Əmrullayevlə dost olan rektor Texniki Universiteti ŞƏXSİ BOSTANI KİMİ İDARƏ EDİR... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...
Tarix: 9-11-2021, 10:14 | Çap et
DİA.AZ: - "Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu son iki ildə universitetimizdə yaranmış acınacaqlı və fəlakətli dərəcəyə çatmış vəziyyət haqqında ürək yanğısı ilə məlumat vermək istəyirik". DİA.AZ bildirir ki, bu sözlər sözügedən ali təhsil ocağının bir qrup müəllimi adından redaksiyamıza göndərilən müraciətində yer almışdı ki, həmin müraciət ictimaiyyətdə geniş rezonans yaratsa da, nəıdnsə Təhsil Nazirliyinin diqqətini cəlb etmədi.
Yazı BURADA: http://www.dia-az.online/3/317701-cenab-emrullayev-texniki-universitete-nezer-salacaqm.html
DİA.AZ bildirir ki, amma bu da faktların hamısı deyil və redaksiyamıza müəllimlər adından yeni müraciət daxil olub. Həmin müraciəti də olduğu ki9mi təqdim edirik və yenə də ümid edirik ki, açıqlanan faktlara rəsmi dairələr tərəfindən hansısa formada reaksiya veriləcək.
Beləliklə, müəllimlər DİA.AZ-a yazır:
"Sizə müraciətimizin səbəbi Azərbaycan Texniki Universitetində baş verən xoşagəlməz hallar və ardı-arası kəsilməyən mənasız struktur dəyişiklikləri, işçilərə qarşı birinci şəxs tərəfindən haqsızlıqın səngimək bilməməsidir. Belə ki, 2019-cu ildə universitetə rektor təyin olunan rektor Vilayət Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işçilərlə istədiyi kimi rəftar edir.Bu günə kimi aramızdan şikayət edənlər, işdən rektorun qəzəbinə tuş gəlib əsassız çıxarılıb bərpa olunanlar olsa da, rektorun qanunsuz əməllərinə hələ ki, göz yumulur. Universitetin pedaqoji işçi heyəti sentyabr ayını tam olaraq işə çıxdıqları halda onlarla universitet arasında bir illik əmək müqaviləsi oktyabr ayının əvvəlindən bağlanıldı.Sentyabr ayının bir aylıq əmək haqqı əsassız tutuldu.
Rektor gəldiyi gündən o qədər lüzümsuz struktur dəyişiklikləri edir ki, hazırda universitetdə tələbə qəbulu əvəllki illərlə nisbətdə artsa da, kafedraların və ixtisaslaşmaların sayı tamamilə azaldılıb.On mindən çox tələbənin təhsil aldığı universitetin müəllimləri 21 kafedrada qeyri-ixtisas fəaliyyət göstərməyə məcbur olduqlarına görə təlaş içindədilər. Müəllimlərimizin bir qismi dərs saatlarının kəskin azaldılması, qeyri-ixtisas dərs keçmək istəməməsi səbəbi ilə ADNSU, BMU və digər universitetlərə yerdəyişmə etdilər. Professorların 70 faizi təhdid və şantaj yolu ilə tutduğu vəzifələrdən uzaqlaşdırıldı.Şikayət edənlərin bəziləri məsləhətçi professor kimi saxlanıldı.Onların yerinə ali təhsil sistemində işləməyən, elmi dərəcəsi olmayan şəxslər (rektorun qohumları, yerliləri, əvəllki iş yerlərindəki əməkdaşları) işə götürülüb.İşə götürülənlər arasında 70 yaşdan yuxarı təqaüdçü kimi əvvəlki iş yerindən çıxarılıb hazırda AzTU-da rəhbər vəzifələrdə işləyən işçilər var.Rektor çıxışlarının birində universitetdə texniki işçi işləyən əməkdaşımızın Azərbaycan Texniki Universitetin bakalavr və magistr təhsilini fərqlənmə diplomları ilə bitirən qızının universitetdə işləmək üçün müraciətinə rədd cavabı verdiyini qürur hissi ilə bildirdi.Universitetdə bir ailədən bir nəfər işləyə bilər, qohumlarınızı, övladlarınızı bura yığmağa çalışmayın nidası ilə çıxışına son verdi.Ancaq sonradan baş verən hadisələr onun əsl simasını bizə göstərdi.
Məsələn, uzun illər universitetin Maliyyə və İnzibati işləri üzrə prorektor vəzifəsində işləyən Abüzər Mirzəliyev tutduğu vəzifədən rektorun müşaviri vəzifəsinə keçirildikdən sonra onun kürəkəni Kamran Rəsulov Sosial Məsələlər və İctimaiyyətlə Əlaqələr üzrə prorektor vəzifəsinə təyin olundu. Qeyd edək ki, Kamran Rəsulov bu vəzifəyə təyin olunana kimi başqa yerlərdə işləsə də onun adı formal olaraq universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi vəzifəsində gedib.Bununla yanaşı Abüzər müəllimin ailəsinin yaxın üzvlərindən olan bir xanım işçi onun kürəkəni Kamran Rəsulovun köməkçisi təyin olundu. Ümumiyyətlə Vilayət Vəliyev iclaslarda keçmiş prorektor Abüzər Mirzəliyevin korrupsiya faktları, universitetdə ölü texniki işçi ştatatları ilə büdcəyə böyük zərər vurmasından danışsa da, son bir neçə ayda keçmiş prorektorun bir neçə yaxın qohumunu işə götürüb.Rektorun bir müddət müşaviri olan Əhməd Məmmədov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun kürəkəni Azər müəllimin Nəqliyyat və logistika fakültəsində vəzifəyə təyin olunması kimi qohum, yerlibazlıq münasibətlərinə əsaslanan vəzifə quruculuğu faktları kifayət qədərdir. Universitetdə struktur dəyişiklikləri o qədər sürətlə baş verir ki, bir şöbənin yaxud təşkilatın fəaliyyətininin nə olduğunu işçilər öyrənib adaptasiya olmadan həmin struktur bağlanır yaxud başqa bir struktura çevrildiyini görürük. İllərlə iş stajı olan işçilər hər 3 aydan bir dəyişdirilən strukturlar üzrə digər işə keçirilir və növbəti 3 aydan sonra işi bacarmırsan adı ilə tutduqları vəzifədən uzaqlaşdırılır.
Bir neçə şöbə üçün nəzərdə tutulan fəaliyyət bir şöbənin nəzdində bir neçə işçinin öhdəsinə düşür ki, bu da işçilərin narazılığına və əməklərinin istismarına gətirib çıxarır.Məsələn əvəllər Tədris hissəsinin nəzdində 10 şöbə və hər şöbədə 5-6 işçi var idisə, indi cəmi iki şöbə və hər şöbədə 2-3 işçi var.Bildiyimiz kimi Tədris hissəsi ali təhsil müəssisələrinin ən əsas və vacib strukturudur.Belə olduğu halda hər gün tədbir, imzalanma mərasimləri keçirilən AzTU-nun tədrisinin inkişafının hansı səviyyədə olması artıq bəllidir. Təkçə universitetin Ümumi şöbəsinin, media ilə iş və Kommunikasiya şöbəsinin, Tədris Hissəsinin və digər strukturlarının müdiri və işçiləri iki ildə üç-dörd dəfə dəyişdirilib. Rektor özü təyin etdiyi dekanları iki-üç ay sonra yoxlama keçirərək hədə-qorxu ilə işdən azad edir və bunu ictimailəşdirir. AzTU-nun magistr, doktorantları, illərlə dekanlıq və kafedralarda işləyən əməkdaşları işdən çıxardılaraq Tyutor, Fakültə sədri vəzifələrinə keçirilib. Rektorun katibəsi Ülviyyə Əliyevə iki il istirahət günləri daxil olmaqla dırnaq arası göstərdiyi uğurlu xidmətə görə universitetin Ümumi şöbəsinin müdiri vəzifəsinə təyin olunub professorlardan yüksək maaş alır. Ülviyyə Əliyeva Odlar Yurdu universitetinin İbtidai sinif ixtisası üzrə bakalavr məzunudur.
AzTU-nun Tyutor, Laborant, Mühəndis və s. vəzifələrində işləyən onlarla doktorantları isə universitetlə bir il müddətində bağlanan əmək müqavilələri bitdiyinə görə öz hesablarına buraxılıblar. Yeni ilə yaxın yenidən Tyutor vəzifəsinə seçilmək üçün yeni namizədlərlə birgə öz vəzifələri uğrunda mübarizə aparacaqlar. Bəziləri isə artıq özlərinə yeni iş tapıblar. Tədris hissəsinin nəzdindəki Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Tuti Abdullayeva rektorun əvvəlki köməkçisi və hazırda Təsərrüfat işləri üzrə müdir vəzifəsində işləyən Xəqani Cəfərovun yaxın qohumu, Tədrisin Təşkili və Keyfiyyatın Təminatı Şöbəsinin müdiri Elnurə Cəfarova isə onun bacısıdır. Tədris hissəsinin bir müddət əvvəl tutduğu vəzifədən azad olunan keçmiş müdiri Qəmər İsayeva Xəqani Cəfərovun AzTU-ya gətirdiyi növbəti yaxın qohumudur.
Tədrisdəki işçilərin bir neçəsi də əvəllər ADPU-də Tyutor vəzifəsində işləyən ADPU-nun ibtidai sinif, əmək müəllimliyi ixtisaslı məzunlarıdır. Universitetdə heç kimə sirr deyil ki, bütün idarəetmə rektorun əvvəlki köməkçisi və hazırda Təsərrüfat işləri şöbəsinin müdiri Xəqani Cəfərov tərəfindən həyata keçirilir. Xəqani Cəfərov əvəllər ADPU-də rektorun köməkçisi işləyib işində yol verdiyi ciddi nöqsanlara görə ordan uzaqlaşdırıldığına görə, ordakı bir sıra yaxınlarını AzTU-ya gətirdi.Tədris Hissəsinin əvvəlki müdiri Qəmər İsayeva öz işçilərini ADPU -dən gətirdib komandasını qurduqdan sonra, dərs bölgülərindəki korrupsiya xarakterli biabırçı faktlara etiraz edən bütün Kafedra müdirləri və müəllimlər Qəmər İsayevanın Vilayət Vəliyev müəllimə yazdığı xidməti məruzələrə əsasən vəzifələrindən uzaqlaşdırıldılar. Rektor dəfələrlə Elmi-şuradakı çıxışlarında biz Professorların və müəllimlərin maaşlarını artıra bilərik amma, onlar özlərini yaxşı aparmadıqlarına görə bunu etmirik deyərək pedaqoji heyəti alçaldır. Qəmər İsayeva bildirirdi ki, Vilayət Vəliyev müəllim onun əli ilə müəllimlərin dərs yükü bölgüsündə çox qanunsuzluqlar edib və rektorun onda elə məxfi məlumatları var ki, onu işindən uzaqlaşdıra bilməz. Ancaq işçini təhdid etməkdə təcrübəli olan Rektor bütün bu dırnaq arası fəaliyyətinə baxmayaraq Qəmər İsayevanı işindən azad etməyi bacardı".
DAVAMI VAR...
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Bu gün, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Bu gün, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Bu gün, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Bu gün, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Bu gün, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Bu gün, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Bu gün, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Bu gün, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Bu gün, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Bu gün, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Bu gün, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Bu gün, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Bu gün, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12 |
|
|
|
• ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01 |
|
|
|
• Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59 |
|
|
|
|