Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                 

Əmlak Məsələləri Dövlət Xidməti COP29 marşrutu üzərində abadlaşmaya mane olur - BU DA FAKT!!!
Tarix: 15-10-2024, 08:55 | Çap et
Əmlak Məsələləri Dövlət Xidməti COP29 marşrutu üzərində abadlaşmaya mane olur
Azərbaycanda yuxarıdan-aşağıya bütün dövlət ərkanı COP29 kimi mötəbər bir tədbirə hazırlaşdığı vaxtda bu tədbirin mahiyyətinə zidd hərəkətlərə yol verən məmular da var. Bir tərəfdə yaşıllıqlar məhv edilir, digər tərəfdə isə yaşıllaşdırmaya, abadlaşdırmağa süni əngəllər yaradılır.

Bu qənaətə Yasamal rayonu Şəfayət Mehdiyev 65 ünvanında yaşayan sakinlərin AFN.az-a müraciəti ilə tanış olduqdan sonra gəlmək olar. Vətəndaşlar bildirirlər ki, yaşadıqları ünvan COP29-un əsas marşrutlarından birinin üzərində yerləşir. Həmin ərazidə isə nəinki COP29-un mahiyyətinə zidd, hətta normal insan yaşayışı üçün tələb olunan şəraitə uyğun olmayan vəziyyət hökm sürür: “Yaxınlıqda yaşayış kompleksi tikilib istifadəyə verilib. Tikinti işləri tamamlandıqdan sonra nəinki ətrafdakı zibil təmizlənməyib, əksinə, daha da bərbad vəziyyət yaranıb. Olduqca səliqəsiz, naxoş görüntü durumunda olan ərazini öz vəsaitimiz hesabına abadlaşdırmaq istəyirik. Bunun üçün nə dövlətdən, nə tikinti aparan şirkətdən, nə də hər hansı qurumdan dəstək umuruq. Bütün işləri öz gücümüzə görməyə hazırıq. Burada heç bir tikinti aparmırıq, sadəcə abadlaşdırma işləri görmək istəyirik. Lakin Əmlak Məsələləri Dövlət Xidməti buna imkan vermir. Biz bu işlərə təzə başlayanda Yasamal rayon İcra Hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən, polisdən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən nümayəndələr gəldi, hamısı ilə danışıb məqsədimizi bildirdik və razılaşdılar. Hətta bəziləri bizə təşəkkür də etdilər belə gözəl təşəbbüs üçün. Bircə Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri ilə razılaşa bilmədik. Əvvəl Xidmətin Bakı Ərazi şöbəsinin əməkdaşları gəldilər, çox çək-çevirdən sonra maddi maraqlarının olduğunu hiss etdik. Buna razılaşmadığımız üçün başladığımız işi yarımçıq qoymaqla kifayətlənmədilər, indiyədək etdiklərimizi də uçurub, dağıdıb getdilər. Sonradan bizə məlumat çatdırdılar ki, Xidmət rəisinin qəbuluna getməliyik. Biz Bakı Ərazi Şöbəsinin rəhbəri ilə görüşmək istəyimizi təkidlər bildirsək də, dedilər ki, mütləq Əmlak Xidmətinin rəhbər şəxsləri ilə görüşməlisiz. Əraziyə gələn qrupa rəhbərlik edən Əli adlı əməkdaşa şöbə rəisi ilə görüş istəyimizi bildirməyimizə baxmayaraq, bundan imtina etdilər. Hətta bizim rəislə telefon danışığımıza da şərait yaratmadılar. Bildirdik ki, biz burada tikinti işləri görmürük, obyekt tikmirik, sadəcə, abadlaşdırma işləri aparmaq istəyirik. Bunun üçün xidmət rəhbərliyinin onsuz da çətin olan qəbuluna düşmək vaxt itkisidir. Bir halda ki, Bakı ərazi şöbəsinin rəhbəri ilə görüşə bilmirik, Xidmətin rəhbərliyi ilə necə görüşə biləcəyik?!”
Sakinlərin sözlərinə görə, həmin ərazidə yaxınlıqda tikilən yaşayış kompleksinin davamı inşa ediləcək. Məhz bu səbəbdən də boş ərazidə abadlıq işləri aparmağa imkan vermirlər: “Bizə sözarası başa saldılar ki, sonra burda tikinti işləri aparılanda ağacların kəsilməsi, yaşıllığın götürülməsi üçün müəyyən prosedurlar lazım olacaq. Ona görə də bura belə qalsa yaxşıdır. Biz isə deyirik ki, tikinti aparsınlar, etirazımız yoxdur, amma ona qədər biz abadlaşdırmaq istəyirik. Biz bunu dövlətdən istəmirik, öz vəsaitimizlə, öz hesabımıza bu işləri görmək istəyirik. Buradan COP29-un marşrutlarından biri keçəcək. Olmazmı ki, gələn qonaqlar görsünlər, dövlətimiz, ölkəmiz haqda onlarda yüksək təəssürat yaransın?!”
Sakinlərin müraciəti əsasında ərazidə olduq və kiçik araşdırma apardıq. Görünən mənzərə xeyli suallar yaradır. Belə ki, ünvana baxış keçirən zaman ətrafda xeyli sayda şəhərsalma qaydaları və prosedurlarını pozan tikililərin olduğunu müşahidə etdik. Maraqlıdır, bəs zamanında onlara niyə mane olmayıblar? Deməli, hansısa maraqlar çərçivəsində onlara icazə verilib?! Sakinlər isə bir daha bildirdilər ki, orada nümunəvi bir görüntü, filmlərdə, videolarda görünən həyət tipi yaratmaq niyyətləri var: “Heç bir tikinti aparılmayacaq, amma imkan vermirlər. İşi başladıq, yarıda dayandırdılar, lap biabırçı vəziyyət yarandı”.
Maraqlıdır ki, məsələyə hansısa qüvvələr "Azərişıq" ASC-nin yerli qurumlarını da qatıblar: “Bizə dedilər ki, buradan yeraltı kabel keçir, o da dərində olmadığı üçün ərazinin üzərində iş görmək olmaz. Nə qədər desək ki, burada tikinti aparılmır, sadəcə abadlaşdırma işləri görüləcək, yenə razılaşmadılar. Uzun illərdir orada yaşayırıq, bütün proses gözümüzün qarşısında getdi, ərazidə kabellərin bir qisminin normativ qaydalara uyğun olaraq daha dərindən aparılmasına baxmayaraq, həmin kabelin davamında digər bir hissəsi bilərəkdən torpaq qatının üst səthi ilə aparılıb. “Azərişıq” ASC-nin Yasamal rayon idarəsinin texniki direktoru bizdən 3 min manat istədi. Təbii ki, ondan imtina edərək, bildirdik ki, bu prsesdən şikayət edəcəyik. Belə olan halda bizi ASAN Kommunala yönləndirdilər. Halbuki bizə bunu daha öncə deməmişdilər. ASAN Kommunal da görüləcək iş üçün yenidən həmin şəxsə yönləndimə etdi. Onlar bu dəfə 18 metrlik məsafə üçün 150 metr kabel tələb etdilər, bir sözlə, hesab-kitabı elə qurdular ki, proses 6-7 min manatı belə keçdi. Məcbur olub imtina etdik. Bütün sənədləşmə işləri əlimizdədir, lazım gəlsə təqdim edə bilərik. Beləcə yaxşı bir təşəbbüs beşikdəcə boğuldu. Hələ də anlaya bilmirik ki, biz sadə vətəndaşlar dövlət başçısının təşəbbüsünə həvəslə qoşulmağa hazır olduğumuz halda, məmurlar niyə mane olurlar”.
Sakinlər media vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müracitə edərək, onun 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsini alqışladıqlarını bildirirlər. Eyni zamanda onun bu nəcib təşəbbüsünün bəzi məmurlar tərəfindən “sabotaj” edilməsini nankorluq kimi dəyərləndirirlər: “Cənab Prezident! BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ərəfəsində, COP29-un əsas marşrutlarından birinin üzərində yerləşən ərazidəki bərbad vəziyyəti gözümüz-könlümüz götürmür. Sizdən xahişimiz budur, Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə göstəriş verəsiniz ki, yaşadığımız ərazinin abadlaşdırılmasında bizə mane olmasın. Biz bütün məsuliyyətimizlə bəyan edirik ki, həmin ərazidə heç bir tikinti aparılmayacaq, sadəcə yaşıllıqlar salınacaq, insanların istirahəti, rahat hərəkəti üçün şərait yaradılacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru