“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                 

Xaçmazlı məmurun QƏRİBƏ MƏNTİQİ: YAP-çısansa susmalısan... - QALMAQAL
Tarix: 13-11-2024, 07:05 | Çap et
Xaçmazlı məmurun QƏRİBƏ MƏNTİQİ: YAP-çısansa susmalısan...
“İcra nümayəndəsi Rəşad Hacıbalayev barəmdə işlətdiyi nalayiq ifadələrə görə qanun çərçivəsində cavab verəcək. Mənə nəsə olsa, bunun günahı icra nümayəndəsi Hacıbalayevdə olacaq. Məni özünəqəsd həddinə çatdırıb”.

Bunu “Facebook” hesabında Xaçmazın Fərzəlioba kənd sakini Ülkər Bayramova yazıb.

Ülkər Bayramova həm də həmin məktəbin müəllimidir.

Fərzəlioba kəndi İnzibati Ərazi Dairəsi üzrə Köhnə Xudat icra nümayəndəliyinin tərkibindədir. Bayramovanın şikayəti də Köhnə Xudat icra nümayəndəsi Rəşad Hacıbalayevdəndir. Xanımın iddiasına görə, icra nümayəndəsi 5 ildən çoxdur ki, ona qarşı qərəzlidir:

“Mən təkcə müəllimə deyiləm, həm də kəndimizin ziyalısı olaraq kənddəki problemləri dilə gətirirəm, aidiyyəti qurumlara yazıram, kömək istəyirəm, tələb edirəm. Kənddə yol, mavi yanacaq problemi var, ictimai nəqliyyatın fəaliyyəti bərbaddır, işıq dirəkləri 60-cı illərdən qalıb, külək əsəndə adamın üstünə aşır. Məktəbdəki qızdırıcı da elektriklə işləyir, işıq sönəndə müəllim, şagird – hamımız soyuqdan donuruq. Mən bunları niyə dilə gətirməməliyəm? Vətəndaş olaraq vergi ödəyicisi kimi normal şərait tələb etmək haqqım var. Bütün bunlara görə də icra hakimiyyətindən tutmuş bütün aidiyyəti qurumlara yazıb göndəririk və bütün bu yazışmaları mən təşkil edirəm. İcra nümayəndəsi də bundan qıcıq olur”.

Ülkər Bayramova deyir, hələ 5 il əvvəl icra nümayəndəsi ona dərs dediyi məktəbdə hücum edib:

“Dərsdən çıxanda şagirdlərin, müəllimlərin, valideynlərin gözü qarşısında mənə hücum etmişdi ki, sən müxalifətçisən, aranı qarışdırmaqla məşğulsan. Bunu yuxarı orqanlara da yazmışdı ki, müəllimə müxalifətçidir, kənddə təxribatla məşğul olur. Araşdırıb gördülər ki, YAP-çıyam. Çağırdılar, soruşdular, dedim, məgər yaşadığım yerin problemlərini dilə gətirmək üçün mütləq müxalifətçi olmaq lazımdır? Mən vergi ödəyən bir vətəndaş olaraq rahat şərait, yol, qaz, işıq, ictimai nəqliyyat tələb edirəm. Hər haqqını tələb edən müxalifətçi olur ki?”.

Ülkər Bayramova deyir, icra nümayəndəsi onu təkcə müxalifətçi adlandırmır, həm də bir qadın olaraq ünvanına nalayiq ifadələr işlədir:

“Mən kəndin problemlərinin aradan qaldırılmasını tələb edirəm, o isə orda-burda arxamca ünvanıma nalayiq, əxlaqsız ifadələr işlədir. Kiçik kənddir, ağızdan bir söz çıxanda beş dəqiqəyə yayılır. Mən tək anayam, üç övlad böyüdürəm, qızım ali məktəbdə təhsil alır, digər övladlarımı da oxudub bir tərəfə çıxarmağa çalışıram. Bu adamsa sağda-solda ünvanıma demədiyi söz buraxmır. Gəlib xəstə atamın qulağına çatır, vəziyyəti pisləşir. Oğlanlarım böyüyür, qız anasıyam, onun nə ixtiyarı var ki, mənim barəmdə olmazın əxlaqsız sözlər danışsın? Dəfələrlə polisə də müraciət etmişəm, bu aralar yenə təkrar müraciət etmişəm, prokurorluğa da yazmışam. İcra nümayəndəsi məni o həddə çatdırıb ki, az qalıram özümü öldürüm”.

Qadının sözlərinə görə, bu yaxınlarda o, yenə kəndin ictimai nəqliyyat problemini dilə gətirib. Növbəti dəfə icra nümayəndəsi tərəfindən təhqirə məruz qalıb:

“Kəndimizə avtobus işləmir. Oğlum Xudat şəhərindəki məktəbdə təhsil alır. Gedib-gəlmək çox çətindir. Buna görə də rayon icra nümayəndəsi Fuad Şahbazovdan xahiş etmişəm ki, kəndə marşrut xətti açılsın. Müəllimlərin və kənd camaatının adından müraciət etmişəm. Fuad müəllim də mənə normal şəkildə cavab verdi, bildirdi ki, sakinlərlə səyyar görüş keçiriləcək, orada bu təklif müzakirə olunacaq, rayon rəhbərliyi çalışacaq ki, kəndin ictimai nəqliyyat problemi həll etsin. Bu məsələ icra nümayəndəsini özündən çıxarıb”.

Bayramovanın sözlərinə görə, kənddə kiçik tutumlu avtobusu olan bir nəfər var, icra nümayəndəsinə yaxın adamdır. Bekar vaxtlarında – əlavə məşğuliyyət kimi kənd sakinlərinə avtobus xidməti göstərir. Bu isə kənd sakinlərini qane etmir:

“Bizə daimi və dəqiq rejimlə xidmət göstərən ictimai nəqliyyat lazımdır, kiminsə kefiylə avtobus sürən yox… Mənim məktəbli oğlum niyə kefinə düşəndə avtobusunu xəttə çıxaran, kefinə düşməyəndə evdə yatan birindən ötrü küçələrdə, yollarda qalmalıdır? Müraciətim həm o avtobus sahibinin, həm də icra nümayəndəsinin xoşuna gəlməyib. İcra nümayəndəsi minib avtobusa, orada da sərnişin kənd camaatı olub. Ünvanıma çox ağır söyüşlər söyüb, deyib ki, yenə ora-bura yazır, avtobus tələb edir, sürücü də qoşulub ona, ünvanıma, şəxsimə nalayiq ifadələr işlədib. Avtobusda şagirdlərim də olub. Onlar bunu evdə öz valideynlərinə, valideynləri isə mənə dedi. İcra nümayəndəsi bu hərəkətləriylə mənim şagirdlərimin yanında özgüvənimi sarsıtmağa, məni aşağılamağa çalışır. Bu isə artıq dediyim kimi, məni intihar həddinə çatdırıb”.

Ülkər Bayramova deyir ki, aidiyyəti qurumlar şikayətinə baxmazsa, kəndin icra nümayəndəsi tərəfindən şagirdləri və valideynlər yanında qəsdən aşağılanan, təhqir olunan bir müəllimə kimi Prezidentə müraciət edəcək.

Meydan TV Rəşad Hacıbalayevlə də əlaqə saxlayıb. İcra nümayəndəsi müəllimənin ona böhtan atdığını deyir:

“Bu yaxınlarda mənə “Whatsapp” üzərindən kənddə yol kənarında texnikaların dayanmasıyla bağlı mesaj göndərmişdi. Özü də elə tonla tələb edirdi ki, “sənə deməmişəm filankəs orda texnika saxlamasın?” O filankəs də bunun keçmiş ərinin əmisi oğludur. Deyirəm, ay xanım, bu, adamın kənd təsərrüfatı texnikasıdır, lapetdir, otbiçəndir, kotandır. Adam qapısında saxlayıb. Ona necə deyə bilərəm ki, apar texnikanı başqa yerdə saxla?”.

“Demişəm, get, o yolun xəritəsi bələdiyyədədir, xəritədəki piyada yolunu tutursa, o başqa məsələ. O iş qaldı yarımçıq… İkinci məsələ də kəndin avtobus məsələsidir. İdrisoba, Fərzəlioba kəndlərinə avtobus işləyir. Şıxzaman adlı kişinin avtobusudur, yaxşı işləyir, hamı da razılıq edir. Gündə iki reys məktəb uşaqlarını və müəllimləri daşıyır. 10-12 gün əvvəl yolda saxlamışam, minmişəm, kənd adamlarından soruşmuşam ki, bir narazılığınız var, yoxdu? Razılıq ediblər. Orada heç bunun adı çəkilməyib. Kimsə gedib yalandan deyib ki, guya sürücüylə mən ünvanına söyüş söymüşük”, – icra nümayəndəsi bildirib.

Rəşad Hacıbalayev deyir, Ülkər Bayramovanın polisə, prokurorluğa etdiyi şikayətlərlə əlaqədar dəvət olunub və izahat yazıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru