“Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR... - İLGİNC GƏLİŞMƏ
Tarix: 8-01-2025, 09:18 | Çap et
Tezadlar.az saytının 11 oktyabr 2024-cü il buraxılışında “Azcosmetics”MMC-nin vergi ərköyünlüyü” başlıqlı yazı dərc etmişdik. Yazıda şirkətdən şikayətçi olan Bakı şəhər sakinləri- Əsgərova Aynurə Həsənağa qızı və Məhərrəmova Tükəzban Ələkbər qızının “Azcosmetics”MMC- də başına gələnlər, aldıqları avadanlıqların pullarını şirkərin bank hesabına yox, onun rəhbəri Kənan Zeynalovun və işçisi Mustafayev Rəşad Toğrul oğlunun şəxsi kart hesabına ödəmələri barədə və s. qanunsuzluqlar əksini tapmışdı. O zaman əks tərəf kimi “Azcosmetics”MMC-nin rəhbəri Kənan Zeynalovun da mövqeyini öyrənib dərc etmişdik. K.Zeynalov bizimlə telefon söhbətində bunları demişdi: “Deyilənlərin heç bir əsası yoxdur. Bunlar mənə və şirkətimizə qarşı şər və böhtandır. Bu küləyin haradan əsdiyini də bilirəm. Adlarını çəkdiyiniz şikayətçilərin qeyd etdikləri faktlar iki il bundan əvvəl olan məsələlərdir. O vaxt mən Aynurə Ələsgərovanı şər və böhtana görə polisə vermişdim. Nəsimi Rayon Polis İdarəsində həmin xanımı 50, ya da 55 manat cərimə etmişdilər. Xanım söz vermişdi ki, bir də belə hərəkət etməyəcək. Tükəzban Məhərrəmovanı isə məhkəməyə vermişəm, qalib gəlmişəm. Çünki dediklərini məhkəmədə sübut edə bilmədi. Mən dövlətin vergisini də tam qanuna uyğun olaraq, vaxtlı-vaxtında ödəyirəm. Sizə deyilənlərin hamısı yalandır və bunlar mənə rəqib olan şirkət rəhbərliyinin məni gözdən salmaq üçün etdiyi faydasız addımlardır”.
Necə deyərlər, çox gözəl və çox pakizə! Məsəl var, deyir, yalançını mənzilinə qədər qovarlar. Bu yazı saytımızda dərc olunandan, təxminən iki ay sonra həmin yazını oxuyan Bakı şəhər sakini Gülxar İbrahimova redaksiyamıza təşrif buyurdu. Gülxar xanımın “Azcosmetics” MMC-də başına gələnlər lap “Min bir gecə” nağılını xatırladır. G.İbrahimovanın bizə təqdim etdiyi sənədlər bir daha göstərirdi ki, şirkətin rəhbəri, sabiq vergi müfəttişi Kənan Zeynalov dövlətin qanunlarına tabe olmaq istəmir. Yenə avadanlıqların pulu şirkətin bank hesabına yox, vergidən yayınmaq üçün özünün şəxsi kart hesabına ödənilir.
Gülxar İbrahimova bu barədə saytımıza geniş müsahibə verdi. Həmin müsahibə «“Azcosmetics” MMC-də köhnə hamam, köhnə tasdır! Ya hamam dəyişməlidir, ya da tas…” başlığı altında tezadlar.az saytının 23 dekabr 2024-cü il buraxılışında dərc olundu. Həmin yazıda dərc edilən bir məqamı olduğu kimi bir daha yada salırıq: ”…Göründüyü kimi, “Azcosmetics” MMC-də qanusuzlar baş alıb gedir. Fikirləşmək olardı ki, şirkət rəhbəri kimi Kənan Zeynalov bu qanunsuzluqları tezliklə aradan qaldıracaq və fəaliyyətini ölkəmizin qanunlarına uyğunlaşdırıb davam etdirəcək. Amma, necə deyərlər, sən saydığını say, gör Kənan bəy nə və necə sayır?
Gülxar xanımın müsahibəsindən görünür ki, bu şirkətdə elə “Köhnə hamam, köhnə tasdır”. Kənan bəyi isə, ya hamamı, ya da tası dəyişməyə yalnız və yalnız səlahiyyətli dövlət qurumları, konkret olaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Dövlət Vergi Xidməti, həmçinin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məcbur edə bilər”.
***
…Gümanımızda yanılmamışdıq. Artıq vətəndaşların “Azcosmetics” MMC-dən olan çoxsaylı şikayətləri əsasında adı şəkilən qurumlar hərəkətə keçiblər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmiləri konkret fəaliyyətə başlayıblar. Yazılarımızda adları çəkilən vətəndaşlar Dövlət Vergi Xidməti rəhbərliyinə “Azcosmetics” MMC-də baş alıb gedən vergi qanusuzluqları barədə etdikləri müraciətə cavab gəlib. Eyni zamanda bu şikayətçilər, hər iki yazıda vətəndaşların razılıq etdikləri, müştərilərə tam qanuni əsaslarla sərfəli və orijinal avadanlıqlar satan “Azestetik” MMC-nin rəhbərliyinə də kömək məqsədi ilə müraciət ediblər. Müraciətlərində bildiriblər ki, “Azcosmetics” MMC-də onların başına gətirilən qanusuzlar barədə aidiyyəti qurum rəhbərlərinə məktublar göndərsinlər. Öz keyfiyyətli xidmətləri ilə müştəriləri arasında etibar və nüfuz qazanan “Azestetik” MMC-nin rəhbərliyi də vətəndaşların “Azcosmetics” MMC-dəki vergidən yayınma barədə olan şikayətlərinə biganə qalmayıb və bu şikayətləri aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə göndəriblər. Bu qurumdan həm vərəndaşlara, həm də “Azestetik” MMC-nin rəhbərliyinə ünvanlanan hər iki məktubla, istəkli oxucuları tanış etmək istəyirik.
Hər iki məktub “Azcosmetics” MMC-nin rəhbəri Kənan Zeynalovun bizə telefonda nəinki yalan danışdığını göstərir, hətta yalançının mənzilinə qədər qovulduğunun təsdiqi kimidir! İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olan 24 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2-1-3898-43/2024 nömrəli məktubda deyilir:
«Sizin müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır.
Bildiririk ki, izahat məktubunuzda qeyd olunanları nəzərə alaraq kameral vergi yoxlamaları araşdırılması zamanı Vergi Məcəlləsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəkdir.
Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www. taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini, baş vergi xidməti müşavir: Zaur Əkbərli»
***
Göründüyü kimi, şikayətçilərin “Azcosmetics” MMC-də olan qanunsuzluqlar barədə qaldırdıqları məsələ əsaslı olduğu üçün qəbul edilib və tədbir görüləcəyi haqqında məlumat bildirilir. İndi isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən "AzEstetikGroup" MMC-yə göndərilmiş 26 dekabr 2024-cü il tarixli, 3-21-2-1/2-Q-1654-43/2024 saylı cavab məktubunu təqdim edirik. Məktubda deyilir:
«Müraciətinizə baxılmasının nəticəsi haqqında
“Azcosmetics" MMC-də (VÖEN:1303471401) vergi qanunvericiliyinin pozulması hallarının olması barədə müraciətinizə (AVİS qeydiyyatı:13.12.2024-cü il tarixli 2417110012341700 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aidiyyəti üzrə baxılmışdır.
Bildiririk ki, vergi orqanının 10.10.2024-cü il tarixli qərarına əsasən "Azcosmetics" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev-27 K ünvanında yerləşən təsərrüfat subyektində (obyektində) Vergi Məcəlləsinin 50.1.3, 50.1.7, 50.1.11 və 50.1.14-cü maddələrində göstərilən məsələlər üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş və cəmiyyət tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, eləcə də əmək müqaviləsi (kontraktı) bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkar edilərək vergi orqanının 16.10.2024-cü il tarixli qərarları ilə müvafiq olaraq 1000 manat və 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilmişdir.
Eyni zamanda, operativ vergi nəzarəti zamanı nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərin pozulması faktı aşkar edilərək 22.10.2024-cü il tarixli aktla rəsmiləşdirilmiş və bu pozuntu halına görə vergi orqanının 25.10.2024-cü il tarixli qərarı ilə 9730 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www. taxes.gov.az), Çağrı Mərkəzinə (195) və (və ya) vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Dövlət Vergi Xidmətinin rəis müavini,
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri: İlkin Vəliyev».
***
Bizə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur. Şirkətin rəhbəri Kənan Zeynalov "Azcosmetics" MMC-də baş verən vergi qanunsuzluğunu Göyçayda yerləşən 9 saylı Ərazi Vergilər İdarəsinin vaxtı ilə vergi müfəttişi işlədiyinə görə bütün incəlikləri bilsə də, bu dəfə tamah güc gəlib və bunu heç cürə gizlədə bilməyib. Necə deyərlər, cidanı çuvalda gizlətmək cəhdi alınmayıb.
Görünür, Kənan bəy qanunlara yox, şəxsi maraqlarına xidmət etdiyindən əvvəl tutduğu məsul vəzifəsindən çıxarılıb.
Artıq Dövlət Vergi Xidməti öz sözünü deyib və ətraflı yoxlamaların nəticəsindən sonra Kənan bəyin hüquqi məsuliyyətini ortaya qoyacaq. Yazılarda adlarını çəkdiyimiz digər dövlət qurumlarından- Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən də "Azcosmetics" MMC-də baş verən qanunsuzluqlar barədə mövqe gözləyirik.
İnanırıq ki, dövlətin qanunlarının ziddinə gedən, vətəndaşları müqaviləsiz işlədən, açıq-aşkar vergidən yayınan "Azcosmetics" MMC-nin rəhbəri Kənan Zeynalov, nəhayət, layiq olduğu cəzanı alacaq.
tezadlar.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
• Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38 |
|
|
|
• "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33 |
|
|
|
|