Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... .....                     ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz .....                     Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ .....                     Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ .....                     İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! .....                     AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' .....                     Yaradanquliyevanın dövlətə borcu var imiş... .....                     "Telefonlar dərs zamanı qadağan olunsa da..." .....                     Azərbaycanın “məcburetmə əməliyyatı” .....                     Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                 

Eldar Mahmudovun “kompromat sandığı” yenidən gündəmdə - GƏLİŞMƏ
Tarix: 13-07-2019, 08:40 | Çap et
Eldar Mahmudovun “kompromat sandığı” yenidən gündəmdə
“MTN çetesi”nin ifşasının 4-cü ili yaxınlaşır. 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldı, onun komandasının 20-dən çox üzvü həbsə alındılar. Eldar Mahmudovun və dəstəsinin MTN-də (ləğv edilib) hansı cinayətlər törətdiyi məhkəmə yolu ilə sübuta yetirilib.

Yada salaq ki, artıq ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərinin vəzifədən azad edilməsindən və bu qurumun yüksək vəzifəli şəxslərinin həbsindən dərhal sonra proses digər nazirliklərə də keçdi. Bəlli oldu ki, MTN-dəki cinayətkar şəbəkə digər nazirlikləri də qanunsuz işlərə cəlb edib. Sahibkarların soyulması, qanunsuz dinləmələrlə bağlı cinayət işi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Vergilər Nazirliyində də əməliyyatlar həyata keçirildi. MTN çetesi ifşa olunandan sonra məlum olmuşdu ki, Mahmudovun dəstəsi nazirliklərə öz adamlarını yerləşdirib, onlarla “qarşılıqlı informasiya mübadiləsi” edərək sahibkarları əvvəl həbs edib, sonra isə külli miqdarda pul alaraq azadlığa buraxıblar.

Eldar Mahmudovun özünü ayaqda tutmaq üçün bu gün də eyni üsuallardan istifadə etməsi haqda xəbərlər yayılır. Bu günə qədər təkzib olunmayan məlumatlara görə E.Mahmudov işdən çıxarılandan az sonra tam şəkildə sərbəst hərəkət izni alıb. O, daha ölkə sərhədləri çərçivəsində dustaq deyil. Hərəkət sərbəstliyi sabiq nazirə ölkədən sərbəst çıxıb geri qayıtmağa imkan verir. Gələn məlumatda deyilir ki, Eldar Mahmudov ötən yay tətilini əsasən ölkədən kənarda keçirib. Onun bir müddət Londonda istirahət etməsi haqda da iddialar var. Bu, E.Mahmudovun adamlarının reabilitasiyası haqda xəbərlərlə eyni vaxta təsadüf edir. Eldar Mahmudovun və ona yaxın kadrların yenidən üzə çıxmaları maraq doğurur. Yada salaq ki, sabiq nazirin ən yaxın adamlarının bəziləri hələ də axtarışdadır. Onlardan biri “Akula Akif” ləqəbli Akif Mustafayev, digəri isə Ayaz Elxan oğlu Kərimovdur. Hər iki şəxs 4 ilə yaxındır ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarılsa da, hələ də ələ keçməyiblər. Eldar Mahmudovun özünün həbs ediləcəyi də artıq inandırıcı deyil.

Sabiq nazirin əlindəki kompromatlardan istifadə edərək özünü və ətrafını qoruya bilməsi, materiallarının çox hissəsinin xaricə transfer etməyi bacarması haqda bilgilərə münasibət bildirən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, Eldar Mahmudov məsələsi son dərəcə ibrətamiz, çox maraqlı, son illər ölkə həyatında baş verən ən qəribə olaydır: “Bu adamın illərdir ki, həbs edilməsi mümkün olmur. Düzdür, 3-4 dəfə çağırıb dindiriblər, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxarkən fotolarını yayıblar, amma bütün bunlar Eldar Mahmudovun hələ də güclü fiqur olaraq qaldığını təsdiq etməkdən başqa bir işə yaramayıb”.

Ə.Zeynallı hesab edir ki, Eldar Mahmudovu qoruyan nələrsə və ya kimlərsə var. Bu faktorlar isə o qədər güclüdür ki, Eldar Mahmudov rahatca əlini-qolunu sallaya-sallaya gəzir: “Onun rəhbər vəzifədə olduğu dövrdə onlarla insan həbs olunub, onlarla insanların həyatları qaraldılıb. Günahsız insanlar həbsxanalarda yatıblar. Eldar Mahmudova bütün bunlardan sonra dəyib-dolaşan yoxdur, arxayın şəkildə gəzir. Əlində böyük maliyyə resursları olan, geniş əlaqələri və ailəsi xaricdə olan biri çox rahatlıqla ölkədən istədikləri kompromatları, xəbərləri çıxara, ötürə bilərlər. Niyə də bunu etməsinlər ki?”

Əvəz Zeynallı deyir ki, bu gün Eldar Mahmudovun qulluğunda onlarla adam var: “Maddi imkanları kifayət qədər yetərlidir, ailəsi xaricdədir. Oğlunun xaricdə geniş əlaqələri var, biznesi də davam edir. Yəni Eldar Mahmudovun istədiyi işi görmək kimi imkanları var. O, istənilən kompomat materialları xaricə çıxarmaq iqtidarındadır. Özü haqda gələn məlumatlardan da belə aydın olur ki, Eldar Mahmudov çox rahatdır, xeyrə, şərə, yemək-içmək məclislərinə qatılır”.

Əvəz Zeynallı deyir ki, tarixdə ilk dəfədir ki, bir xəfiyyə qurumu bütövlükdə mütəşəkkil cinayətkar dəstə kimi fəaliyyət göstərib, komandasının həbs olunan üzvlərini belə azadlığa çıxarmağa bacarıb: “Mahmudovun vaxtında Milli Təhlükəsizlik Nazirliyi o dərəcədə cinayətə bulaşmışdı ki, qurumun ümumiyyətlə ləğvinə qərar verildi, həmin o mütəşəkkil cinayətkar dəstəni təməlindən dağıtmaq istədi. Həmin o mütəşəkkil dəstənin də başçısı general-polkovnik Eldar Mahmudov idi. O nə qədər azadlıqda olacaqsa, istədiyi kimi hərəkətlər edəcək, xaricə məlumat da ötürəcək, həbsə alınan adamlarını da həmin komprmateriallardan istifadə etməklə azadlığa buraxdıra biləcək. Yaxınlarda Akif Çovdarovun da azadlığa çıxacağı gözlənilir. O da artıq nüfuz etməyə başlayıb. Özü haqda mediaya xəbərlər ötürür. 1 il ötməz ki, Eldar Mahmudovun komanda üzvlərinin hər biri azadlıqda olar və xarici filmlərdə olduğu kimi bandit dəstələri yaradıb fəaliyyətə başlayarlar. Əllərindəki imkanlar bunu deməyə əsas verir”.

Əvəz Zeynallı Eldar Mahmudovun ölkədən çıxardığı komprmaterialları xaricdə kimlərə ötürə biləcəyi haqda bunları deyib: “Qudası Zamirə Hacıyeva illər öncə, Hacı Məmmədovun girovluğundan sonra İngiltərəyə köçüb. Orada illərlə yaşayıb. Ümumiyyətlə isə bunların uşaqları Azərbaycan təhsili belə almayıblar. Orada uşaq böyüdüblər, oxudublar, evləndiriblər. Düzdür, hazırda Zamirə Hacıyevanın başı qaldadır. Onu məhkəməyə çəkiblər, hərəkət məhdudiyyəti tətbiq olunub. Amma bu gün Eldar Mahmudovun Zamirə Hacıyeva kimi xaricdə onlarla inandığı, etibar etdiyi adamlar var. Yəni onun xaricdə ”zamirələri" çoxdur və hansına istəsə ona komprmaterial ötürə bilər. Buna kifayət qədər imkanları da var. İstədiyi zaman da həmin materialların hərəkətliliyini təmin edər".

Ə.Zeynallı ehtimal edir ki, Eldar Mahmudovu qoruyan əlində olan kompramat bankıdır: “Eldar Mahmudov vəzifədə olanda da, işdən çıxarıldığı ötən 4 il ərzində də ölkədən istədiyi qədər material çıxara bilərdi. Bütün bunların nəticəsidir ki, o, ayaqda qala bilib”.

Yada salaq ki, hazırda Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev də maliyyə xəyanətinə görə həbsdədir. Onu 15 milyard dolları ölkədən çıxarmaqda ittiham edib qandallamışdılar. C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edildi. Onun həyat yoldaşı Zamirə Hacıyevanın 10 il ərzində Londondakı bahalı mağazalarda 21 milyon dollardan artıq pul xərcləməsindən dolayı da araşdırmalar davam edir.

Ləğv olunmuş MTN-in həbsə alınan yüksək vəzifəli şəxslərinin bir qismi barəsində ittihamedici hökmlər çıxarılıb cəza təyin olunsa da, artıq azadlıqdadırlar. Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi 11 il ərzində dövlətin maraqları, necə deyərlər, ayaqlar altına atılıb. Bu gün Eldar Mahmudovun azadlıqda qalması həm də əlaltılarının vəziyyətini yaxşılaşdırır. O baxımdan ki, bütün ipucları ona yönəlir, onu isə tutmurlar.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42
ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41
Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35
Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28
"Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24
Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru