Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Tarix: 27-11-2024, 08:11 | Çap et
 "7-ci əsrdən indiyə qədər bütün İslam dünyasında siyasi hakimiyyətlərin legitimliyini məscidlərdə oxunan xütbələr müəyyənləşdirirdi. İslam xəlifəsi bir regiona vali və ya xan təyin edəndə axundlara fərman göndərirdi ki, bundan sonra xütbələrinizi filakəsin nəfinə oxuyacaqsınız. Bir çox hallarda valilər işdən qovulduqlarını və yerlərinə başqasının təyin olunduğunu məsciddə oxunan xütbələrdən anlayırdı. Hətta zaman-zaman xütbələrdən narazı qalan idarəçilərin qoşunlarını toplayıb xilafət mərkəzinə hücum etdikləri də tarixə həkk olunub..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib. O daha sonra əlavə edib: "Düzdür, Azərbaycanda və Orta Asiyada sovet hakimiyyəti qurulduqdan sonra bu ənənə də ortadan qalxdı. Bunun bir səbəbi coğrafiyamızda ateist dövlətlərin qurulması idisə, digər səbəbi də xilafətin ləğv olunması idi. Bununla belə, məscid və camilərdə dövrün “padşah” və valilərin xilafına fikir bildirilməməsi ənənəsi sovet hakimiyyəti illərində də özünü qoruyurdu. Görünür, ateizmə sarılan sovet hakimiyyəti belə, tarixən formalaşmış məşruiyyət anlayışını təhtəlşüurlarda yaşatmağa üstünlük verirdi. Bu da səbəbsiz deyil. Legitimliyin bir əsası qanunilikdirsə, digəri müqəddəslikdən nəşət tapırdı. Məscid və camilərdə kimlərəsə lənətlərin oxunması isə fövqəladə hadisə hesab olunurdu. Məsələn, sovet hakimiyyəti illərində insanlığın ən böyük düşməni sayılam faşizmə və Hitlerə lənət oxunub. Necə ki, meyxanalarda belə bu lənət oxunuşu çox populyar idi. Bir sözlə, sovet hakimiyyəti belə, mədəniyyət sahəsi hesab etdiyi bütün sektorlarda bu ənənəyə sadiq qalmışdı. Müstəqillik dövrümüzdə isə mollaların və axundların lənətlədiyi bir ünvan vardı – erməni separatizmi və vəhşiliyi. Son zamanlar Naxçıvanın din xadimləri lənətlənmişlər siyahısına birini də əlavə ediblər. Sizcə, bu “seçilmiş” şəxs kim olsa yaxşıdır? – Bəli, düz tapdınız, əlbəttə ki, “canişin” əfəndi. Bəs, “canişin” əfəndini lənətliklər siyahısına əlavə edilməsinin səbəbi nədir? Naxçıvan mollalarından birinin redaksiyamıza ünvanladığı məktubda bu suala aydınlıq gətirilib. Sən demə, bütün bəd əməllərinə baxmayaraq, lənətullahlar siyahısına salınmayan Vasif “xan”ın dövründə ildə 4 dəfə mollalara mükafatlar verilirmiş. Bundan əlavə, Naxçıvan mollaları Qurban bayramından əvvəl ət, digər bayramlarda isə qutu-qutu ərzaq alırmışlar. “Canişin” həzrətləri Naxçıvanda peyda olandan bunlar da kəsilib. Binəva mollaların maaşları da müxtəlif bəhanələrlə kəsilir və onların normal işləməsinə izn verilmirmiş. Ən qəribəsi isə odur ki, mollalara göndərilən yeni şifahi təlimatda “canişin” əfəndi məclislərə girərkən hamısının bir nəfər kimi farağat durması əmr olunub. Molla və axundlar da sonunda özlərinin ən güclü silahlarına – bəd-dua və qarğışlara əl atıblar. İddialara inansaq, indi hər gün Naxçıvan məscidlərində “canişin” həzrətlərinə bir pors lənət oxunurmuş. Eynilə, Abbasilər xilafətində Əməvi böyüklərinə, o cümlədən Yezid İbn Müaviyəyə lənət oxunan kimi. Dərd burasındadır ki, bayramdan-bayrama mükafatı kəsilən təkcə mollalar deyilmiş. Mədəniyyət xadimləri də eyni dərddən müztəriblərmiş. Onların da mükafatları və digər ödənişləri kəsilib. Amma onların əlində mollalar kimi "lənətullah" strateji silahı olmadığına görə, sadəcə gileylənməklə mübarizələrini tamamlayırlar..."


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
• Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38 |
|
|
|
• Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35 |
|
|
|
• Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31 |
|
|
|
• “Danışığında problemlər var”
Bu gün, 12:27 |
|
|
|
• “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24 |
|
|
|
• “Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21 |
|
|
|
• Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17 |
|
|
|
• Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04 |
|
|
|
• Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00 |
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
• Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55 |
|
|
|
• Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53 |
|
|
|
• ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49 |
|
|
|
• Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46 |
|
|
|
• Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40 |
|
|
|
• Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33 |
|
|
|
• 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30 |
|
|
|
• Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28 |
|
|
|
• Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22 |
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
• Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56 |
|
|
|
• Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47 |
|
|
|
|