Hansı icra başçısı sahibkarlara borclu qalıb? - İTTİHAM VAR
Tarix: 16-08-2016, 08:48 | Çap et
Bakıda və regionlarda genişlənmiş tikinti-abadlıq işləri tikinti sferasında yer alan sahibkarlıq subyektlərinin də fəaliyyətində böyük canlanmaya səbəb oldu. Nəticədə sahibkarlar çətin maddi vəziyyətdən çıxış əldə etmək imkanı qazana bildilər. Xüsusən üzlük daş istehsalı ilə məşğul olan sahibkarlar şəhər və rayon icra hakimiyyəti rəhbərlərinin qeyri-rəsmi səlahiyyət verdiyi şəxslərlə işbirliyinə böyük ümid bəsləyirdilər. Belə də oldu. Üzlük daş sexləri öz məhsullarını qarşılıqlı razılaşma əsasında dəyəri sonradan tam ödənilmək şərti ilə paytaxt və bölgələrin tikinti meydançalarına göndərməyə başladılar. Lakin əksər rayonlarda tikinti-abadlıq işlərinin bir hissəsinin artıq yekunlaşmasına baxmayaraq, üzlük daş sexlərinə olan borclar yalnız qismən ödənib. Borcun qalan hissəsinin ödənilməsindən bu və ya başqa bəhanələrlə imtina edilib. Nəticədə aldıqları blok daşlara görə karxanalar külli miqdarda borclu qalan üzlük daş sexləri ağır durumla üzləşməli olub. Bu problem demək olar ki, daş sexlərinin hamısında müşahidə edilməkdədir. Qeyri-rəsmi mənbələrdən Gundelik-Baku.com-a verilən məlumatlara görə, Bakı, Şəki, Salyan (keçmiş rəhbərlik), Kürdəmir və digər sadalamadığımız şəhər və rayonların icra başçıları hələ də üzlük daş sexlərinə külli miqdarda borclu qalıblar. Tam olmayan məlumata görə, borcların ümumi həcmi milyon manatlarla ölçülür. Sahibkarlığın əlini işdən soyudan isə yerli icra başçılarının şəxsi mənafelərini güdməsidir. Məsələni ciddiləşdirən əsas amillərdən biri icra başçılarının sahibkarlara olan borcu ödəməkdən nümayişkəranə imtina etməsidir. Bu zaman "get kimə daş vermisən ondan da pulunu al", "səni yoxlatdıraram, başın ağrıyar" kimi təpkilər, sair yumşaq və ya sərt hədə-qorxularla sahibkar halal zəhmət haqqını istəməkdən vaz keçməyə məcbur edilir. Bu faktların dəqiqliyinə şübhə edənlərə məsləhətimiz odur ki, uzağa getməsinlər, elə imkan tapıb Bakı ətrafındakı üzlük daş sexlərinə baş çəksinlər. Həmin sexlərdə çalışan insanların ağır əməyi, sahibkarın ağrılı maddi durumu bəlkə kimlərisə insafa gətirdi... Təbii ki, bu hal uzun müddət davam edəsi deyil. Ən azı ona görə ki, ölkədə sahibkarlığın inkişafı dövlət səviyyəsində dəstəklənir. Bu mənada belə qənaətə gəlmək olar ki, sahibkarların belə deyək, əsəbi ilə oynayan icra strukturları rəhbərləri öz hərəkətləri ilə dövlət siyasətinə hiss olunacaq zərbə vururlar. İndinin özündə üzlük daş istehsalında müəyyən inhisarçılıq və haqsız rəqabət hökm sürsə də, ölkədə vüsət alan tikinti-abadlıq işlərinin miqyası kiçik və orta sahibkarlıq subyektləri üçün perspektivli cəlbedici görünür. Lakin əksər sahibkarlar vəzifəli məmurlar tərəfindən aldadılacağından ehtiyat edərək bu sahədəki biznesdən imtina etmək məcburiyyətində qalıb. Kifayət qədər maraqlı hesab etdiyimiz bir faktı xatırladaq. Büdcə vəsaitinin çoxluğu icra başçılarını deyəsən, şirnikləndirib, bəzilərini isə hətta başdan çıxarıb. Tikinti-abadlıq işlərinin genişlənməsi nəticəsində üzlük daş istehsalı bəzi icra başçılarının maraq dairəsində yer alıb. Bəzi şəhər və rayon rəhbərləri əlaltılarının adına rəsmiləşdirdiyi üzlük daş istehsalı sexlərini əldə etməklə faktiki sex sahiblərinə çevriliblər və bu biznesə girişərək əməlli-başlı qazanc əldə etməyə başlayıblar. Lakin alıb-aldatma zamanında məmurla sahibkar arasında gerçəkləşən açıq və birbaşa daş alveri dövlət məmurunun günahı üzündən ödənişin gecikməsi və ya ödənişdən imtina səbəbindən düşmənçiliyə çevrilir. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|