AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                 

“Eldar Mahmudov çetesi”nə ev dustaqlığı verilməsinin sirri - İLGİNC
Tarix: 12-04-2017, 08:36 | Çap et
“Eldar Mahmudov çetesi”nə ev dustaqlığı verilməsinin sirri
Azərbaycan qanunvericiliyində qətimkan tədbirinin 10 növü var. Cinayət Prosessual Məcəlləsinə görə şəxs haqqında qətimkan tədbiri seçilərkən, 10 növdən birinə müraciət oluna bilər. Azərbaycanın məhkəmə praktikasına diqqət etsək, hər gün seçilən qətimkan tədbirlərinə nəzər salsaq, belə təəssürat yaranar ki, qətimkan tədbirinin bir növü - həbs var. Qalanları isə elə kağız üzərində qalmaq üçün yazılıb. İstisnalar da yox deyil.

Cinayət Prosessual Məcəlləsinə (CPM) əsasən, 10 belə tədbir var:

Ev dustaqlığı
Girov
Həbs
Başqa yerə getməmək haqqında iltizam
Şəxsi zaminlik
Təşkilati zaminlik
Polisin nəzarəti altına vermə
Nəzarət altına vermə
Komandanlığın müşahidəsi altına vermə
Vəzifədən kənarlaşdırma.

Bu tədbirlər təhqiqatçı, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, müstəntiq və məhkəmə tərəfindən seçilə bilər. İlk 3 tədbir - həbs, ev dustaqlığı və girov yalnız təqsirləndirilən şəxs barəsində seçilir. Nəzarət altına vermə - yalnız yetkinlik yaşına çatmayan şəxs barəsində, komandanlığın müşahidəsi altına vermə - yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi dövrdə hərbi mükəlləfiyyətli şəxs barədə seçilə bilər.

Ümumiyyətlə isə hər bir halda həbs-qətimkan tədbirinin seçilməsi zəruri deyil. CPM-ə görə, qətimkan tədbirləri təhqiqatçı, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, müstəntiq və məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və təqsirləndirilən şəxs tərəfindən müəyyən hərəkətlər edilməsi ehtimalına kifayət qədər əsas verir. Ali Məhkəmənin sədri Ramiz Rzayev hələ 2009-cu ildə Azərbaycanda hakimlərin qətimkan tədbiri kimi həbsə üstünlük verdiklərindən narahat olduğunu bildirmişdi. O, bu məsələdə ciddi dəyişikliyin olacağına ümid etdiyini də açıqlamışdı. Ali Məhkəmədən verilən məlumata görə, bunun üçün xüsusi əyani vəsaitlər hazırlanıb hakimlərə təqdim olunub. Amma vəziyyət dəyişmir. 2000-ci ilə qədər Azərbaycanda həbs-qətimkan tədbiri seçilməsi prokurorluğun səlahiyyətində olub. 2000-ci ildə isə bu səlahiyyət məhkəmələrə verilib. Məqsəd insanların hüquqlarının daha yaxşı qorunmasını təmin etmək idi. Hüquqşünaslar deyir ki, üstündən 10 il keçsə də, məhkəmələr bu səlahiyyətdən istifadə eləmir.

Azərbaycanda ən çox həbs-qətimkan tədbirinin tətbiq edilməsi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən müstəntiqlərin şəxsi maraqlarından çıxış etmələri haqda iddialar var. Məsələn, təqsirləndirilən şəxs barəsində kifayət qədər sübut olmayanda belə müstəntiq, yaxud da prokuror fikirləşir ki, şəxsi həbsdə saxlamaqla onun barəsində ittihamedici faktlar toplamaq daha asan olacaq. Digər maraqlar da var.

Maraqlı bir araşdırma isə 2008-ci ildə aparılmışdı. Həbs qətimkan tədbirlərinin qanuni əsaslılığı yoxlanılmışdı. Üzə çıxmışdı ki, prokurorlar tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olunan müraciətlərin 98 faizini məhkəmələr təmin edib. Bu hala hətta Ali Məhkəmə rəhbərliyi də təəccüb etmişdi. Eyni zamanda məlum olmuşdu ki, prokurorların yazdıqları təqdimat cümləbəcümlə məhkəmələrin qərarlarında təsbit olunur.

Açıq mənbələrdə - Ədliyyə Nazirliyinin, Məhkəmə Hüquq Şurasının saytlarında çıxarılan qətimkan tədbirləri və növü haqda məlumatlar yoxdur. Bunun özü də qətimkan tədbirlərinin seçilməsi zamanı həbs növünə müraciətlərin çoxluğunu şərtləndirir. Açıq mənbələrdə belə bir məlumatlar olsaydı, yəqin ki, bu gün başqa bir mənzərə müşahidə edilərdi.

Hazırda məhkəmələrin nadir hallarda müraciət etdikləri qətimkan tədbirlərindən biri də ev dustaqlığıdır. Bu yazını hazırlayarkən vəkillərlə əlaqə saxlayıb barəsində həbslə əlaqəli olmayan tədbir seçilmiş şəxslər haqda məlumat istədik. 5 vəkildən heç biri belə bir tədbirin seçilməsini xatırlaya bilmədi. Bu gün barəsində ev dustaqlığı seçilən şəxs ləğv olunmuş MTN-in Əməliyyat Texniki İdarəsinin sabiq rəisi Natəvan Mürvətovadır. Eldar Mahmudovun müavini general Hilal Əsədovun da ev dustağı edilməsi, onunla paralel MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabov barədə də oxşar qərarın verilməsi haqda bilgilər zaman-zaman mətbuatda yayılıb. Eldar Mahmudovun özünün statusu isə bilinmir. Onun barəsində qətimkan tədbirlərindən hansının seçilməsi haqda məlumat yoxdur.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru