Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                     İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... .....                     Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? .....                     Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb .....                     Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir .....                     Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... .....                     Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək .....                     Müharibə dayandırıla bilərdi, amma Blinken... .....                 

400 min dollara toy edən vəzifəli məmur “tros oğrusu” çıxdı – sərvətin qaynağı bilindi
Tarix: 21-04-2017, 09:01 | Çap et
400 min dollara toy edən vəzifəli məmur “tros oğrusu” çıxdı
Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb. Musavat.com-un əldə etdiyi məlumata əsasən, idarə içərisində olduqca əzazil və işçilərinin haqqını kəsən adam kimi tanınan Qüdrət Şükürovun dəbdəbəli həyatının mənbəyi onun büdcədən mənimsədiyi, milyonlarla ölçülən vəsaitdən gəlir.

Vaxtilə Bakı Lift İdarəsində çalışmış mötəbər mənbə musavat.com-a bildirib ki, 2013-cü ildə Bakı şəhərində köhnə liftlərin dəyişdirilməsi və əsaslı təmiri üçün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan 7 milyon manat vəsait ayrılıb və həmin vəsaitin mühüm bir hissəsi çırpışdırılıb. (Bundan sonrakı məlumatlar həmin mütəxəssisin təqdim etdiyi faktlar əsasında hazırlanıb - redaksiya).
Bundan başqa, 2013-cü ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan da 50 milyon manat ayrılıb. Bu pullar da heç bir əsaslı iş görülmədən yeyilib və ya başqa məqsədlərlə xərcləndiyi göstərilərək silinib.

Mənbəmiz deyir: “Qüdrət Şükürovun rəhbərlik etdiyi idarə Sankt-Peterburqdan gətirilən və dəyəri 8 min manat olan lifti 54 min manata sənədləşdirdi. Həm də nəzərə alaq ki, həmin vaxt dolların kursu 0,78 manatdan hesablanırdı. Yəni 8 minlik bir liftin alınmasına 54 min manat pul silindi”.

Musavat.com-a verilən məlumata görə, Qüdrət Şükürovun varidatının digər mənbəyi liftlərin quraşdırılması və montajı ilə bağlıdır. Belə ki, iş cədvəlində bir liftin montajı üçün 12400 manat yazıldığı halda, briqadir və fəhlələrə, sadəcə, 1440 manat pul ödənilib. Briqadalara verilən rəqəmlər sonradan lap aşağı, 800 manat səviyyəsinə qədər salınıb. Yəni bir liftin quraşdırılmasından cənab Şükürov ən azı 11 min manat qabağa düşüb.

Mənbəmiz deyir: “Nəticədə Bakı şəhərində dəyişdirilməsi planlanan liftlərin ən azı yarısı dəyişdirilməyib. Cəmi 600 lift dəyişdirildiyi halda isə hökumətə 1000 liftin yenidən montajı barədə saxta hesabat verilib. Beləliklə, 400 liftin pulu dövlətin büdcəsindən çıxarıldı”.

Bununla belə, Bakı Lift İdarəsinin dövlət büdcəsinə 8 milyon manat borcu yaranıb və onun, sadəcə, 2 milyonu ödənilib.

Bundan başqa, Bakı şəhərində dövlət binalarında istifadə olunan 5000 liftin hər birinin lazımi vəziyyətdə saxlanılması və təmirindən ötrü dövlət tərəfindən ayda 35 manat pul ayrılır.

Bu təkcə bir ayda 175 min manat, ildə isə 2 milyon yüz min manat pul deməkdir!

Lakin hər kəsə məlum olduğu kimi, həmin məbləğ nəinki liftlərin lazımi vəziyyətdə saxlanılması və təmiri üçün xərclənmir, hətta sakinlərdən heç bir əsas olmadan “lift pulu” adı altında əlavə ödəniş qəbul olunur.

Bütün bu məlumatları analiz edəndə idarə rəisinin dəbdəbəli həyatı ilə bağlı gedən söz-söhbətlərin motivlərini anlamaq çətin deyil. Bu xüsusda əlavə təfərrüatlar da var.

Belə ki, Qüdrət Şükürovun öz ailəsi, həyat yoldaşı və qızı üçün ayrı -ayrı maşın və sürücü tutduğu iddia olunur. Onların xərcləri isə Bakı Lift İdarəsinə tabe olan 5 müəssisənin rəhbərləri tərəfindən ödənilir. Bu da könüllülük əsasında deyil. Bu cür ödəmələrə etiraz edən vəzifəli şəxslərə büdcəyə olan borcları xatırladılır və onlar həbs olunacaqları ilə hədələnirlər.

Qüdrət Şükürovun öz qızına “Alov qüllələri”ndə 160 kv-lik ev aldığı, həmin mənzili isə müxtəlif vaxtlarda 3 dəfə təmir etdirdiyi də iddialar arasındadır. Məlumatlı mənbə bildirir ki, idarə rəisinin qızının həmin evi üçün Türkiyədən 180 min manatlıq saat sifariş edilib.

Qüdrət Şükürovla bağlı digər maraqlı məlumat onun vaxtilə özünün idarə rəisi işlədiyi vaxt tros və tros çarxı oğurluğuna görə həbs edilməsidir. Lakin hansısa səbəblərdən həbsdən canı qurtulan bu adam sonradan bütün idarələrin rəisi postuna gətirilib.

Bundan başqa, əvvəl də xəbər verildiyi kimi, Akif Çovdarovla da əlaqələri ortaya çıxan Qüdrət Şükürov həmin vaxt MTN təmizləmələrində işdən azad edilən bir qohumunu Bakı Lift İdarəsinin bazasına müdir təyin edibmiş. Əvvəllər, sadəcə, təhlükəsizlik xidmətində çalışan həmin adamın heç bir istehsalat təcrübəsi ümumiyyətlə olmayıb.

Verilən məlumatlara görə, Qüdrət Şükürov bütün yaxın qohumlarını, bacısı, qardaşı qızlarını, gəlinlərini ixtisaslarına uyğun olmadığı halda Bakı Lift İdarəsinin müəssisələrində yerləşdirib. Həmin adamlara 400 manat maaş kəsilib. Həmin 400 manatın 250-si idarədən aldıqları rəsmi maaş, qalan 150 manat isə idarələrin öz “cib”indən bu şəxslərə ödənilir. Hər ayın axırlarında həmin xanımların yoldaşları idarəyə gəlir, “maaş”larını alıb gedirlər. Halbuki Bakı Lift İdarəsinin 250 manat maaşa möhtac olan əsl işçiləri 2 ildir əmək haqqı üzü görmürlər.

Sadəcə, qocalıqlarında cüzi pensiya almamaq qorxusu ilə yaşayan həmin insanlar bütün bu olanlar qarşısında səslərini çıxarmırlar.
Mövzu, əlavə faktların təqdimatı ilə davam etdiriləcək.
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru