"Tennis Akademiyası"nı “bazar”a kimlər çevirib? - FOTOFAKT
Tarix: 3-10-2017, 08:41 | Çap et
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi idarə və müəssisələrin, təşkilat və cəmiyyətlərin rəhbərləri tərəfindən "özəl obyekt” kimi işlədilməsi artıq ənənə halını almaqdadır. Hər il dövlət büdcəsindən milyonlarla vəsaitin ayrılmasına baxmayaraq, bu tip müəssiələrin rəhbərləri qeyri-qanuni olaraq, tabeçiliklərindəki bazaları, tikililəri, zirzəmi və qarajları, hətta, bəzən inzibati binalarının birinci mərtəbələrini şəxsi maddi maraqları naminə icarəyə verirlər. Əlbəttə ki, bu cür "əqd”lərdə əldə olunan vəsaitlər dövlət büdcəsinə yox, birbaşa həmin təşkilatların rəhbərliyində təmsil olunan şəxslərə indekslənir. Məsələnin acınacaqlı tərəfi isə budur ki, iş adamlarına, biznesmenlərə qeyri-qanuni olaraq daha çox məkan icarəyə verən dövlət maliyyəli müəssisələrin arasında ictimai, təhsil və idman profilli təşkilatlar üstünlük təşkil edir. Çox zaman isə "icarəyə” alınan məkanların gələcək funksiyası həmin müəssisələrin profili ilə üst-üstə düşmür. Bu yazımızda misal olaraq, son günlər ölkənin gündəmini zəbt etmiş qalmaqallı "26-lar” kafesini göstərmək istəyirik. Hər il dövlətdən 2 milyon manatdan artıq vəsait alan Azərbaycan Yazıçılar Birliyinin birinci mərtəbəsində yerləşən "26-lar” kafesi mətbuatda yazılanlara görə, AYB-nin rəhbərliyi tərəfindən 8000 manata icarəyə verilibmiş. Dövlət tərəfindən yüksək səviyyədə mənəvi və maddi təminatı, şərəfli keçmişi olan bir təşkilatın yerləşdiyi inzibati binanın birinci mərtəbəsini kafe tipli obyekt üçün icarəyə verməsi ictimaiyyət arasında böyük rezonans doğurdu və dövlət rəsmiləri tərəfindən hadisəyə sərt təpki verildi. Eyni zamanda birliyin rəhbərliyi də cəmiyyətin qınaq obyektinə çevrildi. Bu qalmaqallı hadisədən sonra Qlobal.az olaraq tabeçiliklərindəki məkanların bir hissəsini icarəyə verən dövlət müəssisələrinin axtarışına çıxdıq. Ancaq axtarışımız heç də uzun çəkmədi. Belə ki, hər gün işə gedərkən önündən keçdiyimiz, ancaq heç zaman fikir vermədiyimiz Bakı Tennis Akademiyası bu dəfə gözümüzə başqa bir biçimdə - sanki hansısa ticarət mərkəziymiş kimi göründü. Belə ki, Bakı Tennis Akademiyasının İbrahimpaşa Dadaşov küçəsində yerləşən inzibati binasının birinci mərtəbəsi bütövlükdə icarəyə verilib. İnzibati binanın birinci mərtəbəsinin yola baxan hissəsində fəaliyyət göstərən obyektlərin hamısı da akademiyanın profilinə zidd olan xidmətlə məşğuldurlar. Belə ki, burada "Ankara futbol məktəbi”, "Ev alqı-satqısı”, "Baku Flowers” adlı gül maqazini və "Ləziz kafe” fəaliyyət göstərir. Amma bu "Ləziz kafe” elə-belə kafe deyil. Niyəsini aşağıda deyəcəyik. İndi isə gəlin Bakı Tennis Akademiyasıyla tanış olaq. Beləliklə... Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə 2008-ci ildə Bakı Tennis Akademiyasının təməli qoyulmuş, 2009-cu ildə isə rəsmi açılışı olmuşdur. Rəsmi açılış mərasimində Prezident İlham Əliyevlə bərabər, ölkənin hazırkı birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da iştirak edib. Ümumi sahəsi 2.7 hektardır. Kompleks beynəlxalq standartlara uyğun olaraq bütün texniki vəsaitlərlə təmin olunub. 400 nəfərdən artıq say tutumu olan tamaşaçı zalı, çoxsaylı kortları var. Bu idman müəssisənin bir üstün cəhəti isə burada elektrik enerjisinin daimiliyidir. Tikintisinə milyonlarla vəsait xərclənən akademiyanın xidmət "münyüsü” Qlobal.az olaraq BTA-nın rəsmi saytından məlumatlar əldə etməyə çalışdıq. Bu məqsədlə akademiyanın saytında "xidmətlər” bölməsinə daxil olduq. Nə qədər qəribə görünsə də, adında Tennis sözü olan akademiyanın rəsmi saytının "xidmətlər” bölümünün "tennis” və "stolüstü tennis” bölməsində informativ xarakterli heç bir məlumat yoxdur. "SPA” bölməsində isə Taylanddan gələn masaj ustası təklif edilir.
Xidmətlər bölümündə "gülü” vuran xidmət təklifini isə yazının əvvəlində tanış olduğunuz "Ləziz kafe” edir. Belə ki, Bakı Tennis Akademiyasında fəaliyyət göstərən "Ləziz kafe” milli tennisimizi yaşadan və inkişaf etdirən insanlara milli mətbəx və milli içkimiz olan çayla yanaşı, qəlyan da təklif edir. Bəli, bəli, düz oxudunuz, qəlyanı. Təsəvvür edirsinizmi, idman akademiyasında fəaliyyət göstərən, müştərilərinin böyük əksəriyyəti idmançılardan ibarət olan bir kafe idmançılara "zəhər” təklif edir. Bundan başqa burada qiymətlər də olduqca bahadır. Təsəvvür edin, paytaxtın ən prestijli məkanı olan Dənizkənarı Milli Parkda fəaliyyət göstərən "Bakı Biznes Mərkəzi”ndə mərci supu 2 manata, müştərilərinin böyük əksəriyyəti tələbələr olan Tennis Akademiyasının kafesində isə 4 manata təklif olunur. Qeyd edək ki, mərci supu Bakıda fəaliyyət göstərən türk restoranlarında da 2 manatdır. Akademiyanın kafesinin menyüsündə bütün qiymətlər od tutub yanır. Ancaq görünür kafe Akademiyada yerləşməyinə baxmayaraq xidməti başqa kontingentə ünvanlanıb. Əks halda burada müştərilərə pivə və qalyan təklif olunmazdı... Və ən dəhşətlisi də odur ki,kafe qalyan təklifini akademiyanın rəsmi saytında elan edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|