Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                 

"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Tarix: 19-11-2024, 09:21 | Çap et
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..."
Birinci Qarabağ müharibəsi qazisi Hamlet Musa oğlu Əhmədov Respublika Neyrocərahiyyə Xəstəxanasından şikayətçidir.

O, deyir ki, oktyabrın 31-də həmin xəstəxananın cərrahiyyə şöbəsində qasıq yırtığı (qrija) əməliyyatı keçirib, amma tam sağalmamış yola salınıb.

Dediyinə görə, noyabrın 10-da isə təkrar ağrılardan dolayı eyni əməliyyat keçirtmək məcburiyyətində qalıb.

Müharibə iştirakçısı xəstəxanada qarşılaşdığı kobud münasibətə görə iki gün öncə oranı tərk etdiyini deyir:

“Nə ağrıkəsici verilir, nə də gecələr xəstələri yoxlayırlar. İrad bildirənlər də növbətçi həkimlər və şöbənin baş həkimi tərəfindən təhqir olunurlar. Şikayətim əməliyyat həkimimdən yox, cərrahiyyə şöbəsinin müdiri Anar Abbasov və növbətçi həkimlərdəndir. Bizi ağrıkəsici dərmanlarla təmin etmirlər. Ağrılarım o qədər şiddətlidir ki, yalvarıb kömək istədim. Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız. Böhtan atıb bizi narkoman adlandırır, şəxsiyyətimi təhqir edir. Mən torpaq uğrunda vuruşub sağlamlığımı itirmişəm. Füzulidə yaralanmışam. Kəllə-beyin travmam, qəlpələrim var. Ağrıkəsici əvəzinə aldadıb “analgin”, “Dimedrol” vururlar, o da təsir etmir. Yeməkləri də bərbaddır. Səhər iki dilim çörəklə elə sup verirlər ki, xəstə yeyə bilmir. Bezib xəstəxananı tərk etdim ki, özəl xəstəxanaya gedim”.

“Dövlət xəstəxanasında xəstələrə zülm edirlər”

Neyrocərahiyyə Xəstəxanasından şikayətçi olan digər bir xəstə hazırda xəstəxanada yatan Göyçay sakini Müşfiq Dadaş oğlu Məmmədovdur.

Oktyabrın 26-da həyətdə xurma yığarkən yığılan vətəndaş onurğa sütünunun fəqərələrində yaranan sınıq diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə Respublika Neyrocərahiyyə Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

O, 22 gündür ki, xəstəxanadadır. Hərəkət edə və ağrılardan yata bilməyən xəstə Meydan TV-yə deyir ki, şöbənin baş həkimi tərəfindən məcburi xəstəxanadan çıxarılmaq təhdidi ilə üz-üzədir:

“Mənə zülm edirlər, artıq dözə bilmirəm. Şiddətli ağrılarım var, ağrıkəsici də vurmurlar. Şöbənin baş həkimi Anar Abbasov məcbur edir ki, xəstəxananı tərk edim. Deyirəm ki, kömək edin, sağalım, hərəkət edə bilim, çıxıb gedim. Deyir ki, bizlik deyil, çıx get. Dövlət xəstəxanasında xəstələrə zülm verirlər. Məni öldürürlər burada. Dəmir qoyublar ki, zamanla hərəkət edə bilim. Hazırda hərəkət edə bilmirəm. Deyir ki, təkrar Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərim. Axı bu işi bilən həkim olsaydı, məni bura göndərməzdilər. Çanaq hissəmdə güclü ağrılar var. Tibb bacılarını çağırıram, baxan yoxdur”.

“Elə bil dövlətin düşməniyik. Nə var sığorta ilə gəlmişik. 80 manat pulum vardı, tibb bacılarına verdim ki, baxsınlar, ağrıkəsici vursunlar. 24 tikişi 3-4 günə söküblər. Şöbə müdiri deyir ki, səni burada saxlamıram. Deyirəm, onda təcili tibbi yardımla göndərsinlər, deyir, yox, dur get. Axı hərəkət edə bilmirəm, necə gedim? Belə qaniçənlik, insafsızlıq olmaz axı. Dünən axşam az qaldı ki, həkim məni döysün. Sağ olsunlar əməliyyat ediblər, ancaq xəstəni belə alçaltmaq olmaz. Elə sözlər deyirlər ki, deyirsən, yəqin, narkozda olanda nəsə etmişəm. Utandığımdan onların təhqirlərini dilimə gətirə də bilmirəm”, – o belə deyir.

Müşfiq Məmmədov bildirib ki, hazırda yeriyə bilmir, amma onu hərəkət etməyə məcbur edirlər:

“Məni məcbur gəzdirib arxadan da videoya çəkirlər. Bunu ona görə edirlər ki, xəstəxanadan çıxarsınlar. Həm də əllərində əsas kimi saxlayırlar ki, mediada şikayətimiz çıxanda özlərini müdafiə edə bilsinlər”.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Meydan TV-yə deyilib ki, hər iki xəstənin şikayəti araşdırılacaq.

Xəstəxananın şöbə müdiri Anar Abbasov isə Meydan TV-yə açıqlamasında hər iki şikayətçinin “narkoman” olduğunu deyib:

“Hər ikisi narkomandır, bütün günü “Tramadol” davası aparırlar. Xəstə “ağrıyıram” deyəndə ağrıkəsici tələb edər, konkret “Tramadol” istəyi nə deməkdir?”.

“Onların narkoman olması yoxlanılıbmı, belə bir tibbi diaqnoz varmı? sualına şöbə müdiri belə cavab verib:

“Xeyr, yoxlamamışıq, ancaq “Tramadol” istəyi bizi əmin edir ki, onlar narkomandırlar. Mən onlara başqa ağrıkəsici deyəndə ancaq “Tramadol” istəyirlər. Sən ağrıyırsansa, nə fərq edir ki, nə ağrıkəsici vurulsun. Niyə məhz “Tramadol” istəyirsən? Hamlet Əhmədov mənim xəstəm deyil. Yalan deyir ki, guya burada xəstələrə xoş münasibət yoxdur. Əgər bunu görmək istəyirsinizə, səhər xəstəxanaya gəlin. Görün nələr edirlər burada. Biri dünən çıxıb, o biri şöbədədir. Məmmədov Müşfiqə görə digər həkimlərə göstəriş vermişəm ki, ağrıkəsici istəsə, mənlə əlaqə saxlayın. Mən lazımdırsa, təyin edəcəyəm, xəstə özünə “Tramadol” təyin edə bilməz. O xəstəyə “buranı tərk edin” deməmişəm, sadəcə, müalicə müddəti bitib. 22 gündür ki, burada yatır. Yaraları sağalıb, ancaq getmək istəmir”.

“Yoxlamadan narkotik istifadəçisi şəri atırlar”

Hər iki xəstə deyir ki, şöbə müdiri “narkoman iddiası” ilə onlara şər atır. Onlar həkimin bu ifadəyə görə məsuliyyət daşıdığını deyirlər.

Müşfiq Məmmədov hətta tibb bacılarının 5 manata onlara “Tramadol” vurduğunu da deyir:

“Güclü ağrı olanda tibb bacıları 5 manat alıb “Tramadol” və digər ağrıkəsicilər vurublar. Pulla alver edirlər, ancaq “Tramadol”u bəhanə edirlər ki, guya narkotik istifadəçisiyik. Ağrılar güclü olanda “Diklofenak” da vururlar, amma məndə mədə qanaxma verir. “Analgin”, “Dimedrol” da təsir etmir. Deyirəm ki, istəmirəm. Hər “Tramadol” vurulan narkoman olur? Həkimə dedik ki, yoxlayın ikimizi də, ancaq yoxlamadan narkotik istifadəçisi deyib şər atırlar”.

“Həkimi böhtanına görə məhkəməyə verəcəyəm”

Xəstəxanın tərk etmiş qazi Hamlet Əhmədov isə həkimi məhkəməyə verəcəyini deyir.

“Həkim bizi narkoman adlandırıb. Bir dəfə bu sözün üstündə onu palatadan qovmuşam. Mütləq gedib müayinə olunacağam. Görək kim təmiz çıxacaq. Əgər həkimin dediyi düz çıxmasa, onu məhkəməyə verəcəyəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru