'ŞİRVANŞAH'IN QÜRUBU... - Başı dərddədir...
Artıq yerli KİV-də "Şirvanşah" ünvanı ilə diqqətə gələn - 2 il paytaxtın Nərimanov, 16 il Suraxanı kimi böyük rayonlarının icra başçısı işləmiş və 5 ildir ki, Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun qürubu yaxınlaşmaq üzrədir. Bu barədə "DİA-AZ"a daxil olan informasiyadan anlaşılır.
Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə İlqar Abbasov görəvdən alınacaq: "Onun nəinki yenidən təyinatı gözlənilmir, əksinə, barəsində hüquqi işləm də başladıla bilər".
Qeyd edək ki, İlqar Abbasovun adı müxtəlif maliyyə qalmaqallarında hallanmaqdadır. Ehtimal ki, məhz bu səbəbdən o, cavabdehlik daşısın...