Heç Qarabağ fatehləri olan generallar belə yerimir... - "Səxavətli" nazirin başsağlığı xəsisliyi...
Tarix: 1-11-2024, 10:12 | Çap et
 Azərbaycan fövqəladə hallar yaşanan ölkə olmasa da, burada Fövqəladə Hallar Nazirliyi var. 2006-ci ildə yaradılan nazirlik fəaliyyətə başlayandan hər dəfə bir "fövqəladə hal" baş verir. Sonuncu belə "fövqəlhadisə" Bakının Sabunçu rayonundakı tuneldə oldu - yağış suları doldu və çörəkpaylayan iki gənc boğulub həlak oldular. Ancaq FHN xilasediciləri günyarım sonra onların cəsədlərini aşkarlaya bildilər. Daha bunun harası Fövqəladə Hallar Nazirliyi oldu? Məsələn, hazırda İspaniyada qasırğanın gətirdiyi daşqınlar nəticəsində yaşanan fəlakətə, ölənlərə baxırsan, bir də Bakıya düşən "normadan artıq" yağış nəticəsində yaranmış mənzərəyə - tunellərə, keçidlərə, küçə və prospektlərə, ən nəhayət, adi bir yağışla dolmuş tuneldə iki nəfərin xilas edilməməsinə... Hansıdır fəlakət? Hansını fövqəladə hadisə adlandırmaq düzgün olardı? Keçmiş deputat Etibar Hüseynovun sözü olmasın, "fövqəlnazir" Kəmaləddin Heydərov genələ-genələ gəzir, heç Qarabağ fatehləri olan generallar belə yerimir, amma onun nazirliyi iki kasıb gənci tuneldən çıxara bilmir. Üstəlik, cəmiyyətdə belə şayiə yayıblar ki, guya həlak olanlar - Şirinov Elnur və Abbasov Köçəri özləri tuneldən çıxmaqdan imtina ediblər. Bəs, FHN xilasediciləri niyə onları çıxmağa məcbur etməyiblər? Necə ki, kimsə intihara cəhd edəndə onu fikrindən daşınmağa və əməliyyat keçirib özünü atmaq istədiyi hündürlükdən aşağı endirməyə nail olurlar, eləcə də tunelin yağış suları ilə dolmağa başladığını görən "fövqəlnazir"in əməkdaşları hər iki şəxsi oradan çıxmağa zorla məcbur etməliydilər. Biz xilasedicilərimizin də əməyini yerə vurmuruq, onların Azadlıq prospektində bina yananda, müxtəlif yanğın hadisələrində necə fədakar olduqlarını görmüşük, lakin yağışa görə iki nəfərin boğulmasına FHN-nin belə reaksiyası artıq ciddi bir məsuliyyətsizlik faktıdır. Ən dəhşətlisi odur ki, indiyə qədər nə FHN açıqlama yayıb, nə səbəbinə aydınlıq gətirilməyib. Sanki tuneldə iki insan boğulmayıb. Hadisənin üstündən sükutla keçilməsi göz qabağındadır. Çünki araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat verilmir. Bundan əlavə, FHN rəhbəri Kəmaləddin Heydərov Bağırov körpüsündə dayanıb suyun tuneldən çəkilməsinə tamaşa etməkdənsə, boğulan iki gəncin ailəsini ziyarət edə bilərdi. Ümumiyyətlə, nazir Heydərov baş verən bu hadisə barədə açıqlama belə vermədi. Axı bu ölkədə nə zaman səlahiyyət sahibləri öz işlərini görəcəklər? Nə zaman özlərində cavabdehlik hiss edəcəklər? Nə zaman xalqa hesabat və izahat verməli olduqlarını qəbul edəcəklər? Sanki belə də olmalı imiş və məmurlar öz sahələrinə aid hər hansı hadisə olanda xalqın qarşısına çıxaraq cavab verməli olduqları öhdəliyini unudurlar. Yəni bu saymazlıq, biganəlik və xalqa hörmətsizlikdir. Fakt iki gənc boğulub və ailələrinə başsağlığı da verilmədi. Heç olmasa, nazir Kəmaləddin Heydərov bu iki kasıb insanın ölümünə görə həm FHN-də məsuliyyət yiyələrini cəzalandıra bilərdi, ən azı ictimaiyyətin gözünə kül üfürmək üçün, həm də onların ailələrinə baş çəkə, maddi yardım göstərə bilərdi. Ancaq başadüşüləndir, bir ölkəninki nazirliyində xidməti otağında polkovnik qadınlarla intim əlaqədə olur və onu videoya çəkir, bir nazirlikdəki xınayaxdı keçirilir, daha nə gözləyəsən?! Ona görə də iki gəncin ölümünə "fövqəlnazir"in olmayan reaksiyası təəccüblü deyildi. Ümumiyyətlə, bu ölkədə Fövqəladə Hallar Nazirliyinə zərurət görünmür. Belə böyük binanın saxlanmasına, izafi xərclərə nə ehtiyac var? Əslində zaman-zaman nazirliyin ləğvi ekspertlər tərəfindən gündəmə gətirilib, sadəcə, Yanğından Mühafizə Xidmətinin fəaliyyəti təklif edilib. FHN əsgərləri isə Müdafiə Nazirliyinə tabe etdirilə bilər. Çünki yanğın, sel, daşqın və s. hadisələr olanda onsuz da onlar əraziyə cəlb olunurlar, bunu da bir idarə kimi saxlamaqla etmək mümkündür, nəinki zırıltı bir binaya FHN rütbəlilərini yığaraq büdcədən bu qədər vəsait xərcləməklə...
Anaxeber.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
• Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38 |
|
|
|
• Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35 |
|
|
|
• Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31 |
|
|
|
• “Danışığında problemlər var”
Bu gün, 12:27 |
|
|
|
• “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24 |
|
|
|
• “Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21 |
|
|
|
• Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17 |
|
|
|
• Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04 |
|
|
|
• Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00 |
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
• Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55 |
|
|
|
• Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53 |
|
|
|
• ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49 |
|
|
|
• Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46 |
|
|
|
• Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40 |
|
|
|
• Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33 |
|
|
|
• 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30 |
|
|
|
• Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28 |
|
|
|
• Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22 |
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
• Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56 |
|
|
|
• Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42 |
|
|
|
• Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39 |
|
|
|
• Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31 |
|
|
|
• Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20 |
|
|
|
• Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19 |
|
|
|
|