Haqqı tapdanan vətəndaş prezidentə üz tutdu - ŞİKAYƏT VAR
Tarix: 2-01-2017, 10:41 | Çap et
Neçə gün əvvəl vətəndaş Cəbrayıllı Gülnarə Aydın qızının iddiası əsasında Bakı şəhəri Xətai rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə mülki iş üzrə məhkəmə prosesi davam etdirildi... Prosesdə iddiaçı Cəbrayıllı Gülnarə Aydın qızının vəkili Nüşabə Ağayeva, cavabdeh Mikayılov Bayram Təvəkkül oğlu, onun nümayəndəsi Mehman Paşayev və tərəflərin yaxınları iştirak edirdilər... Hakim İlahə Abbasova prosesi mülki məhkəmə prosesini açıq elan etdikdən sonra iclas şahidlərin dindirilməsi ilə başlamışdı... "Təzadlar" məhkəmə prosesi barədə dünənki buraxılışında ətraflı yazmışdı... Bu dəfə hamını şoka salan bir məlumatı təqdim etməyə məcburuq. Söhbət hakim İlahə Abbasovanın mülki şikayətçidən onun qanuni xeyrinə qərar qəbul edilməsi üçün onun atası Aydın Cəbrayılovu "çıxılmaz vəziyyətə" salmasından gedir... "Təzadlar"a Aydın Cəbrayılov tərəfindən Xətai rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın bu qanunsuz əməli və intriqalı hərəkətindən Prezident İlham Əliyevə və ədliyyə naziri, Azərbaycan Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlı şikayət məktubu daxil olub. Aşağıda ixtisarla təqdim edirik: Çox hörmətli cənab Prezident! "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda hakimlərin statusu aydın yazılıb. Həmin qanunda hakimlərə dövlət qayğısı və imtiyazlar aydın şəkildə yazılıb. Amma çox təəssüflər olsun ki, Xətai rayon Məhkəməsinin hakimi İlahə Abbasova bütün etik qaydaları, qanunun tələblərini pozaraq qızımın mülki iddiasının təmin olunması üçün görünməmiş qanunsuz addım atdı... Belə ki, hakimə bütün maddi sübutlar təqdim edilmişdi, o, bu sübutları görəndə şoka düşmüşdü və bizə bildirmişdi ki, qarşı tərəf Allahsızlıq edib, bu qədər sübutlar olduğu halda niyə sizə qarşı belə hərəkətlər edib? Mən hakimə qızımın ər evinə apardığı cehiz əmlakının hər birinin haradan və hansı qiymətə alınması, dəyərinin kimin tərəfindən ödənilməsi, hansı tarixdə hansı şirkət tərəfindən verildiyi, həmin mənzilə necə daşınıb yerləşdirilməsi barədə arayışlar təqdim etməyimə baxmayaraq sonuncu prosesdə hakim İlahə Abbasova heç bir əsas olmadan qarşı tərəfin xeyrinə olan qərar qəbul etdi. Məni yandıran budur ki, hakim qadındır və bilməli idi ki, ər evinə (bu evin təmirinə isə mən 80 min manat xərc çəkmişəm, bu başqa bir mövzudur) gəlin cehiz aparır, bəy yox! Amma bu hakimin qərarından belə başa düşülür ki, cehizi bəy, yəni hazırda Saatlı Məğulluq Mərkəzinin direktoru olan Bayram Mikayılov gətirib... Necə ola bilər ki, mən mənfur ermənilərdən xilas edib gətirdiyim mal-mülkü Bakıda Xətai rayon Məhkəməsinin bir qondarma qərarı ilə kimsə ələ keçirir! Bu necə mümkündür? Hakimin bu işdə, yəni belə qanunsuz qərar qəbul etməsində marağı nədir? Bəli, hakim "istəklərindən" xəbərdar idim, lakin mən Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparıldığı bir vaxtda belə addımı ata bilərdimmi? Cənab Prezident! Hörmətli nazir! Mən indi nə edim, bu hakimin belə qanunsuz, cinayət mahiyyətli əməlinə qarşı ən sərt tədbir görülməli deyilmi? İnanıram ki, Azərbaycanın adına zidd əməllər tutan belə hakimlər sərt cəzalanmalıdır və hakim İlahə Abbasovanın barəsində müvafiq tədbir görülməlidir...
Hakimin köməkçisi iddiaçının mobil telefonuna göndərdiyi mesajında niyə təcili hakimlə görüşməyi tələb edir?
Şikayətçi Aydın Cəbrayılov bu gün əməkdaşımızla görüşüb və iş üçün vacib sübutlara dair bir sıra vacib sənədləri təqdim etdi... Hansı ki, bu sənədlər məhkəmə prosesində hakimə də təqdim olunub. Həmin sənədlər "Sfera Mebel" mağazalar şəbəkəsindən alınan mətbəx mebelinə, "Smarton" MMC-dən alınmış 4 ədəd LG televizorlarının, 3 ədəd kondisionerlərin alınmasına dair rəsmi sənədlər və ödəniş qəbzlərindən ibarətdir. Sənədlər arasında "Yağmur Mebel" mağazasından alınan mebel dəstlərinin, 145 adda cehiz əşyalarının, 2 ədəd qızıl tac (hər biri 25 min dollar məbləğində, Türkiyədə sifariş əsasında hazırlanıb) və gəlin üçün sinə qızıl lileti və s. vardır. Bunlar da hakimə təqdim edilib. Hakim İlahə Abbasova isə qarşı tərəfə başqa şərtlərini diqtə edib... "Hətta onun köməkçisi mən Aydın Cəbrayılovun mobil telefonuna mesaj yazaraq təcili olaraq hakim İlahə Abbasova ilə görüşməyi təklif edir... Bunun isə nə demək olduğunu bir hakim bilsin, bir də Allahı!", -deyə şikayətçi bildirir... Sənədləri təhlil edəndə isə məlum olur ki, kürəkəni Bayram Mikayılova qızıl pul kartını verib onu Parisə göndərən Aydın Cəbrayılov kartından xərclənən 20 min evro pula xəsislik etməyibsə, onun qeyd edilən cehiz mebelləri almaması necə mümkündür? Hansı ki, hakim İlahə Abbasova tamam tərsinə mövqe tutaraq qərar qəbul edir ki, sən demə, bütün cehizi Bayram Mikayılov alıbmış... Şikayətçi Aydın Abbasov haqlı olaraq sual edir: "Hakimdən soruşuram, özü ərə gedəndə, yəni ailə həyatı quranda, yaxud övladlarına toy edəndə, cehizi oğlan evi almışdı, yoxsa qız evi???". *** Şikayətçi Aydın Cəbrayılov hazırda apelyasiya şikayəti verməyə hazırlaşır... Bununla bərabər, o, hakimin barəsində Prezident İlham Əliyevə və MHŞ-nin sədri Fikrət Məmmədova rəsmi müraciət də göndərəcək... O, həmçinin hakim İlahə Abbasovanın qohumlarına, qudasına... da mətbuat vasitəsilə müraciət etmək niyyətindədir. Sonuncu Müraciət redaksiyaya təqdim edilib. Az sonra oxuya bilərsiniz... (Davamı var) "Təzadlar"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Bu gün, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Bu gün, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Bu gün, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
|