İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... .....                     Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər .....                     “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” .....                     Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib .....                     Saxta məhsul... saxta endirim... VƏ... .....                     Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb .....                     Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... .....                     Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq .....                     Qulağı kar adama sübut edirlər ki, eşidirsən... .....                     NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... .....                     Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... .....                     “TikTok” ABŞ-a qayıtdı .....                     Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər .....                     Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                 

General Mehmandarovun nəticəsinə qarşı ŞOK FIRILDAQ: - “Bank maşınımı əlimdən aldı”
Tarix: 28-07-2017, 09:23 | Çap et
General Mehmandarovun nəticəsinə qarşı ŞOK FIRILDAQ:
O, bankın əməkdaşları tərəfindən aldadılaraq bahalı avtomobilinin əlindən alındığını bildirir. A.Mehmandarlının sözlərinə görə, 1 il yarımdır ki, avtomobilin harada saxlanıldığına dair məlumatı yoxdur və bank da bu barədə ona hər hansı rəsmi açıqlama verməkdən imtina edir:
“2014-cü ilin avqust ayında “Mersedes GL” markalı avtomobilimi BTB bankda girov qoyub, 50 min dollar kredit götürmüşəm. Aylıq ödəniş 1838 dollar idi. 9 ay kreditin ödənişini etdim. 2015-ci ildə devalvasiyadan sonra çoxsaylı müraciətlərimə baxmayaraq ödənişlə bağlı mənə heç bir güzəşt etmədilər. Devalvasiyadan əvvəl bu, 1400 manat idi, birinci devalvasiyadan sonra isə məbləğ 2000 manat edirdi. Bankın əməkdaşları mənə ədəbsiz təkliflər edirdilər. Mənə deyirdilər ki, subaydılar, mənimlə çay içmək istəyirlər və s. 50 min dollarlıq kreditə imza atsam da, mənə 40 min dollar verildi. 10 min dollarını bank özünə götürmüşdü. Bankdan mənə dedilər ki, guya ki mənə verilməyən 10 min dollar “şapka” puludur filan…”.

A.Mehmandarlı bildirib ki, bankın işçiləri ilə problem yaşadığıma görə ödənişi bir ay gecikdirdim:

“Daha sonra onlar Nizami Rayon Məhkəməsinə müraciət edərək avtomobil üzərində həbs tələb etdilər. Məhkəmə avtomobilim üzərində heç bir həbs qoymadı. Daha sonra bank Apellyasiya məhkəməsinə müraciət etdi. 2015-ci ilin 15 dekabrında Apellyasiya məhkəməsinin çıxardığı qərardadla avtomobili istifadə etməyimə qadağa qoyuldu. Avtomobildən istifadə etməyimə qadağa o demək deyil ki, avtomobil banka təhvil verilməli, yaxud da dövlətin dayanacağına qoyulsun”.

Həmsöhbətimizin sözlərinə görə, 2016-cı ilin fevral ayında övladlarının sağlamlığı ilə bağlı problemə görə avtomobili satmaq qərarına gəlib:

“Banka yaxınlaşdım. Samir Qəhrəmanov adlı şəxs məni BTB bankının problemli kreditlər şöbəsinin müdiri Cavid Zeynalovun yanına apardı. Cavid Zeynalov mənə acıqlandı ki, niyə ödənişi etmirəm, guya dövlətin pulunu yemişəm və s. O həm də ünvanıma ləyaqətsiz ifadələr səsləndirməklə məni təhqir etdi. Onlara izah etdim ki, avtomobilimi satıram. Borcum nədirsə, hamısını da ödəyəcəm. Həmin vaxt banka borcum 43 min dollar idi. Cavid Zeynalov mənə dedi ki, maşını ucuz qiymətə satmayım. Mənə yaxşılıq etmək istədiklərini bildirərək, maşınımı lizinqə salmağı təklif etdilər. Mənə bildirdilər ki, maşını 2 günlük onlara verim, daha sonra məsləhətləşək. Samirlə Cavid qeyrətlərinə and içərək bildirdilər ki, maşınıma heç nə ola bilməz. Heç bir sənəd imzalamadan mən avtomobilimi aparıb VİP Lizinq avtosalonunun qarşısına qoydum. Açar onlarda qaldı, nömrəni isə çıxarıb özümdə saxladım. Mənə dedilər ki, əgər lizinqlə razılaşmasam, avtomobili 2 gün sonra gəlib götürə bilərəm. Mən də bunlara inandım. Bir gün sonra məndən maşını lizinqə salmaq üçün 7800 manat pul istədilər. Razılaşmadım. Dedim, o zaman avtomobilimi verin gedim satım. Məni acılayaraq avtomobili verməyəcəklərini, niyə mənim bahalı maşın sürdüyümü dedilər. Cavid Zeynalov əsəbi formada bildirdi ki, maşınımı hərraca çıxarıb 20 min dollara satacaqlar. Yenə məni təhqir etdilər. Yaxınlaşdım banka ki, mənim maşınımı qaytarın. Sonradan məlum oldu ki, mənlə danışan Cavid Zeynalov BTB bankının Lizinq şöbəsinin müdiri imiş”.

Aygün Mehmandarlı bundan sonra sözügedən şəxslərlə bağlı Xətai Rayon Prokurorluğuna müraciət edir:

“Proqkurorluqdan mənə bildirdilər ki, bu, mülki məsələdir. Yəni məhkəməyə müraciət etməliyəm. Əlimdə zəruri sənədlər olmadığına görə məhkəməyə müraciət edə bilmədim. 4 ay sonra banka müraciət etdim ki, mənim maşınımın onlarda olmasına dair arayış versinlər. Mənə bildirdilər ki, mənim maşınım bankda deyil. İzah etdim ki, Cavid Zeynalov və Samir Qəhrəmanov adlı şəxs maşınımı əlimdən alıblar. Dedilər ki, onların banka heç bir aidiyyatı yoxdur, onlar lizinqdə olan avtomobillərə baxırlar. Mənə problemli şöbəyə müraciət etməyi məsləhət gördülər. Həmin şöbədən isə mənə avtomobillə bağlı heç nə deyə bilməyəcəklərini bildirdilər. Gəldim avtosalonun qarşısına. Samir Qəhrəmanov da orada idi. Ondan soruşdum ki, mənim maşınım haradadır. Mənə qarşı fiziki zorakılıq etməyə çalışdı. Dərhal “102” xidmətinə zəng etdim. 37-ci Polis Bölməsi işi araşdırmağa başladı. Lakin sonradan cinayət işinin başlanması rədd edildi”.

A.Mehmandarlı bildirdi ki, onun bankdan sənəd tələb etmək fikrindən dönəcəyi təqdirdə sözügedən şəxslər tərəfindən maşınının geri qaytarılacağı vədi verilib:

“Samir və Cavid daha sonra mənə dedilər ki, maşının 4 aydır bankda olmasına dair bankdan sənəd tələb etməyim. Qarşılığında isə maşını mənə qaytaracaqlarını bildirdilər. Razılaşmadım. Artıq 1 il 6 aydır, maşınım yoxdur. Bank da bir tərəfdən borcumu tələb edir. Bank Nizami Rayon İcra Şöbəsinə saxta sənəd təqdim edərək bildirib ki, guya mən avtomobilimi könüllü olaraq gətirib banka təhvil vermişəm. Mən də banka bildirdim ki, niyə mənim adımdan o cür saxta sənəd təqdim edilib. Əgər avtomobili banka təhvil vermişəmsə, ortada təhvil-təslim aktı olmalıdır. Bank bir tərəfdən Samir və Cavid adlı əməkdaşlarını tanımıdığını bildirir, digər tərtəfdən isə həmin şəxslərə bankın idarə heyəti sədrinin adından sənəd verilir ki, maşının saxlancı Samir Qəhrəmanova etibar edilsin”.
Həmsöhbətimz bundan sonra Nəsimi Rayon Məhkəməsinə mülkü qaydada müraciət etdiyini, lakin məhkəmənin işin cinayət tərkibli olduğu qənəatinə gələrək işi geri qaytardığını bildirdi.
Qeyd edək ki, Aygün Mehmandarlı məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib. “Bank BTB”-nin təqdim etdiyi sənədlərə əsasən Palatanın cavabında qeyd olunub ki, A.Muradxanlı məhkəmənin çıxardığı qərardaddan sonra avtomobil könüllü şəkildə banka təhvil verib.
Onu da əlavə edək ki, Aygün Mehmandarlı Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri, Azərbaycan SSR hərb xadimi, artilleriya generalı Səməd bəy Mehmandarovun nəticəsidir.
Femida.az qarşı tərəfin fikrini öyrənməyə hazırdır. Sayt məsələni gündəmdə saxlayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru