“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                 

"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Tarix: 29-11-2024, 10:54 | Çap et
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır"
Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, “Dördyol-1” qəsəbəsi, ev 1231 ünvanında yaşayan keçmiş məcburi köçkün Sadıqova Mətanət Əli qızı Moderator.az redaksiyasından Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı şikayət ərizəsinin ictimailəşdirilməsini xahiş edib.

Hüquqlarının pozulduğunu iddia edən vətəndaşın xahişini nəzərə alaraq onun şikayət ərizəsini nəzərinizə çatdırırıq:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım!

Bildirirəm ki, mən, Sadıqova Mətanət Əli qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzinin müdiriyəm. İxtisasca ginekoloqam.

Nəbiyev Canəli Xanəli oğlu Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru vəzifəsinə təyin olunduğu gündən mənim öz vəzifələrimi yerinə yetirməyimə, yəni, əhalimizə effektiv tibbi xidmət göstərməyimə süni şəkildə əngəllər yaradaraq qərəzli şəkildə maneçilik törədir. Belə ki, bizim şöbəmiz uzun illərdir ki, Ağdam rayonu, Quzanlı qəsəbəsindəki binada yerləşmiş və həmin binada əhalimizin sağlamlığının qeydinə qalınması üçün hər cür şəraitimiz olmuşdur. Hazırda isə yeni direktor tərəfindən bizim şöbəmiz məcburi qaydada Quzanlı qəsəbəsindən 10 km məsafədə yerləşən Xındırıstan kəndinə köçürülmüşdür. Yeni köçürüldüyümüz yerdə isə əyləşməyə stulumuz və tibbi avadanlıqlarımız beləŞ yoxdur. Bizə müraciət edən xəstələr isə şəraitsizlikdən və onlara göstərilən tibbi xidmətlərdən narazı qalırlar. Qeyd edilən halların baş verməsinə, yəni əhaliyə normal tibbi xidmət göstərə bilməməyimizə səbəb isə birbaşa Nəbiyev Canəli Xanəli oğlunun qanunsuz əməlləridir.

Uzun illər məcburi köçkün həyatı yaşayan, iztirablar keçirən, əzab- əziyyət çəkmiş xəstələrə, həkimlərə belə ögey münasibət bəsləmək bütövlükdə əhalimizə hörmətsizlikdir.

Hörmətli Prezidentimiz cənab İlham Əliyev həmişə deyir ki, "Biz xalqa xidmət göstərməliyik". Ağdam rayonu səhiyyə sisteminə yeni təyin olunmuş direktor Nəbiyev Canəli Xanəli oğlu isə nəinki Ağdam əhalisinə tibbi xidmət göstərmək istəyir, əhalimizi rayondan didərgin salır.

Hörmətli Mehriban xanım,

Bizim Ağdam rayonundakı faciəmizin başında erməni işğalçıları durur. Ağdam rayonu 30 il bundan əvvəl işğala məruz qalmasa idi, Canəli həkim 10 nəfər aiddiyyatı olmayan şəxsin qarşısında "qarnını aç və bizə göstər görüm, sən nədən əməliyyat olunmusan" deyə məni məcbur edərək təhqir edə bilməzdi.

Mən belə açıq formada müraciət etdiyimə görə Sizdən üzr istəyirəm, amma məcburam. Ona görə ki, düşdüyüm vəziyyəti ancaq bu formada izah edə bilərəm.

Qeyd etmək istəyirəm ki, Nəbiyev Canəli Xanəli oğlu 10 nəfərdən ibarət tərkibdə iclas keçirtmiş, hansı ki, iclasda iştirak edənlərin çoxu tibb işçiləri deyildir və ən təsirlisi isə odur ki, qarşı cinsin nümayəndələrinin qarşısında məni - Azərbaycan qadınını bədən nahiyyəmi açıb göstərməyə məcbur etmişdir. Təsəvvür edin ki, Canəli həkimin həyat yoldaşı hər hansı bir təşkilatda çalışır və mənə qarşı edilən bu tərbiyyəsizlik onun başına gəlir. Belə ki, baş həkimin həyat yoldaşına on nəfərin içində (əksəriyyət kişi olmaqla) qarnını açması tələb edilir. Bu halda Canəli həkim öz həyat yoldaşının alçaldılmasına görə hansı hissləri keçirərdi?

Bildirmək istəyirəm ki, mən səhhətimlə bağlı əməliyyat keçirmişəm və Nəbiyev Canəli Xanəli oğlu bir çox xəstəxanalara müraciət edərək mənim müalicə məqsədilə xəstəxanaya qəbul edilməməyimi xahiş və tələb etmişdir.

Məsələyə hüquqi aspektdən yanaşsaq, Ağdam rayonu üzrə əhalinin sağlamlığının qorunması sahəsində işin təşkilinə cavabdeh olan vəzifəli şəxsin - direktorun sağlamlığının qorunması və tibbi yardıma ehtiyacı olan şəxsin xəstəxanaya müalicə üçün qəbul edilməməsi ilə bağlı xəstəxanalara yazılı göstəriş verməsi, onun özünün vəzifə səlahiyyətlərini aşmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dəlalət edir. Direktorun məktubu həm də əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifəsinin yerinə yetirilməməsinə yönəlmiş göstərişdir.

Dövlət Tibb Müəsisələrində Tibbi Xidmət Dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Dövlət vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi - sanitariya və tibbi-sosial xidmətlərin yaradılmasına təminat verir. Nəbiyev Canəli Xanəli oğlu isə yazdığı məktubu ilə dövlət tərəfindən vətəndaşa tibbi yardım sahəsində verilən təminatlara qadağa qoyur. Bu qadağanın əsası isə tibbi yardıma ehtiyacı olan şəxsin - mənim, həkim olmaqla Ağdam rayon Mərkəzi Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində işləməyimdir. Mənim müalicə müəsisəsinə qəbuluma qoyulan qadağa bilavasitə qulluq mövqeyim ilə bağlıdır.

Direktor məni həmin vəzifədən azad etmək üçün mənə münasibətdə ayrı-seçkilik edərək, müalicə almağım üçün müalicə müəsisəsinə qəbul edilməməyimi tələb edir. Bu isə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühim zərər vurmasıdır.

Sağlamlığın qorunması hüququ, yəni müalicəyə ehtiyacı olan şəxsin müalicə müəsisəsinə qəbul olunmaq müalicə almaq hüququ Konstitusiya ilə müəyyən edilir. Bu hüququ heç kəs məhdudlaşdıra, yəni qadağan edə bilməz. Belə bir səlahiyyət direktora da verilməyib. Onun mənim müalicə müəssisəsinə qəbulumu qadağan etməsi, Konstitusiyada nəzərdə tutulan hüquqlarımın pozulması deməkdir.

Yuxarıda qeyd etdiyim kimi, mənim müalicə müəsisəsinə qəbuluma qoyulan qadağa bilavasitə qulluq mövqeyim ilə bağlıdır. Nəbiyev Canəli Xanəli oğlu məni həmin vəzifədən azad etmək üçün mənə münasibətdə ayrı-seçkilik edərək, müalicə almağım üçün müalicə müəsisəsinə qəbul edlməməyimi tələb edir, o mənim hüquq və qanuni mənafelərimə zərər vurmaqla bərabərlik hüququmu pozur.

Həmin hərəkətlər isə vəzifəli şəxs kimi Direktor tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə həyata keçirilmişdir. Mənim müalicə müəssisəsinə qəbul olunmamağım hüquq və qanuni mənafelərimə zərər vurmaqla bərabərlik hüququmu pozmuşdur. Ona görə də direktor- Nəbiyev Canəli Xanəli oğlu cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Bundan əlavə, hesab edirəm ki, Nəbiyev Canəli Xanəli oğlunun hər hansı bir iclasda, yaxud həkim ekspert komissiyasında məni müayinə edəndə, mənim guya cinayət və ya cinayət xarakterli əməllər törətməyimi səsləndirməsi böhtandır və bu isə onu səsləndirən şəxs barəsində cinayət məsuliyyəti yaradır.

Hörmətli Mehriban xanım,

Həkim ekspert komissiyası mənim əmək qabiliyyətliliyimi təxminən 10 nəfərin otaqda olduğu vaxt yoxlayanda direktor Nəbiyev Canəli Xanəli oğlu mənim “əməliyyat olunmağımın yalan olmasını”bildirmiş, məcburən mənim əməliyyat olunan yerimi göstərməyimi tələb etmiş, başqalarının yanında mənə yara yerimi göstərməyə məcbur etmişdir. Bu faktın özü də ləyaqətin alçaldılması, təhqir kimi qəbul edilməlidir.

Ulu öndərimiz, ümummilli lider Heydər Əliyev cənablarının gözəl bir ifadəsi vardır: "dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Bu hikmətli ifadənin hazırkı dövrümüzdə də hüquqi dövlətimizdə icra ediləcəyi ən böyük ümidimdir.

Hörmətli Mehriban xanım,

Həmçinin bilavasitə sizə müraciət etməkdə məqsədim odur ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Nəbiyev Canəli Xanəli oğlu həmin bölgədə çox insanların hüquqlarına təcavüz edir və gələcəkdə də edəcəkdir. Onun bu qanunsuz əməlləri Ağdam sakinlərinin normal tibbi yardım almaq hüquqlarından məhrum edir.

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, bu məsələnin ciddi şəkildə araşdırılmasını, direktor Nəbiyev Canəli Xanəli oğlu barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə,
Sadıqova Mətanət Əli qızı
"11" noyabr 2024-cü il"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru