
"Məlum olduğu kimi, Naxçıvan MR Ali Məclisinin qərarı ilə bütün xəstəxanalar TMİB-dən alınıb Səhiyyə Nazirliyinə verildi. Hər kəs gözləyirdi ki, içi tamamən boşalan və heç bir işə yaramayan TMİB ləğv olunacaq və onun “başkanı” Vüsal Məmmədov isə gənc yaşda fəxri təqaüdə göndəriləcək..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra bunları əlavə edib:
"Naxçıvanın hökumət külislərindəki mənbəmiz isə belə düşünmür. Onun iddiasına görə, Vüsal Məmmədov “haqqın yolu”nu indidən tapıb. Azərbaycan məhkəmələrini özünün “qalxan”ına çevirdiyinə inanan Vüsal müəllim yaxın günlərdə Naxçıvan MR Nazirlər Kabinetində “yağlı” bir vəzifəyə təyin olunacaq. Mənbəmiz öz iddiasını bu cür əsaslandırır: “TMİB Vüsal Ceyhunla düzüb qoşub Nazirlər Kabinetinə gedəcək. Çünki vaxtında Ceyhunu qəşəng yedirdib”.
Bəs, TBİM Vüsal konkret hansı nazirlikdə öz “qidalandırma” qabliyyətini nümayiş etdirəcək? Yaxın saatlarda bu suala da cavab verməyə çalışacağıq..."
Məsələ diqqətimizdədir...