Şamaxıda da anım mərasimi keçirildi .....                     Aynişanın adından dələduzluq .....                     Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib .....                     Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                 

Yeni rektordan razılıq edən yoxdur... - İTTİHAM VAR
Tarix: 20-08-2016, 10:05 | Çap et
Yeni rektordan razılıq edən yoxdur...
Məlum olduğu kimi, iyun ayının 23-də Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin edilmiş Nurlana Əliyeva bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Elə həmin vaxt mətbuatda yayımlanan məlumatlarda da xüsusi olaraq qeyd olunmuşdu ki, Nurlana Əliyeva ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. Lakin BSU-da hal-hazırda müşahidə olunan proseslər tam əminliklə bunu söyləməyə əsas verir ki, yeni rektor nəinki ölkə rəhbərliyinə verdiyi sözə əməl etmək niyyətində deyil, əksinə bir çox məqamlarda Nurlana xanım bir başa dövlər başçısının yürütdüyü siyasətin ziddinə addımlar atır. Məsələ bundadır ki, Nurlana Əliyevanın BSU-nun yeni rektoru postunda atdığı ilk addımlar bu ali təhsil müəssisəsində əsaslı kadr dəyişiklikləri həyata keçirməkdən ibarət olub. Həm də necə... Bu xüsusda redaksiyamıza açıqlama verən mənbə bildirir ki, Nurlana Əliyeva 1990-2016-cı illərdə direktoru olduğu Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim heyətinin böyük bir hissəsini özü ilə universitetə gətirib. Diqqətəlayiq haldır ki, özünün də artıq 70 yaşı olan Nurlana xanımın BSU-da işlə təmin etdiyi müəllimlərdən ən cavanının yaşı 65-ə yaxındır. Görəsən universitetdə “daxili nizam-intizamı möhkəmləndirmək” bəhanəsilə öz yaxın ətrafını işlə təmin edən yeni rektor bu addımlarının ölkə Prezidentinin yürütdüyü gənclər siyasətinə nə dərəcədə uyğun olub-olmaması barədə düşünübmü? Mənbə isə bildirir ki, BSU-nun tələbələri artıq təhsil aldıqları universiteti öz aralarında “N.Əliyeva adına Bakı Qocalar Evi” adlandırırlar. Bu arada isə, belə bir məqamı da qeyd etmək yerinə düşər ki, əldə etdiyimiz məlumata görə, Təhsil naziri Mikayıl Cabbarov özü, ilkin olaraq Nurlana Əliyevanın BSU-nun rektoru postuna təyinatına razı olmayıb. Lakin sonradan, bəzi nüfuzlu şəxslərin təkidli xahişləri naziri bu dəfə də öz fikrindən döndərə bilib. Xatırlayırsınızsa, hələ bir müddət bundan əvvəl Təhsil Nazirliyində Nurlana Əliyevanın təqaüdə çıxarılması (Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru postundan) ilə bağlı məsələyə də baxılmışdı. Ən azından, son 25 ili bu təhsil müəssisəsinə rəhbərlik edən kollec direktorunun yaşı buna tam əsas verir. Lakin bu məsələnin TN-də hətta bir deyil, iki dəfə müzakirə olunmasına baxmayaraq, hər dəfə müəyyən şəxslər müvafiq qərarın qəbul olunmasına müdaxilə edərək, bunun qarşısını almış və Nurlana Əliyevanın vəzifədə qalmasını təmin edə bilmişdilər. Ola bilsin ki, YAP-ın Qadınlar Şurasının sədri vəzifəsini daşıyan Nurlana Əliyevanın müəyyən dairələrdə hörməti və nüfuzu da TN rəhbərliyini bu xüsusda edilən xahişlərə həssaslıqla yanaşmağa sövq edir. Görünür, yeni təyinatla bağlı proseslər də oxşar ssenari üzrə cərəyan edib.

Digər tərəfdən isə, Nurlana Əliyevanın Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim heyəti ilə birgə, həmin kollecdə tətbiq etdiyi idarəçilik üsullarını da eynilə olduğu kimi Bakı Slavyan Universitetinə transfer edəcəyi ehtimalı da artıq özünü tam doğrultmaqdadır. Məlum olduğu kimi, Nurlana xanımın rəhbərliyi dövründə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alan tələbələrin bütün imtahanlara hazırlıq prosesi ilk növbədə tələb olunan vəsaitin hazırlanması ilə müşayiət olunub. Bu xüsusda redaksiyamıza dəfələrlə müraciət etmiş kollec tələbələri bildirirdilər ki, hər növbəti sessiyanı uğurla başa vurmaq üçün rəhbərlik tərəfindən müəyyən olunmuş məbləğ 400 ABŞ dolları civarındadır. Dərslərdə iştirak etməyən tələbələr üçün isə, bu məbləğ artıq 600 ABŞ dolları dəyərində müəyyənləşdirilmişdi. İndi isə, analoji pul yığımlarının, lakin daha böyük məbləğ və miqyaslarda BSU-da həyata keçiriləcəyi artıq heç kimdə şübhə doğurmur. Elə Nurlana Əliyevanın universitetə öz komandasını gətirməkdə də əsas məqsədi, bu prosesləri artıq “baş ağrısı” olmadan təmin etməkdir.

Və sonda bir məqama da xüsusi olaraq toxunmaq istəyirik. Əldə etdiyimiz məlumata görə, Nurlana Əliyeva yeni vəzifəsinin icrasına həm də Bakı Slavyan Universitetinin binasının təmiri ilə başlayıb. Mənbə bildirir ki, bu məqsədlə artıq külli-miqdarda vəsait də ayrılıb. Lakin anlamaq olmur ki, sonuncu dəfə təmir olunduğu vaxtdan hələ çox az bir müddət keçmiş binanı, həm də əslində heç bir ehtiyac olmadan yenidən təmir etdirməkdə Nurlana xanımın məqsədi nədir? Daha doğrusu məqsəd burada aydındır: maliyyə maxinasiyaları, silinmələr və mənimsəmələr... Anlaşılmayan isə budur ki, bütün bunlara niyə yol verilir?

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02
Aynişanın adından dələduzluq
Dünən, 18:59
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru