"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Tarix: 16-11-2024, 09:48 | Çap et
 "Ağsu rayonu, Pirhəsənli kənd sakini, 62 yaşlı Xasayev Samir Alxan oğlunun 10 ildən çoxdur ağır ürək, şəkər, yüksək qan təzyiqindən, Parkinson xəstəliyindən yatağa düşməsinə TƏBİB heç bir reaksiya vermir, faktiki olaraq tibbi xidmətdən imtina edir. Xəstə sonuncu dəfə 11.10.2024-cü ildə Ağsu RMX-nın göndərişi ilə xərəkdə Şamaxı Həkim Məsləhət Komissiyasının (HMK) yoxlamasına aparılıb, amma komissiya, ümumiyyətlə xəstəyə baxmaqdan imtina edib. (?) Komissiya xəstəyə baxıb forma-88 arayışını ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) göndərmək yerinə, xəstəni gətirən ailə üzvləri ilə “sənəd çatışmazlığı” davası edib və qərəzlə xəstənin durumuna göz yumub". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Halbuki həmin gün Ağsudan 2 həkimin gətirdiyi sənədlər yoxlamadan keçmədən ƏƏSMN altsisteminə vurulub. Xəstənin ailə üzvlərinin son bir aylıq şikayətlərinə isə TƏBİB cavab verməkdən belə imtina edir . Halbuki tibb xidməti xəstənin ağır durumuna görə onun ailə üzvlərinə qərəz göstərməsi yolverilməzdir. TƏBİB-in əsas işi xəstələrə tibbi xidmət göstərməkdir. Çoxsaylı şikayətlərdən sonra TƏBİB-in müraciətlərlə iş şöbəsi xəstənin oğluna cavab verib ki, Şamaxı HMK NK-nın qərarı ilə əlillik meyarlarının xəstəyə əlillik təyinatına yol vermədiyi əsası ilə imtina edilib. Birincisi, əlillik təyinatını ƏƏSMN tabeliyində DTSERA həyata keçirir. DTSERA isə rəsmi məktubla bildirib ki, f-88 göndəriləcəyi halda, əlillik qiymətləndiriləcək. 2-cisi, NK-nın qərarında təkcə yüksək qan təzyiqinə görə 1-ci dərəcəli əlillik təyinatı aparılması təsbit olunub. TƏBİB hansı meyarlara istinad edib, şəkərdən gözü tutulan, 2-3 -cü tip ürək çatmazlığı, 180-200 hipertonik təzyiqi, diabetik angiopatiya, diabetik retinopatiya, diabetik polinevropatiya, sabit gərginlik stenokardiyası II-III f/s , Parkinson xəstəsinə əlillik düşmədiyini qərara alıb? 3-cüsü və ən başlıcası, hanı bu 11.10.2024-cü il tarixli imtina qərarı? Xəstəni yoxlamadan, heç üzünə belə baxmadan hansı vicdan(sızlıq)la belə imtina qərarı verilib və niyə xəstəyə təqdim olunmur ki, ondan inzibati icraat qaydasında, yuxarı orqana, məhkəməyə şikayət verilə bilsin? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS DA) sədri Zaur Əliyevə, TƏBİB sədri Vüsal Qurbanova çoxsaylı şikayətlərə, hələ ki, müraciətlərlə iş şöbəsinin şablon cavabı verilir. Bəyəm müraciətlərlə iş şöbəsi xəstəyə tibbi yardımdan imtinaya cavabdehdir? Ailəsi xəstəyə tibbi yardımdan, sənədinin ƏƏSMN-ə göndərilməməsindən, xəstənin həyatını təhlükəyə atılmasından şikayət edir, müraciətlərlə iş şöbəsi Şamaxı HMK-nın xidmətdən imtina etməsini təkrarlayır? Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür. Onda kim cavab verəcək? Ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana şikayətlər İTS DA-ya, oradan TƏBİB-ə göndərilir, yardımsız cavabı isə müraciətlərlə iş şöbəsi təkrarlayır. Fikrimizcə, xəstənin həyatını təhlükəyə atdığına görə TƏBİB-in, Şamaxı HMK-nın məsul şəxslərinin məsuliyyəti məsələsinə baxılmalıdır. Bu məsələyə baxmaq isə prokurorluğun boynundadır".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
• Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38 |
|
|
|
• Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35 |
|
|
|
• Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31 |
|
|
|
• “Danışığında problemlər var”
Bu gün, 12:27 |
|
|
|
• “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24 |
|
|
|
• “Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21 |
|
|
|
• Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17 |
|
|
|
• Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04 |
|
|
|
• Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00 |
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
• Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55 |
|
|
|
• Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53 |
|
|
|
• ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49 |
|
|
|
• Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46 |
|
|
|
• Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40 |
|
|
|
• Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33 |
|
|
|
• 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30 |
|
|
|
• Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28 |
|
|
|
• Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22 |
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
• Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56 |
|
|
|
• Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42 |
|
|
|
• Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39 |
|
|
|
• Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31 |
|
|
|
• Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20 |
|
|
|
• Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19 |
|
|
|
|