"Hanı o Pşemislavlar, hanı o Martinlər, İsa müəllim?!" - ETİRAZ VAR...
Tarix: 7-10-2024, 09:22 | Çap et
 "Mən AMEA prezidenti, direktor və akademik İsa Həbibbəylinin milli qayğıkeşliyinin, canıyananlığının səmimi olmasına qətiyyən inanmıram. O, Mirzə Cəlilin öz dədə-babalarını saya-hesaba salmayan, tamamilə yadlaşmış, özgələşmiş, tamam başqa mentaliteti və mədəniyyəti mənimsəmiş, başları öz işlərinə qarışmış Martin adlı nəticəsini və Pşemislavı adlı kötücəsini diplomatik nümayəndəlikləri də cəlb etməklə böyük xərclər hesabına, demək olar ki, zorla bir-iki günlüyə Cəlilin 150 illik yubileyində iştirak etmək üçün Polşadan Azərbaycana gətizdirir və bunu camaata hadisə kimi sırıyır..." diaaz.space xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov ifadə edib.
O daha sonra əlavə edib: "Halbuki bu "millətçi", "azərbaycançı", "qayğıkeş" akademik gözünün qabağında ağır maddi vəziyyətə düçar edilmiş, ehtiyacla çarpışan alim həmkarını vecinə də almır, əksinə, onun iztirablarından sanki zövq alır. Niyə? Çünki o, ölkə üçün faydalı olan həqiqi alimə nifrət edir və xarakterində qətiyyən səmimiyyət yoxdur, əksinə, qısqanclıq var. İsa Həbibovun səmimiyyəti heç vaxt dövlət, millət marağı ola bilməz. Öz şəxsi marağı üçün stəkanda fırtına qoparar, ən mənasız işlərlə məşğul olar. Hanı o Pşemislavlar, hanı o Martinlər, İsa müəllim?! Onların Azərbaycana dəxli oldumu? Əlbəttə, yox. Bunu siz də bilirsiniz ki, onları Azərbaycan, hətta Mirzə Cəlil belə əsla maraqlandırmır. Sadəcə ekzotika, şəxsi maraq və nüfuzunuzu artırmaq naminə 2019-cu ildə xərclər çəkib gətirdiniz Bakıya. Bilirdiniz ki, xalqın saf kəsimi mahiyyətinə varmadan şoka düşəcək. Bu mənasız iş üçün bu qədər xərc, səs-küy, səfərbərlik, həngamə, vur-çatlasın Azərbaycanın nəyinə lazım idi? Heç nəyinə! Fəqət İsa Həbibbəyliyə lazım idi! İsfahan lotusu Şeyx Nəsrullahın macəralarını XXI əsrdə də təkrar etmək, xalqı avam yerinə qoymaq kimə lazımdır?! Bir də ki, Mirzə Cəlil Allahdan vəhy olunmuş əfzəl peyğəmbər və ya məsum on iki imamdan biri deyil ki, düşəsən onun müqəddəs nəsil şəcərəsinin dalınca... Məhsuldar bir alimin yetişməsi üçün Azərbaycan reallığında bəzən 40-50 il vaxt lazım olur, çünki sizlərin fəaliyyəti üzündən dövlət qayğısı ünvana gəlib çatmır. O da ya yetişə, ya da yarı yolda ölə, ölməyəni də İsa Həbibov və onun kimilər çərlədib öldürər. İsa Həbibbəyli, Azərbaycan dövlətinin hesabına əldə etdiyiniz maddi imkanlarınız intəhasızdır. Dürüst və faydalı Azərbaycan alimini öldürüb mənasız Pşemislav axtarışına çıxmağı millilik və azərbaycançılıq saydınızsa, vay bizim halımıza! Bu mənada sizin səmimiyyətinizə avamlar inansa da, 11 yaşlı ağıllı uşaq belə, inanmaz!"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
• Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38 |
|
|
|
• Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35 |
|
|
|
• Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31 |
|
|
|
• “Danışığında problemlər var”
Bu gün, 12:27 |
|
|
|
• “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24 |
|
|
|
• “Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21 |
|
|
|
• Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17 |
|
|
|
• Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04 |
|
|
|
• Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00 |
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
• Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55 |
|
|
|
• Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53 |
|
|
|
• ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49 |
|
|
|
• Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46 |
|
|
|
• Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40 |
|
|
|
• Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33 |
|
|
|
• 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30 |
|
|
|
• Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28 |
|
|
|
• Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22 |
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
• Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56 |
|
|
|
• Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42 |
|
|
|
• Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39 |
|
|
|
• Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31 |
|
|
|
• Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20 |
|
|
|
• Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19 |
|
|
|
|