Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                 

Bahalaşmanın əsas nədəni elə uğursuz aqrar siyasətdir... - Qışı aclıq gözlənilir
Tarix: 19-09-2017, 09:06 | Çap et
Bahalaşmanın əsas nədəni elə uğursuz aqrar siyasətdir...
Son illər ölkədə pambıqçılığın inkişaf etdirilməsi xətti götürülüb. Prezident İlham Əliyev 13 iyul 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın icra olunmasını təsdiqləyib.

Dövlət Proqramının məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişafı, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsindən və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Bunlar pambıqçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi, pambıqçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, pambıq istehsalçıları ilə emal müəssisələri arasında səmərəli iqtisadi əlaqələrin qurulması, pambıq istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi, pambıqçılıq məhsullarının ixracının təşviqi, pambıqçılıqda kooperasiyanın inkişafıdır.

Dövlət Proqramının icrasından ciddi nəticələr gözlənilir. Belə ki, proqramın həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaqdır.

Eyni zamanda, görülən tədbirlər nəticəsində qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan pambıq istehsalı və emalı kompleksi təşəkkül tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşacaqdır.

Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək.

Bəs reallıqda vəziyyət necədir? Müvafiq qurumların hazırkı yanaşma və üsulları ilə qarşıya qoyulan hədəflərə çatmaq mümkündürmü?

Onu da nəzərər çatdıraq ki, Nazirlər Kabinetinin son iclasında pambıq və pambıq lifi ixracının artdığı bildirilib.

Amma problem ondadır ki, müvafiq qurumların pambıqçılıqla bağlı yanlış siyasəti kənd təsərrüfatının digər sahələrində çətinliklər yaradıb. Bu səbəbdən də pambıqçılığın inkişafından hələ ki, proqnoza uyğun iqtisadi gəlir əldə edilmir.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov Reyting.az-a deyib ki, hökumət pambıqçılığa necə yönəlibsə, kənd təsərrüfatının daha önəmli sahələri geriləyib.

Onun sözlərinə görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana ərzaq malları, qida məhsulları idxalı ciddi şəkildə artıb:

“Ölkə əhalisinin alıcılıq qabiliyyəti aşağı düşdüyü bir zamanda əksər mal qrupları üzrə idxalda artım var. Bu, daxili istehsalın ciddi azalması ilə əlaqədardır”.

Vahid Məhərrəmov qeyd edib ki, daha çox artım heyvandarlıq məhsullarında özünü göstərir. Belə ki, 2016-cı ilin 8 ayı ərzində ölkəyə 20,3 milyon dollar dəyərində ət, 61,3 milyon dollar dəyərində süd və süd məhsulları, 14,9 milyon dollar dəyərində kəsim üçün diri heyvanlar idxal olunmuşdursa, 2017-ci ilin 8 ayı ərzində ət idxalı 2,2 dəfə artaraq 42,9 milyon dollar, süd və süd məhsulları idxalı 36 faiz artaraq 83, 4 milyon dollar, kəsim üçün diri heyvanların idxalı isə 74 faiz artaraq 25,9 milyon dollar təşkil edib.

Ekspert bildirib ki, aparılan yarıtmaz siyasət nəticəsində heyvandarlıq məhsullarının idxalı artır, istehsalı azalır:

“Son 2 ildə 150 min hektar örüş və təbii biçənək ərazilərini əkinə verdilər, 20 min hektar çoxillik yem bitkisi (yonca) sahəsini ləğv etdirib yerində pambıq əkdirdilər. Nəticədə ümumi pambıq istehsalı nisbətən artsa da, heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı”.

Müsahibimiz qeyd edib ki, 2016-cı ilin 8 ayı ilə müqayisədə bu il pambıq ixracından əlavə 21,2 milyon dollar vəsait əldə olunduğu halda, eyni müddət ərzində heyvandarlıq məhsulları idxalı üçün əlavə 55,7 milyon dollar vəsait xərclənib. Yəni, pambıqdan gələn gəlirdən 2,6 dəfə çox heyvandarlıq məhsullarının idxalı üçün ölkədən valyuta çıxarılıb.

Ekspert vurğulayıb ki, keçən il pambığın məhsuldarlığı son 5 ildə ən aşağı səviyyəyə düşüb – hektardan 17,3 sentner məhsul əldə olunub.

V.Məhərrəmovun sözlərinə görə, kənd təsərrüfatının digər sahələrindən diqqətin yayınması ciddi fəsadlar yaradıb. “Avqust ayında ölkəyə gətirilən kərə yağının qiymətində ciddi artım olub. Bir kiloqram kərə yağının idxal dəyəri əvvəlki aya nisbətən 1,5 dollar, yəni 30 faiz bahalaşıb. Bu arada dünya bazarında pambığın qiyməti 20 faiz ucuzlaşıb. Hakimiyyətin uğursuz pambıq siyasətinin iflası qalsın bir yana, ölkənin ərzaq təhlükəsizliyində əhəmiyyətli payı olan heyvandarlıq sektoru sıradan çıxmaq üzrədir. Naşılar örüş, təbii biçənək, yonca sahələrini pambıq əkini üçün şumlatdılar, əvəzində heyvanların normal qidalanması üçün yem bazası yarada bilmədilər. Nəticədə heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı, idxal isə artdı. Bu səbəbdən də ət və ət məhsullarının, süd və süd məhsullarının qiyməti bahalaşıb və bahalaşmaqda davam edəcək”, - deyə ekspert fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru