"Göstəriş şifahi olduğundan havadan asılı vəziyyətdə qalıb" - Başçıdan ŞİKAYƏT
Tarix: 4-08-2017, 09:14 | Çap et
Naftalan rayon icra başçısının göstərişini öz idarə etdiyi ərazidə belə hesaba qoyan yoxdur.
Hər halda Qarabağ müharibəsi əlili Qarayev Seyfəddin Xamoy oğlunun Ovqat.com-a göndərdiyi məktubdan belə anlaşılır.
S. Qarayev şikayət məktubunda bildirir ki, Azərbaycan hakimiyyətinin müharibə əlillərinə göstərdiyi qayğıya rayonlarda, o cümlədən Naftalanda kölgə salmaq istəyən məmurlar var. Belə ki, 2009-cu ildə ölkə başçısı İlham Əliyev S. Qarayevin vətən uğrunda fədakarlığını və ağır şəkildə yaralanmasını nəzərə alıb ona maşın hədiyyə edib. Bundan sonra əlilə rayonda da diqqət artıb. 2011-ci ildə Seyfəddini böyük təmtəraqla qəbul edən icra başçısı Natiq Aslanov ailəsini dolandıra bilməsi üçün ona ictimai iaşə obyekti tikməsinə icazə verib. Hətta rayonun bir çox idarəetmə strukturlarına da zəng edib, əlilin bu istəyini yerinə yetirmək üçün tələb olunan bütün sənədlərin hazırlanmasını tapşırıb. Di gəl ki, göstəriş şifahi olduğundan havadan asılı vəziyyətdə qalıb. Seyfəddin Qarayevin düz 6 ildir rayonda döymədiyi qapı qalmayıb. Amma açmaq istədiyi həmin obyektin sənədlərini hazırlamaq mümkün olmayıb.
Şəkildə: Seyfəddin Qarayev (II qrup Qarabağ əlili)
Əlilin bildirdiyinə görə, ona doğulub boya-başa çatdığı rayonda göstərilən bu yad münasibət istər-istəməz gənclərin vətənpərvərlik hislərinə də mənfi təsir göstərir. Həqiqətən də, II qrup Qarabağ əlilinin öz ailəsini dolandırmaq və müalicəsini təmin etmək istəyinin bu cür süründürməçiliyə məruz qalması başa düşülən deyil.
Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində 1969-cu ildə anadan olan Seyfəddin bəy Qarabağ döyüşlərinə könüllü gedən vətəndaşlarımızdandır. Müharibə zamanı Yevlax texnikumunda mühasibat uçotu bölümündə oxuyan şikayətçi həm də Naftalan musiqi məktəbinin yetirməsidir. 1991-ci ildə Qarabağdan gələn qara xəbərlər bir çox vətənpərvər oğullarımız kimi onu da təhsilini yarımçıq buraxıb silaha sarılmağa vadar edib. 1991-ci ildə könüllü cəbhəyə yollanan Seyfəddin bəy, bir vaxtlar Milli qəhrəman kimi adı dillər əzbəri olan Rasim Əkbərovun rəhbərlik etdiyi Goranboy-Naftalan könüllülər batalyonunda döyüşüb. Bir ildən sonra həmin silahlı dəstə dağıldığından, o, Şəmkir batalyonuna qoşulub və rayonun Seyfəli kəndində bir ay təlim keçdikdən sonra müxtəlif bölgələrdə döyüş yolu keçib.
S. Qarayev 1993-cü ildə Ağdamın müdafiəsi zamanı ağır yaralanıb. Onun öldüyünü düşünüb morqa aparıblar. 3 gün morqda qaldıqdan sonra qardaşı tərəfindən tapılıb və hələ sağ olduğu müəyyənləşdirilib. Bundan sonra onu təcili Goranboy xəstəxanasına aparıblar. 15 gün həmin xəstəxanada həyata tutunaraq yaşayan Seyfəddin bəy daha sonra Bakıdakı hərbi qospitala göndərilib. Bakı qospitalında tam reabilitasiyası isə 1 il 4 ay çəkib. Hazırda çətinliklə də olsa, hərəkət edə bilir, ayağının birində çıxarıla bilməyən qəlpə indiyə qədər əlilə əziyyət verir.
Seyfədddin Qarayev ölkənin indiki ağır zamanında ailəsini ümid bağladığı ictimai-iaşə obyektilə dolandırmaq arzusundadır. Çünki onun sağlamlıq vəziyyəti başqa cür həyatda qalmasına da imkan vermir. Nə yazıq ki, canını vətən torpağı üçün fəda etməkdən çəkinməyən Seyfəddinə indi boya-başa çatdığı rayonunda bir ovuc torpaq belə, çox görülür. Hər halda Seyfəddin bəyin özü get-gələ salınmasını ancaq bu cür qiymətləndirə bilir.
Seyfəddin Qarayevin redaksiyamıza göndərdiyi məktub:
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
|