitinin israf olunmasına niyə göz yumurlar. Çox təəssüflər olsun ki,bu Təhsil Nazirliyi həmişə olduğu kimi bu məsələyə də susqunluq nümayiş etdirdi. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Bu gün, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Bu gün, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Bu gün, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Bu gün, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
|