Eldar Mahmudovun obyektini dövr alan gürcü biznesmen Ermənistan hakimiyyətinin dostudur – NÜANSLAR
Tarix: 31-01-2017, 08:24 | Çap et
Ötən ilin sonlarında sabiq MTN başçısı Eldar Mahmudovun ən böyük şirkətlərindən biri “Saba Cars”ın yeni adla fəaliyyətə başlamısı barədə məlumat yayılmışdı. LEGİON bildirir ki, terefdar.az-da yayılan məlumatda qeyd olunurdu ki, Eldar Mahmudova məxsus olan avtomobil satış mərkəzi uzun müddət qapalı qaldıqdan sonra nəhayət ki, fəaliyyətə başlayıb. Tərəfdar.az xəbər verir ki, “Aztech Tegeta Motors” adında fəaliyyətə başlayan obyektdə təmizlik işləri başlanıb. Son günlər Mahmudovun bir neçə obyektinin də yenidən fəaliyyətə başlaması haqda mətbuatda informasiyalar yayılıb. Qeyd edək ki, hazırda barəsində danışdığımız obyekt Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra bağlanıb.
Orada olan avtomobillər isə evakuatorlara yüklənərək aparılıb. Badamdar qəsəbəsi “Qurd Qapısı” dairəsinə yaxın ərazidə yerləşən həmin obyekt 2007-ci ildə “Avtomobil Dünyası” adı altnda fəaliyyətə başlamışdı. Burada qiyməti 300 min dollara yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Bir müddət keçdikdən sonra isə obyekt “Crystal”, son günlərə qədər isə “Avtomobil Dünyası” adı altında işləyirdi. Bakıda satışa çıxarılan ən bahalı maşın markalarına məhz bu obyektdə rast gəlmək olardı. Eldar Mahmudov işindən azad olunandan və ətrafında olan şəxslər həbs olunduqdan sonra bu obyektlə bağlı maraqlı faktlar üzə çıxdı. Belə ki, bir neçə sahibkar mətbuata verdikləri videomüsahibədə bildirmişdilər ki, onları şantaj edən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev sahibkarlara satış mərkəzindən maşın aldıraraq həmin avtomobili öz adına keçirirmiş. Bununla da o həm şefi Eldar Mahmudova xeyir verirdi ,həm də yeni bahalı avtomobilə sahib olurdu (terefdar.az)
LEGİON əlavə edir ki, ölkə mətbuatında bu şirkətin sahibinin Dəmir Abdullayev olduğu qeyd olunur. Bu şəxsin adı MTN başçısıyla əlaqələndirilən “dərman mafiyası”nın rəhbəri Ədalət Ramazanovla da birgə hallanır (milli.az). Fevralın 15-də təntənəli açılışı gözlənilən “Aztech Tegeta Motors”a gəlincə, bu şirkət Gürcüstanda nəhəng şirkətlərdən birinin törəməsidir. “Tegeta Motors” Gürcüstanda monopolist şirkətlərdən hesab olunur.
Bir şirkətin və eyni zamanda “Sairme” kurortunun sahibi Temur Koxodze 2008-2012-ci illərdə Vahid Milli Hərəkat Partiyasından millət vəkili olmuşdu. Bu şəxs və onun şirkəti barəsində Transparency Internationalın hesabatlarında bir sıra məqamlar diqqəti çəkir. Belə ki, 2008-ci ildə “Tegeta Motors” Mixeil Saakaşvilinin seçki kampaniyasına 500 min lari (303 min ABŞ dolları) ianə edib və bu, rəsmi hüdudlardan beş dəfə artıqdır. Eyni ildə isə T.Koxodze hakim partiyadan deputatlığa namizəd olur və seçkilərdə qalib gəlir. Bundan sonrakı illərdə isə böyük dövlət sifarişləri və tenderlərdə “Tegeta Motors”un adı daha çox hallanmağa başlayır. Beynəlxalq təşkilatların hesabatlarına bu şirkətin yüzminlərlə, milyonlarla dollar dəyərində dövlət sifarişini qarşılayan “monopolist” kimi düşdüyü deyilir.
“Tegeta Motors”un Ermənistanda da böyük törəmə şirkəti və filialı var. “Tegeta Motors”un rəsmi saytında deyilir ki, şirkət korporativ və fərdi müştərilər üçün müxtəlif avtomobil satışı və xidmətlər həyata keçirir, “JCB”, “Bridgestone”, “Michelin”, “Hankook”, “Varta”, “Exide”, “Optima”, “Shell”, “Motul”, Meguin, Hengst, ZF Parts, “Lemforder”, “Sachs”, Philips, “Bosch”, “BPW”, “Thermo King”, “Febi”, “Federal Mogul”, “Porsche”, “Mazda”, “Toyota”, “Man Truck & Bus AG” kimi brendlərin rəsmi nümayəndəsidir. Həmçinin, “Tegeta Motors”un Gürcüstanda 19 filiala malik olduğu deyilir. Digər tərəfdən, artıq bir sıra iş adamları arasında məlumat gəzməyə başlayıb ki, “Tegeta Motors” dünya brendlərinin təmsilçiliyini Azərbaycanda da həyata keçirəcək, nəticədə isə bir çox yerli şirkət öz mallarını Temur Koxodzedən almalı olacaq.
Bəs bu, yerli sahibkarların, necə deyərlər, milli burjuaziyamızın fəaliyyətinə necə təsir edəcək? LEGİON yuxarıdakı brendlərin Azərbaycanda rəsmi təmsilçililəri barədə araşdırma apararkən, “Active Group” adlı şirkətin “Bosch”u və bir neçə məşhur dünya brendini ölkəmizdə təmsil etdiyini öyrəndik. Şirkətin rəhbəri Elşad Hüseynov əməkdaşımızla söhbətində təmsilçiliklə bağlı məqamları təsdiqləsə də, geniş danışa bilməyəcəyini və tədbirdə olduğunu dedi. Bir saat sonra zəng etdiyimizdə isə E.Hüseynov “özüm sizə zəng edəcəyəm” deyib dəstəyi asdı.
Lakin Elşad Hüseynovun qardaşı, bu sferada fəaliyyət göstərən REEN şirkətinin rəhbəri Elşən Hüseynov suallarımıza cavab verdi. “Bəli, belə bir şirkətimiz var, “Bosch”un rəsmi nümayəndəsiyik”, – deyə Elşən Hüseynov qeyd etdi. “Elşən müəllim, “Tegeta Motors” da “Bosch”un rəsmi təmsilçisidir. Bu şirkət Azərbaycanda da açılıb və deyilənlərə görə, Azərbaycan şirkətləri də bundan sonra bir sıra brend məhsulları “Tegeta Motors”dan almalı olacaq. Bu, sizin biznesə necə təsir edəcək?”, – deyə maraqlandıq. “Elə məlumatım yoxdur… Belə danışıqlar eşitmişəm, amma rəsmi nümayəndəlik ola bilməz. Hər bir ölkədə ayrı nümayəndəlik var. Azərbaycanda rəsmi nümayəndə bizik. O şirkət burda “Bosch”un nümayəndəsi kimi fəaliyyət göstərə bilməz. Onlar mal gətirə bilərlər, amma nümayəndə ola bilməzlər. Region üzrə nümayəndəlik yoxdur”, – deyə Elşən Hüseynov bildirdi.
Temur Koxodzenin İrəvandakı nümayəndəliyin rəsmi açılışında da Ermənistanın vəzifəli şəxsləri ilə birlikdə iştirak etməsi “Youtube”da paylaşılan videolardan aydın görünür. Bu videosüjetlər Ermənistanın müxtəlif telekanallarında yayımlanıb. T.Koxodzenin Ermənistana tez-tez səfər etdiyi və Ermənistan hakimiyyətindəki bir çox şəxslə yaxın münasibətlərdə olması da LEGİON-a məlumat verən mənbələr tərəfindən qeyd olunur. Həmçinin, mənbələrin bildirdiyinə görə, Gürcüstandakı Temur Koxodzeyə aid müəssisələrdə işçilərin əksəriyyəti ermənilərdir və məhx Koxodzenin göstərişi ilə azərbaycanlılar işə götürülmür. T.Koxodzenin ermənilərlə, Ermənistan hakimiyyəti ilə nə qədər yaxın olduğunu deyə bilmərik. Amma T.Koxodzenin Eldar Mahmudova aid müəssisənin bazasında yeni törəmə şirkət yaratması oxucuların da suallarına səbəb ola bilər. Belə ki, LEGİON əməkdaşı tanınmış neft eksperti İlham Şabanla söhbət zamanı, təxminən 20 il əvvələ aid olan maraqlı bir hekayənin qulaq şahidi oldu.
“1995-96-cı illər idi. Azərbaycan müharibədən təzə çıxmışdı, 15 mindən çox şəhidimiz, 50 mindən çox yaralımız vardı. Hər yerdə qaçqın çadırlarına rast gəlmək olardı. Belə bir vaxtda Fransanın “Total” şirkəti Azərbaycanın Şahdəniz yatağıyla maraqlanmağa başladı. O zaman mərhum prezident Heydər Əliyevin rəhbərlik etdiyi hakimiyyət bir məqamı nəzərə alaraq, danışıqlarda diqqətli davrandı. “Total”ın Asiya və Yaxın Şərq üzrə vitse-prezidenti yaşlı bir erməni idi. Həmin şəxs təqaüdə göndəriləndən sonra, müqavilə imzalandı. Bu proses altı aya yaxın vaxt apardı”, – deyə İ.Şaban bildirdi. Ümid edirik ki, hörmətli məmurlarımız xarici şirkətlərə Azərbaycanda şərait yaradarkən, hərdən tarixə də boylanaraq, düzgün qərarlar verməyə çalışacaqlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Bu gün, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Bu gün, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Bu gün, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
|