Misir Mərdanova ŞOK İTTİHAMLAR - Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları
Tarix: 28-12-2019, 10:55 | Çap et
“Məktəb və bağçaların həyəti o vaxtkı nazir Misir Mərdanov tərəfindən ayrı-ayrı iş adamlarına satılıb”.
Bunu Modern.az-a açıqlamasında həmin dövrdə Bakı Baş Təhsil İdarəsinin Strateji planlaşdırma şöbəsində çalışan Nadir İsrafilov bildirib.
N.İsrafilov dediklərinin Misir Mərdanov vəzifəsindən azad olunub deyə, “baltalayırlar” kimi anlaşılmasını istəmir:
“Mənim dediklərim həqiqətdir. Misir Mərdanov təhsilimizi elə günə qoyub ki, hələ də vəziyyəti tam düzəldə bilmirik. Mən o vaxt Bakı Baş Təhsil İdarəsində Strateji araşdırmalar şöbəsində çalışırdım. 2006-cı ildə Prezidentin rayon təhsil şöbələrinin ləğv edilməsi haqqında sərəncamından sonra Bakıda 11 rayonun təhsil şöbəsi ləğv olundu.
Nazirlər Kabinetinin qərarı ilə Bakı Baş Təhsil İdarəsinin bazasında yeni qurum-Təhsil Nazirliyi yanında Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldı. Məhəbbət Qarabağlı ora rəhbər təyin edildi”.
“Bağçaların, məktəblərin həyəti satıldı”
Ekspert qeyd edib ki, o vaxt Təhsil İdarəsi məktəb ərazilərinin zəbt olunması ilə bağlı geniş yoxlama keçirib:
“Məlum oldu ki, 30-ə qədər məktəbin ərazisi qanunsuz zəbt edilib. Bu məsələni rəsmi olaraq həll etmək mümkün olmadı. O vaxt məktəblərin texniki pasportları var idi. Texniki pasportlarda bütün məktəbin ərazisi kvadratmetrinə qədər göstərilirdi. Nazir Misir Mərdanov pasportların kiril əlifbasında olmasını əsas gətirərək, onların hamısını yığışdırdı. Bundan sonra məktəblərin ərazisini, hüdudlarını müəyyən etmək mümkün olmadı. Sonradan məlum oldu ki, məktəblərin xeyli hissəsi, stadionlar, həmçinin, uşaq bağçalarının həyəti ayrı-ayrı adamlara satılıb, yerində göydələnlər ucladılıb.
Təhsil Nazirliyinin balansında olan 300-ə qədər uşaq bağçası özəlləşdirilməyə çıxarıldı. Bunda da məqsəd özəl sektorun inkişafı, həm də bağçaların təyinatı üzrə fəaliyyət göstərməsi idi. Özəlləşdirmədən sonra bağçaların 250-si öz təyinatı üzrə işləmədi. Bağçaları sökdülər və yerində restoran, göydələn, gözəllik salonları, məişət-xidməti evləri tikdilər. Bu işlər aşkarlananda bağçalar Təhsil nazirliyindən alındı. Ona görə də Bakıda bağçalarla bağlı defisit əmələ gəldi.
Strategiyada nəzərdə tutulub ki, məktəbəhazırlıq qrupları 2020-ci ilə qədər 90 faiz əhatə olunmalıdır. Strategiyada da göstərilib ki, hazırda şəhərlərdə 24 faiz, kəndlərdə 8 faizlik əhatəlilik var.
O vaxt bağçaların həyətində yolka ağacları, gül-çiçək, əyləcəli oyncaqlar və s. vardı. Məhz Misir Mərdanaovun dövründə bunların hamısı yox oldu. Bizim elə kəndlərimiz var ki, orada ümumiyyətlə uşaq bağçaları yoxdur. Bu da müəyyən mənada işsizliyin səbəblərindən də biridir. Buna görə də cənab Prezident yeni tikilən binların birinci mərtəbəsinin uşaq bağçaları olması üçün göstəriş verib. Doğrudur, bizdə bağçalar inkişaf edir, amma bu da özəl bağçalardır, bütün vətəndaşlar üçün əlçatan deyil”.
Misir Mərdanovu vəzifədən aparan səbəb...
N.İsrafilovun sözlərinə görə, o vaxtkı nazir Misir Mərdanov ona təqdim edilən arayışı üzə çıxarmayıb:
“Çünki 24 səhifəlik arayışın üzə çıxması ona sərf etməzdi. Araşdırma aparılan məktəblər, onlarla bağlı bütün rəqəmlərin hamısı məndə var. Həmin vaxt ört-basdır etməyə çalışsa da Misir Mərdanov məhz bu məsələlərə görə vəzifəsindən uzaqlaşdırıldı. Çünki həmin məsələlər çox böyük rezonans doğurdu yuxarı dairələrdə. Ona görə də bağçalar Təhsil Nazirliyindən alınıb yerli İcra Hakimiyyətlərinə verildi”.
“Bağçalar Təhsil Nazirliyinin tabeliyinə qaytarılmalıdır”
Ekspert qeyd edib ki, Uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməlidir:
“Təhsilə dair strategiyaya görə təhsilin prinsipləri var: fasiləsizlik, varislik, tamlıq, ardıcıllıq. Bu prinsiplərdə tamlıq qorunmalıdır. Məktəbəqədər təhsilin İcra Hakimiyyətlərində olması bu tamlığı pozur. Təhsilin bütün pillələri-məktbəqədər, ibtidai, orta təhsil vahid orqanizmdir. Ona görə də təhsil sistemi adlandırılır. Bu sistemin bir hissəsi Bakı Şəhər İcra Hakimiyyətində qalıb. Məktəbəqədər təhsilin yarısı İcra Hakimiyyətlərində, yarısı Təhsil Nazirliyindədir.
O vaxt Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli bağçaların Təhsil Nazirliyinə verilməsi məsələsinə münasibət bildirərkən, bunun ölkə başçısının səlahiyyətində olduğunu bildirdi. Düşünrəm ki, gec-tez bu məsələ öz həllini tapacaq. Biz İctimai Şura alaraq, təhsil sistemində tamlığı bərpa etmək üçün məktəbəqədər müəssiələrin Təhsil Nazirliyinə qaytarılmasını gündəmə gətirəcəyik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Bu gün, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Bu gün, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Bu gün, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Bu gün, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
|