Samir Şərifov baryeri aşa bildimi? - Yeni iddialar
Tarix: 28-12-2016, 08:49 | Çap et
Manat sürətlə ucuzlaşmağa davam edir, qiymətlər isə get-gedə bahalaşır. Azərbaycanda faktiki olaraq məxməri devalvasiya baş verib. Belə bir şəraitdə ölkəni bu çətin durumdan çıxarmaq üçün real addımlar atılmaq əvəzinə, ölkədə yenidən dollar qıtlığı yaşanmağa başlayıb. Əksər ekspetlər baş verən hadisələrin bir neçə nəfərin əli ilə süni şəkildə təşkil olunduğunu bildirirlər ki, onlardan biri də maliyyə naziri Samir Şərifovdur deyirlər.Nia.az xəbər verir ki, hətta Tərəfdar.az-a danışan mənbələrin iddiası var ki, S.Şərifov vəzifədən alına və həbs oluna bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədovun gözlənilmədən işdən çıxarılması bu istiqamətdə gündəmi bir qədər dəyişib. Yayılan məlumatlarda E.Məmmədovun “vurulması”nın arxasında onun “qara bazar”a dollar çıxarması göstərilir. Bildirilir ki, E.Məmmədov bir neçə başqa bankir dostuyla birlikdə “qara bazar”a külli miqdarda xarici valyuta çıxarılmasını təşkil edib.
Bu məsələ ölkədə ciddi problem səviyyəsinə çatıb, hətta parlament səviyyəsinə qaldırılmışdı. Deputat Yevda Bayramov bir neçə gün öncə Milli Məclisin iclasında çıxış edərək bildirdi ki, şəhərin müxtəlif yerlərində külli-miqdarda xarici valyuta satırlar. Özü də bu, qeyri-qanuni yollarla, müxtəlif maşınlarda həyata keçirilir. Elmar Məmmədov bu posta Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevdən sonra gətirilib. Mediada da bildirilir ki, o, bu vəzifəyə maliyyə naziri Samir Şərifovun dəstəyi ilə çatıb. C.Hacıyev həbsindən sonra da Beynəlxalq Bankın yeni rəhbərliyini hədəfə alan açıqlamalarında əsasən Samir Şərifovu “vurmuşdu”. Əslində, Cahangir Hacıyev mətbuata göndərdiyi son müraciətində Beynəlxalq Bankın rəhbərliyini tamamilə hədəfə çıxarmış və yeni rəhbərliyin fəaliyyətini incələməyin, təhlil etməyin lazımlılığını bəyan etmişdi.
Məlum açıqlamadan sitat: “2015-ci ilin yarım ilində Beynəlxalq Bankın xalis zərəri 197 milyon manat, 2016-ci ilin yarım ilində isə 323 milyon manat, eyni zamanda bankın 125 milyon manat kapital itkisi olub.
Məni ittiham edirlər ki, 2 milyard manatı riskli layihələrə qoymuşam və həmin məbləğdə zərər vurmuşam. Halbuki, həmin layihələrin hesabına Beynəlxalq Bank hər ili xalis gəlirlə başa vurub. Həmin layihələri sağlamlaşdırmaq adı ilə Beynəlxalq Banka Mərkəzi Bankdan 7 milyard manat, Neft Fondundan 1 milyard dollar verildi. İndi sual olunur: Hardadır həmin pullar? Biz dövlət büdcəsindən heç bir vəsait götürmədən hər ili xalis gəlirlə başa vururduq. Beynəlxalq Bank hazırda isə göstərdiyim külli miqdarda vəsaiti nağd formada almasına baxmayaraq, ili xalis zərərlə başa vurur”.
Ekspertlər bildirirlər ki, Cahangir Hacıyevin dediyi həmin valyuta bankın yeni rəhbərliyi tərəfindən “qara bazar”da satılıb. Belə ki, Beynəlxalq Bank rəhbəri işdən çıxarılmazdan az öncə valyuta bazarının niyə belə çətin vəziyyətə düşdüyü barədə maliyyə naziri Samir Şərifovdan hesabat tələb edilib. Nazir isə valyuta bazarında bu qeyri-müəyyənliyi və hərc-mərcliyi tutarlı arqumentlərlə izah edə bilməyib və məsuliyyəti üzərindən atmaq üçün Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədovu hədəfə çıxararaq onu qurban verib. Mənbə iddia edir ki, Samir Şərifovun dəstəyi ilə vəzifəyə gəlmiş Elmar Məmmədov onun diqtəsi və təlimatı olmadan nəinki “qara bazar”a pul çıxarmaq kimi böyük risk daşıyan bir əmələ qol qoymaz, hətta Beynəlxalq Bankın fəaliyyətinə aid olan məsələlərə belə təkbaşına qərar verməz. Şərifov isə görünür, özünü hədəfdən yayındırmaq üçün yenə daha xırda fiquru qurban verməyi seçib.
Vəziyyətin nə qədər kritik olduğunu və məsələyə dövlət başçısının müdaxilə etdiyini göstərən faktlardan biri də Prezident İlham Əliyevin bir neçə gün öncə Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verməsidir. Qeyd edək ki, ölkə başçısı Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib. Həmin müddətin bitməsinə cəmi 3 gün vaxt qalsa da, Tərəfdar.az-ı məlumatlandıran mənbə bildirir ki, hələlik bu istiqamətdə hər hansı ciddi adımların atılmasından söhbət gedə bilməz: “Hüquq-mühafizə orqanları nə ediblərsə ediblər, Samir Şərifovun işi ancaq ki, medianı “zərərsizləşdirmək” olub”.
Mənbə iddia edir ki, Samir Şərifovun həbsi məsələsi gündəmə gələ bilər: “Həm özünün məsuliyyətsizliyi, həm də maliyyə bazarlarında baş verən bütün çatışmazlıqların məsulu kimi onun qurban verilməsi gözləniləndir. Yanvarda bu istiqamətdə ciddi addımların atılacağı qaçılmazdır”.(
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Bu gün, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Bu gün, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Bu gün, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
|