Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                 

"Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." - deputatın şirkəti MEYDAN SULAYIR...
Tarix: 15-11-2024, 09:38 | Çap et
"Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..."
“Təzadlar” qəzeti redaksiyasına Bakı şəhəri Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı, Yunus Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrinin bir qrup sakini tərəfindən şikayət məktubu daxil olub.

Şikayətçilər məskunlaşma dövrü yüz ildən çox tarixə dayanan, onlara babalarından miras qalan evlərinin sökülməsi ilə bağlı əllərində heç bir hüquqi sənəd olmadan 64 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları və “Kristal Abşeron” MTK-nın nümayəndələri tərəfindən ərazidə yaşayış evlərinin satın alınması və dağıdılaraq xarabazara çevrilməsi səbəbindən uzun müddətdir həyatlarının cəhənnəmə çevrildiyini bildirirlər. Sakinlərin üz tutmadığı qurum, idarə, döymədikləri qapı qalmayıb: məsələ artıq dalana dirənib və 2 ildir əksəriyyətinin yaşlı insanlar olduğu sakinlər çarəsiz durumdadırlar. Əlləri hər yerdən üzülən sakinlər dərdlərini mətbuat vasitəsilə əlaqədar qurumlara, aidiyyəti şəxslərə və ölkə rəhbərliyinə çatdırmaq istəyirlər.

Əvvəli burada:

“Şəxsən mən ölsəm də,evimdən çıxan deyiləm!!!” - Bakıda “Kristal Abşeron” ÖZBAŞINALIĞI...

DAVAMI...

"Ayaqyolularını söküblər, üfunətdən evimizə keçə bilmirik."

Şikayətçi Ələkbər Abdullayev: “Ailəmlə Yunus Dağlı küçəsi 15-də yaşayıram. Bizdə də vəziyyət çox pisdi. Evimin hər tərəfində söküntü aparılıb, ev yerindən tərpədilib. Ayaqyolularını söküblər, üfunətdən evimizə keçə bilmirik. Acıqca belə şəraitsizlik yaradırlar, dağıtdıqlarını da daşımırlar ki, bezək, qarşıdurma yaratmağa çalışırlar, amma mən köçən deyiləm. Kubinkada hər kvadrata 4 min, başqa yerdə 5-6 min pul verilir, bizdə 2200 manat. Bura Sabunçudur məgər? Şəhərin ən gözəl yeri: Sabunçuda da 2000 manat, burda da?!”.

"Bizi iki ildir ki, sanki Eldar Əzizovun bu şəxsləri girovluqda saxlayırlar: nə məbləği artırırlar, nə ev verirlər...”

Şikayətçi Firdovsi Həsənzadə: “Konstitusiyamızın 29-cu maddəsində göstərilib ki, vətəndaşın şəxsi əmlakını almaq üçün ilk növbədə rəsmi şəkildə bildiriş, varsa - qərar təqdim edilməlidir. Daha sonra mülk sahibinə orada görüləcək işlərin təyinatı, sonda isə məbləği bildirilməlidir. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 4-cü bəndində qeyd edilib ki, vətəndaşla öncədən qiyməti razılaşdırmaq lazımdır. Hətta yazılır ki, dövlət ehtiyacları üçün satın alınsa belə, ev sahibi ilə razılaşdırılmalıdır. Razılaşma olduqdan sonra mülk sahibi evindən çıxa bilər. Nazirlər Kabinetinin mövcud qərarında da qeyd edilir ki, vətəndaşlar ya 500 metr radiusda hazır mənzillə təmin edilməlidir, ya da yaşadığı ərazinin qiymətinə uyğun kompensasiya ödənilməlidir. Bunlarda isə bir metod var - sökəndə də elə edirlər ki, hardasa su kranını zədələsinlər, su axaraq ərazidə şəraitsizlik yaransın. Qaz boruları da zədələnir. Bilirsiniz ki, bu evlərin əksəriyyəti çoxdan tikilib, köhnə tikinti materiallarıdı, həm də bir-birinə bitişikdi. Ehtiyatsızlıqdan bir kibrit çəkilsə, hamısı alışıb yana bilər. Ona görə də FHN-ə müraciət etdim. Onlar da sağ olsunlar, gəlib baxdılar və icra hakimiyyətinə məktub yazdılar. Sizi əmin edirəm ki, burada evini satanlardan bəlkə tək-tək ailə öz xoşuna bunu edib. Əksəriyyəti buna məcbur edilib. Hamının iradəsi eyni deyil axı - dözə bilmirlər. Razılıq alınan kimi dərhal gəlib tavanı, döşəməni sökürlər, dağıdırlar. Evin satmayanların ətrafındakı evləri qəsdən söküb ortada buraxırlar ki, dağıntı siçovul yuvasına çevrilsin, yaşayan sakinlərə qıcıq verilsin.

Alqı-satqı müqaviləsini isə yaxınlıqdakı 19 saylı Notarial Kontoru vasitəsilə həyata keçirirlər. Həmin notarial kontoru bunlarla əlbir olaraq normalda arxivə göndərilməli olan alqı-satqı müqaviləsini yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə göndərirlər. Bakı şəhəri 1 saylı Ərazi İdarəsi isə həmin sökülmüş mənzilə yeni çıxarış verir. Yeni çıxarışda öz ad və soyadları ilə - “Kristal Abşeron”un nümayəndələrinin və bizə məlum olmayan şəxslərin adları qeyd edilir. Ola bilsin ki, həmin şəxslər də onların ya ailə üzvləridir, ya da digər iş yoldaşlarıdır. Bu, o niyyətlə edilir ki, sabah buranın əsl sahibi kimdir maliyyəçisi kimdirsə həmin şəxsdən öz adlarına pul alsınlar. Bu yolla həm vergidən yayınırlar, həm evlər ikinci dəfə satılır, həm də çirkli pulların yuyulmasını həyata keçirirlər. Əlimizdə həmin sənədlər də var. ASAN Xidmətin işçisi bildirir ki, çıxarışda yeni ünvan qeyd edilib. Baxırıq ki, Yunus Dağlı küçəsi artıq giriş 31 kimi qeyd edilib. Bu ərazini sökməyə başlayanda camaata deyirdilər ki, guya Çəmbərəkənd parkının davamı salınacaq. Amma bizim heç birimizin ağlına batmadı, inanmadıq. Məsələn, bir neçə il öncə keçmiş “Sovetski”də gəldilər camaata Nazirlər Kabinetinin qərarını göstərdilər, hətta divarlara vurdular həmin qərarı. Camaat da əmin oldu ki, doğrudan da burada park salınacaq. Bizi iki ildir ki, sanki bu şəxslər girovluqda saxlayırlar: nə məbləği artırırlar, nə ev verirlər. Ətraf da ki, göz önündə - bizi belə bir şəraitdə yaşamağa məcbur edirlər. Onu da deyim ki, evləri sökəndə damdan-dama ölçməlidir. Bunlar isə otaqların içərisindən ölçürlər. Axı onlar bizim mənzilimizi almırlar, evimizin altındakı torpağı da, həyətimizi, yolumuzu da alırlar. Camaatı bu yolla da aldadırlar və “xaltura” edirlər. Tikinti sahəsi barədə anlayışı olmayan belə anlayır ki, həmin divarlar da ölçüyə salınmalıdır, təxminən 80 sm divarların enidir. İnsanları bu duruma salanların əməlləri Prezident İlham Əliyevə çatdırılsa, mən bilirəm ki, onlar cəzalandırılacaqlar, həm də ciddi şəkildə. Şəxsən uzun illər bundan əvvəl özümlə bağlı bir problemi Prezidentimiz öz nəzarətinə götürdü və həmin məsələ öz müsbət həllini tapdı”.

“Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər... Nədən qorxacam mən?! Bir canım var, onu da Allah alacaq.”

Şikayətçi Anaxanım Quliyeva: “Mənim hazırda evimin divarına bitişik olan qonşunun evi sökülüb dağıdılıb. Biz də bu daş-torpağın yanında yaşamaq məcburiyyətində qalmışıq. Qonşunun evi söküləndə mənim də evimin divarı zədələnib. Yağış, qar yağanda bütün sular evimə axıb gələcək. Vəziyyətimiz çox ağırdır. İnsanların çoxu məcburiyyətdən razılaşıb köçdü. Çünki köçmək istəməyənlərin evinin dörd bir tərəfindəki evləri satın alıb söküb dağıtdırlar, onlar da evində yaşamağın mümkünsüz olduğunu görüb verdikləri məbləğə qane oldular. Mən razı deyiləm bu məbləğlə. Hələ bizə “qara maskalılar”la hədə-qorxu gəlirlər... Nədən qorxacam mən?! Bir canım var, onu da Allah alacaq. Belə olmaz axı. Nəvələrim var, onları da düşünməliyəm... Uşaqlar bu zibillikdə çıxıb oynaya da bilmirlər. Hər tərəf daş, qum, məftil, mismar...”.

"Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "

Şikayətçi Fəridə Məmmədova: “Biz uzun illərdir bu məhəllədə yaşayırıq. Mənim də evimin sağı-solu sökülüb. İki-üç adam qalıb orada. Hər tərəf siçan-siçovulla doludu, antisanitariya baş alıb gedir. Yayın istisində toz qalxır, nəfəs almaq olmur. Tez-tez suyumuzu kəsirlər, işığı zəif verirlər... Mənə deyirlər ki, gedənlər gedib, gəl, danışaq. Deyirəm, necə razılaşım 2200 manat məbləğlə?! Buranın yaxınlığında camaata 4000-4500 manatdan pulunu verib köçürdülər. Binanı da tikiblər. Xeyirli olsun! “Xozeyin” kimdirsə gəlib özü çıxsın ortaya. Göstər sərəncamı, qərarı! Məhkəməyə də vermişik. İştirak da etmişəm. Əllərində heç bir sənəd yoxdur: göstərə bilmirlər. O gün “Baksovet”dən gələn vardı. Deyir ki, abadlıq işləri aparılır. Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? Mənim 35 kvadratlıq evim var. Köklü bakılıyam. Özüm də 74 yaşındayam. Sağlamlıq problemim var - yeriyə bilmirəm. Bu yaşımda harada gedib yaşamalıyam? Şəhərin mərkəzində yaşayıram. Lazım olan məbləği verin ki, camaat da yaxınlıqda evini alıb yaşaya bilsin. Bildiyimə görə, bizə təklif edilən məbləğdən artıq pul alıb köçənlər də var. Axırıncı dəfə “pasportistkamız” var, mənə dedi ki, Fəridə xanım, köçmək fikrin yoxdu? Dedim, var! Dedi, gəl ora, danışaq. Deyirəm, ev alan sənsən, sən gəl danışaq: Yasamalda 1 otaqlı ev 130 mindir. Heç olmasa 100 min verin, mən gedim ev alıb yaşayım. Evlər bahalaşıb. “Kristal Abşeron”un nümayəndəsi gəlsin. Bizi yola versin, biz də çıxıb gedək. Bəs evi verib, gedib küçədə qalaq? Camaatı bilərəkdən narazı salmağa çalışanlar var”.

Şikayətçi Safura Eyvazova: “Bizim evimizin də hər tərəfi sökülüb. Evdə siçanlar gəzişir. Hara gedim? Bir övladım var. Hamımız eyni dərddəyik. Yaşadığım ərazidəki qiymətlərə uyğun kompensasiyam verilməyənə kimi evimdən çıxan deyiləm”.

***

Qeyd edək ki, şikayətçilər arasında Qədirli küçəsi 11 ünvanında qeydiyyatda olan Avdalimova (Məhərrəmova) Nailə Fərrux qızı Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun - “Fred Asif”in qardaşı, birinci Qarabağ müharibəsinin qazisi Ədalət Məhərrəmovun həyat yoldaşıdır. Onların bildirdiyinə görə, 28 kv.metr ərazisi olan mənzillərinə cəmi 34 min manat pul təklif ediblər, hansı ki, bu məbləğə həmin ərazidə 1 otaqlı ev almaq belə qeyri-mümkündür.

***

...Artıq qarşıdan soyuq aylar gəlir. Payız qapını döyüb. Bir müddət sonra dağıdılaraq yerlə-yeksan edilmiş evlərin qonşuluğunda yaşayan bu sakinlər səkiyə, qapı-bacaya, yola axacaq palçıqlı qar, yağış suyu ilə üz-üzə qalacaqlar. Onların bəziləri evlərinin divarı çatlamış, uçmuş yerlərindən qar və yağış sularının evə dolacağından, damlarının başlarına uçacağından narahatdırlar. Bu insanlar bir qrup məmur, sahibkar tərəfindən, sanki bilərəkdən incik salınır, dövlətin gördüyü işlərə, apardığı siyasətə kölgə salmağa çalışılır. İnsanlar narazılıq edir və ən pisi isə dövlət qurumlarında onları eşidən, bu özbaşınalığın, qanunsuzluğun qarşısını alan yoxdur.

Düşünürük ki, bu biabırçılığa son veriləcək və bu sakinlər, hansı ki, ata-babaları 100 ildən çox bu ərazilərdə məskən salıblar, yaşayıblar, onların pozulmuş hüquqları bərpa olunacaq. Yoxsa...

“Təzadlar”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru