Hövsan sakinləri nədən giley edir - ŞİKAYƏT
Tarix: 10-07-2017, 09:45 | Çap et
Qeyd edək ki, Avropa Oyunları zamanı Hovsan qəsəbəsindən şəhərə işləyən 175 saylı avtobusun hərəkət trayektoriyası dəyişdirilərək son dayanacaq kimi “Xətai” metrostansiyasının yanı müəyyənləşmişdi. Amma müvafiq qurumlar hərəkət istiqamətində dəyişikliyin müvəqqəti olduğunu və Oyunlar bitdikdən sonra avtobusun son dayanacağının əvvəlki qaydaya qaytarılacağını vəd etmişdilər. Əvvəllər həmin avtobusun son dayanacağı “28 May” metrostansiyasının, konkret olaraq Səməd Vurğun bağının yaxınlığı idi.
Hərəkət trayektoriyasının dəyişdirilməsindən iki il keçib. Amma problem hələ də qalır. Bununla bağlı narazılıqların sayı isə günbəgün artmaqda davam edir. Sərnişinlər haqlı olaraq həmin istiqamətə hərəkətin intensivliyini və çoxluğu əsas gətirərək 175 saylı avtobusun əvvəlki istiqamətə qaytarılmasını tələb edirlər. Bununla bağlı dəfələrlə redaksiyamıza çoxsaylı şikayətlər gəlib. Zaman-zaman mətbuatda və cavabdeh qurumlar qarşısında məsələ gündəmə gətirilsə də sərnişinlərin etirazları nəzərə alınmır. Bu gün isə o problemlər daha köklü şəkil alıb. Sakinlər iki ildir ki, bu məsələnin həllinə, yaxud o istiqamətdə alternativ marşrut xəttinin açılmasına ümidlənirlər. Amma bu baş vermır. Adıçəkilən avtobusun son dayanacağının əvvəlki istiqamətə qaytarılmasına və ya bu xətt üzrə yeni marşrutun açılmasına ümidlənən Hövsan sərnişinləri məsələni yenidən gündəmə gətiriblər. Bununla bağlı “Cümhuriyət” qəzetinə müraciət edən qəsəbə sakinləri əvvəllər “28 May”-Hövsan istiqamətində hərəkət edən avtobusun yenidən əvvəlki xətt üzrə bərpa olunmasını tələb edirlər. Sakinlərin dediyinə görə hazırda qəsəbədən şəhər istiqamətində yalnız taksilər fəaliyyət göstərir. Hər gün taksi ilə həmin istiqamətə hərəkət etmək isə sərnişinlərin büdcəsinə uyğun deyil. Taksilər adambaşına xidmət haqqı üçün 1.50 -2 manat tələb edirlər. Bu isə ay ərzində kifayət qədər əlavə xərc deməkdir. Qeyd edək ki, 175 saylı avtobusun gediş qiyməti 30 qəpikdir. Sakinlər əvvəlki illərdə olduğu kimi birbaşa şəhərə getmək üçün həmin avtobusdan yararlanmaq istəyirlər. “Belə olarsa, həm gediş-gəlişin rahatlığının təminatı, həm də yol xərci baxımından daha sərfəli olar” deyir sakinlər..
Bir neçə sakinlə söhbət zamanı məlum oldu ki, əslində bu problem çoxdandır ki, onların yaralı yeridir. Hövsan sakini Nərminə Hüseynovanın sözlərinə görə, hər gün şəhərə gəlmək üçün taksidən istifadə edir. Aldığı əməkhaqqının yarısını yollarda xərclədiyini deyən şikayətçi problemin indiyədək həll edilməməsindən gileylənib: “Bu məgər çox ağır problemdir? Xətai metrosuna kim gedir axı? Hövsanın yarısından çoxu şəhərə gedir. Birbaşa şəhərə isə marşrut xətti yoxdur. Hansı zəmanədir? Vaxt var idi ki, bununla yanaşı “Gənclik” metrostansiyasının yanına da avtobus işləyirdi. Ümumiyyətlə, bizim qəsəbədən şəhərin müxtəlif istiqamətlərinə işləyən marşrutlar bərbad haldadır. Bu avtobusların köhnə olmasından, interval problemindən, nədən danışaq axı? Biz nə vaxt insan kimi yaşayacağıq?”.
Sakinlərdən Vilayət Muxtar deyib ki, bu gün 175 nömrəli marşrut sözün əsl mənasında Hövsan əhalisinin probleminə çevrilib: “Avropa Oyunları zamanı hərəkət istiqamətində dəyişiklik edildi, amma sonradan söz verildiyi kimi bərpa olunmadı. Qeyd edim ki, 175 nömrəli marşrut hərəkət istiqaməti dəyişdirilmədən öncə kənd Hövsandan “28 May” metrosuna qədər gedirdi. Hazırda isə Xətai metrosuna qədər gedir. Yəni, artıq 2 ildir ki, Hövsandan “28 May”a gedən marşrut xətti yoxdur. Bu istiqamətdə yalnız taksilər fəaliyyət göstərir ki, bu da gündəlik olaraq işə gəlib-getmək üçün problemlər yaradır. Digər tərəfdən maliyyə baxımından da gündəlik taksi xidmətindən istifadə etmək sərfəli deyi. Məsələnin digər tərəfi isə 175 nömrəli marşrutun demək olar ki, işləməməsidir. Belə ki, 45 dəqiqəlik intervalla işləyən 175 nömrəli marşrut Hövsandan “Xətai” metrosuna qədər 1 saat 25 dəqiqəyə gedir. Sürücülər bu gecikməni avtobusların texniki cəhətdən nasaz olması ilə əlaqələndirirlər. Ümumiyyətlə, bu gün Hövsan əhalisi üçün ciddi problemə çevrilən bu kimi halların aradan qaldırılması zəruridir. Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələyə tezliklə əncam çəkməlidirlər”.
Hövsan sakini Ramilə Hüseynova deyir ki, 175 nömrəli avtobusun əvvəlki xətti çox rahat idi: “Uzun illər idi ki, o xəttə alışmışdıq. Dəyişməklə nə edirlər, anlamıram. Pulumuzu taksilərə tökməkdən müflis olmuşuq. Hələ qış aylarında, əsasən də qarlı havalarda taksi adamın birini 3 manatdan aparır. Bu il cəmi bir gün qar yağdı. Həmin günü taksi adamın birini mənzilbaşına 10 manata apardı. Halbuki o xətdə avtobus işləsəydi, 30 qəpik xərc çıxacaqdı. Nəyisə danışmaqla bitmir, gərək iş görülsün. Əslində “Xətai” metrostansiyasına girmək də sərfəli deyil. Qatarı gözləmək üçün nə qədər vaxt itirirsən. Hər halda səsimizə səs versinlər və tələbimiz 175 nömrəli avtobusu geri qaytarsınlar”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev “Cümhuriyət” qəzetinə bildirib ki, hazırda optimallaşdırma işləri çərçivəsində təhlillər aparılır: “O cümlədən, Hövsan qəsəbəsi istiqamətindəki marşrut xətləri də nəzərdən keçirilir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
|