MTN-də “Texnikabank” bəhanəsi ilə yığılan rüşvətin anatomiyası - ŞOK “İTTİHAM AKTI”
Tarix: 9-01-2017, 08:10 | Çap et
(Əvvəli BURADA) Beləliklə, bundan sonra Hüseyn Səfərovun bütün ailə üzvləri bankdan kredit götürərək 350 min dollar pulu V.Ələkbərova çatdırmışdır və Vüsal Ələkbərov istifadəsində olan mobil telefonlarından H.Səfərova dəfələrlə zəng edərək işə xitam verilməsi üçün qalan pulun çatdırılmasını demişdir. Hətta pul iki dəfəyə çatdırıldığından o, H.Səfərovdan əlavə 500 min dollar tələb etmişdir. H.Səfərov yalvarandan sonra 350 min dollara razılaşmış, həmin pulu təxminən 3-4 ay sonra, 2009-cu ilin aprel ayında MTN-nin arxa buraxılış məntəqəsinin qarşısında oğlu Rüstəmlə birlikdə Vüsal Ələkbərova vermişdir. Yalnız bundan sonra 2009-cu ilin iyun ayında H.Səfərovun barəsində cinayət təqibinə xitam verilmişdir. Bunu V.Ələkbərov ona zəng edərək bildirmiş, o da MTN-ə gedib qərarla tanış olmuş, imza edərək qərarın surətini götürüb qayıtmışdır. ...MTN-də olarkən Nizami Kazımov da oraya xitam qərarını almaq üçün gəlibmiş. O, H.Səfərova bildirmişdir ki, barəsində seçilmiş cinayət təqibinə xitam verilməsi üçün o da V.Ələkbərova iki milyon dollar rüşvət verməli olmuşdur, həmin pulun alınması nazir Eldar Mahmudovun göstərişi və MTN-in baş istintaq darəsinin rəisi Mövlam Şxəliyevin tələbi ilə olmuşdur. Hətta o, həbsdən buraxılan gün Mövlam Şixəliyev onu kabinetində qəbul etmiş, “Sən içəridə yatmağa layiq adam deyildin, belə şeylər də olur...”, - deyərək təsəlli verir. Vüsal Ələkbərov isə ona bildirir ki, o, aldığı pulları nazir E.Mahmudovun göstərişi və idarə rəisi Mövlam Şxəliyevin tələbi ilə alıb, heç bir vaxt onların xəbəri olmadan özbaşına hərəkət etməzdi. Nəhayət, barəsində cinayət işinə xitam veriləndən sonra Vüsal Ələkbərov H.Səfərova zəng edərək (2009-cu ilin may ayı) ondan iki ədəd “Vertu” markalı telefonları tələb etmişdir, nəticədə H.Səfərov birinin dəyəri 6500 manat olan iki ədəd telefonu (1300 manata) H.Əliyev sarayının yaxınlığındakı dükanlardan alaraq V.Ələkbərovun MTN-dəki xidməti otağında ona vermişdir. Bundan əlavə, MTN əməkdaşları evində axtarış apararkən ona məxsus “Vinçester” markalı ov tüfənginə aid sənəd gördüklərindən Vüsal Ələkbərov 2009-cu ilin yay aylarında metronun “Gənclik” stansiyasının yaxınlığındakı pivəxanadan H.Səfərovdan həmin tüfəngin ona verilməsini tələb etmişdir. H.Səfərov həmin tüfəngi evdən götürərək “Qələbə” dairəsinə getmiş, V.Ələkbərov ağ rəngli “Nissan Xtrail” markalı avtomaşında oraya gəlmiş, tüfəngi ondan qəbul etmişdir. Bundan sonra onlar birlikdə həmin avtomaşınla “Dəniz” vağzalının qarşısına getmiş, Vüsal orada həmin tüfəngi özünün dediyinə görə, Hava Nəqliyyatında Baş Polis İdarəsində işləyən qardaşına vermişdir. Bütün yuxarıda qeyd edilənlərdən belə nəticə çıxır ki, həqiqətən də V.Ələkbərov Hüseyn Səfərovu qorxudaraq etmədiyi cinayəti onun boynina qoyaraq ona qarşı cinayət təqibi başlamış, sonra onun azad edilməsi, barəsində olan cinayət işinə xitam verilməsi müqabilində 2 milyon dollar və digər qiymətli əmlakları ələ keçirməklə cinayət əməli törətmişdir... Xatırladaq ki, H.Səfərov bu cinayət işində zərərçəkmiş kimi tanınmışdır. Onun ayrı-ayrı şəxslərdən alınaraq V.Ələkbərova verilmiş 2 milyon dollar pulu və digər maddi əmlakları özünə qaytarılmalıdır.
MTN general Mövlam Şıxəliyev “Bərəkət İnşaat”ın sahibindən 1 milyon manat rüşvəti necə tələb edib?
Cinayət işində zərərçəkənlərdən biri də “AQ İnşaat”, “İnşaatçı”, “ABM EV”, “Bərəkət İnşaat” MMC-lərin sahibi Qurbanov Akif Teymur oğludur. “İttiham Aktı”ndan aydın olur ki, Akif Qurbanovun “Texnikabank” ASC-nin İdarə Heyətinin sədri Etibar Əliyevlə yaxın münasibətləri olmuşdur. O, 18.10.2012-ci ildə “Buta Palace”də bir toy mərasimində olarkən 1990-cı illərdən tanıdığı MTN-nin Baş İstintaq İdarəsinin rəis, general Mövlam Şıxəliyevlə rastlaşır, ondan dostu Etibar Əliyevin MTN-də aparılan cinayət işi ilə maraqlanır... Bu zaman Mövlam Şıxəliyev Etibar Əliyevin ünvanına nalayiq söyüşlər işlədəndə Akif Qurbanov ona sərt cavab qaytarır, “Bu sənin vəzifənə, şəxsiyyətinə yaraşmır” deyir... Bu hadisədən 2 gün sonra-20 oktyabr 2012-ci ildə MTN-nin Rövşən adlı müstəntiqi Akif Qurbanova zəng edərək onu Mövlam Şıxəliyevin şöbə rəisi Vüsal Ələkbərovun yanına çağırır... A.Qurbanov 21 oktyabr 2012-ci ildə qardaşı Münasib Qurbanovun ofisində olur, oradan dostu Məhəmməd Məmmədovun maşını ilə MTN-ə gedir... Burada olduqca aqressiv qarşılanan Akif Qurbanovu, nəhayət, MTN-də Baş İstintaq İdarəsinin rəis müavini Təhsin Ağayev qəbul edir, ona açıq şəkildə bildirir ki, “Rəis Mövlam Şıxəliyev tapşırdı ki, sən təcili olaraq 1 milyon dollar gətirməlisən…”. Akif Qurbanov burada şantajla qarşılaşır, ona deyirlər ki, “Sən dövlət əleyhinə işləyirsən, Etibar Əliyevi müdafiə etmək üçün adam yığırsan, mitinq keçirirsən” və sair... Akif Qurbanov isə bildirir ki, onun “Texnikabank”la bağlı hər hansı cinayəti yoxdur, sadəcə, kredit götürüb mənzil tikintisinə sərf edib, krediti də vaxtında qaytarıb, ona görə də bir manat da verməyəcək... Nəhayət, bu təzyiq və təhdidlərə dözməyən Akif Qurbanov 2013-cü ilin yanvarında Vüsal Ələkbərova zəng edərək pulu topladığını bildirir, 1 milyon manat pulu “Briz-L” Klinikasının qarşısında ona vermişdir... *** Zərərçəkmiş Akif Qurbanov Mövlam Şıxəliyevlə üzləşmə zamanı ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir... (Davamı var) “Təzadlar”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|