İlham Əliyev BMT tribunasından Sərkisyanın yalanlarını faş etdi - hadisə kimi çıxış
Tarix: 21-09-2017, 08:42 | Çap et
Sentyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci ali toplantısı çərçivəsində çıxış edib. Gözlənildiyi kimi, ölkə başçısı öz çıxışında Dağlıq Qarabağ münaqişəsi və erməni işğalına xüsusi yer ayırıb.
Prezident öz çıxışında Azərbaycan torpaqlarının 20 faizinin 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasına diqqət yönəldib və bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır (APA): “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanda, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib. Bu faciə dünyanın 20-dən artıq ölkəsi tərəfindən rəsmən tanınıb. 1992-ci ilin 26 fevralında Ermənistan 613 Xocalı sakinini qətlə yetirib. Onların arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var”.
Prezident daha sonra deyib: “Lakin Ermənistan qətnamələri yerinə yetirmir, 24 ildir ki, BMT qətnamələrinə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır. BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan "status-kvo"nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, status-kvo qəbuledilməzdir".
Prezident daha sonra təcavüzkara qarşı beynəlxalq təzyiqin olmamasına diqqət yönəldib: “Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur. Bu dayandırılmalıdır. Ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda növbəti təxribatın cavabı daha ağrılı olacaq.
Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişəsinin sülh yoluna sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".
*** Azərbaycan prezidentinin BMT tribunasında bu çıxışı xüsusən də erməni prezidenti Serj Sərkisyanın bir gün öncə etdiyi, bütünlüklə Azərbaycan dövlətinə qarşı əsassız ittihamlar və işğalçı siyasətə haqq qazandırmaq üzərində qurulmuş təxribatçı çıxışı ilə, o sırada Qarabağla bağlı həyasız iddiaları ilə müqayisədə kontur-arqumentlər baxımından qat-qat sanballı və effektli hesab oluna bilər (Düşmən ölkə başçısının çıxışına ayrı səhifədə ətraflı yer verilib). Bir neçə aspektdən.
Əvvəla, Azərbaycan prezidentinin çıxışı beynəlxalq normalardan qaynaqlanan, qlobal sülhə xidmət edən və beynəlxalq gündəmi əhatə edən çıxış kimi yadda qalıb. Sərkisyanın çıxışının əsasını isə sırf erməni işğalına, dağıdıcı separatizmə haqq qazandıran cılız və əsassız iddialar üzərində qurulmuşdu. Halbuki dünya birliyi xüsusən də Rusiyanın timsalında artıq işğalçılıq və separatçılıq siyasətindən bezib, bu cür siyasətin necə ağır nəticələr verdiyini yaxşı bilir və o üzən ona neqativ münasibətdədir və qlobal sülhə onu ciddi təhdid sayır.
İşğalçı bir ölkənin başçısı kimi Serj Sərkisyanın bu əsassız, sülh və barış yox, müharibə qoxusu verən təxribatçı çıxışı da bu mənada BMT üzvləri arasına rəğbət doğura bilməzdi - üstəlik, Rusiyanın regiondakı yeganə hərbi forpostu kimi Ermənistanın liderinin beynəlxalq hüquq normalarından, millətlərin öz müqəddəratını təyinetmə haqqından dəm vurması gülünc olduğu qədər absurd görünürdü.
Bu fonda prezident İlham Əliyevin BMT-nin təməl prinsiplərinə söykənən çıxışı diqqət çəkməyə və rəğbət doğurmaya bilməz. Elə bu iki çıxışdakı əsas fərqli məqam da prinsipial əhəmiyyət daşıyır və Ermənistanın doğrudan da dünya birliyi üçün yad, ögey bir ölkə olduğuna şübhə yeri qoymur. O Ermənistan ki, 2014-cü ildə Rusiya daxil, daha 7 ölkə ilə birgə beynəlxalq birliyin iradəsi əleyhinə gedərək, Ukraynanın ərazi bütövlüyü əleyhinə, Krımın Rusiyaya ilhaqına səs verib, işğalçılığı və separatizmi dəstəkləyib.
Azərbaycan isə öz prezidentinin çıxışı timsalında bir daha BMT normalarına və prinsiplərinə sayğılı bir dövlətin başçısı kimi dünya dövlətləri sırasında layiqli yer tutmağa Azərbaycanın tam haqqı çatdığını növbəti dəfə ortaya qoydu. O üzdən 30 ildir dağıdıcı erməni separatizmindən əziyyət çəkən bir dövlətin başçısı kimi prezident İlham Əliyevin çıxışı öz qlobal əhəmiyyəti və önəmi, həmçinin aktuallığı ilə etibarilə qat-qat effektli sayıla bilər.
Bu yerdə bir neçə mühüm məqamı müqayisəli şəkildə təqdim eləməyə dəyər. Məsələn, Serj Sərkisyan artıq mövcud olan bir erməni dövlətinin - Ermənistanın varlığı fonunda ikinci saxta erməni dövlətinin tanınması vacibliyindən, daha doğrusu, dünya birliyinə zorla sırınması zərurətindən dəm vurursa, ölkələrin ərazi bütövlüyü kimi BMT-nin təməl prinsipini saymazlıqdan gəlirsə, beləliklə də dünya birliyinə sayğısızlıq göstərirsə, Azərbaycan prezidenti dağıdıcı separatçılığın qlobal sülhə hansı təhlükə daşıdığını arqumentli şəkildə ortaya qoyur. Belə vəhşi separatçılığın beynəlxalq sülhə ciddi təhlükə vəd etməsindən həm də beynəlxalq hüquq normalarının diktə elədiyi rakursda danışır. Əsas fərq həm də bundadır.
Yəni Sərkisyanın çıxışı BMT üzvü olan dövlətlərin sərhədlərinin zorla dəyişdirilməsi üzərində qurulmuş və dağıdıcı separatizmə dəstək niyyəti güdürdüsə, Azərbaycan liderinin arqumentli çıxışı əksinə, beynəlxalq hüquq normalarına, sərhədlərin toxunulnmazlığına, deməli, qlobal sülhə sayğı və inama əsaslanırdı.
Erməni prezidentinin öz çıxışında dünya ictimaiyyətini çaşdırmağa yönəlik yalanları, o sırada Ermənistanın özü etnik təmizləmə aparıb monoetnik dövlətə çevrildiyi halda, Azərbaycanı etnik təmizləmədə suçlaması kimi həyasız iddialara baş vurması müqabilində Azərbaycan prezidentinin əksinə, arqumentli və konkret faktlara, beynəlxalq sənədlərə və hüquqa söykənən faktlardan çıxış eləməsi əlbəttə ki, Sərkisyanın çıxışının olan-qalan siyasi və təbliğati effektini də basdırmış oldu. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|