Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                 

Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Tarix: Bu gün, 10:00 | Çap et
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
Mayın 16-da Albaniyada Avropa Siyasi Birliyinin (ASB) altıncı sammiti keçiriləcək. ASB 2022-ci ildə siyasi və strateji diskussiyalar üçün təsis edilmiş hökumətlərarası təşkilatdır. Layihənin məqsədi bütün Avropa ölkələrinin siyasətlərinin əlaqələndirilməsi platformasını yaratmaq və qitədə təhlükəsizlik, sabitlik və Avropanın inkişafı, xüsusən ötən ilin ortalarında Ukraynada müharibə ilə əlaqədar başlayan dərin enerji böhranından sonra vəziyyətin müzakirəsi üzrə ümumi maraq doğuran məsələlərdə siyasi dialoqa və əməkdaşlığa kömək etməkdir. Avropa Siyasi Birliyinə Aİ-nin üzvü olmayan ölkələr, o cümlədən Böyük Britaniya, Azərbaycan, İslandiya, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan və Ermənistan da daxildir.

Haqqın.az xəbər verir ki, ASB-nin altıncı sammiti Tiranada “Yeni dünyada yeni Avropa: birlik - əməkdaşlıq - birgə fəaliyyət” devizi altında keçiriləcək. Liderlər əvvəlcə Avropanın təhlükəsizliyi və gələcəyi ilə bağlı plenar iclasa, daha sonra isə yüksək səviyyəli dəyirmi masaya toplaşacaqlar. Müzakirə olunan mövzular sırasında Rusiyanın Ukraynaya təcavüzü də daxil olmaqla, Avropanın təhlükəsizliyi, demokratik davamlılığı və iqtisadi təhlükəsizlik kimi məsələlər var. Cənubi Qafqaz ölkələrindən hələlik yalnız Gürcüstan iştirakını təsdiqləyib.

Yada salaq ki, ASB formatı 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Aİ ölkələri və inteqrasiyaya can atan və ya daha sıx əməkdaşlıqda maraqlı olan dövlətlər arasında dialoq platforması kimi təklif edilib. Azərbaycan əvvəlcə sammitlərdə iştirak etsə də, sonradan marağını itirərək 2024-cü ilin oktyabrında Budapeştdə keçirilən beşinci görüşə qatılmayıb. Həmin vaxt tədbirdə Ermənistan və Gürcüstan iştirak edirdi. İştirakçıların siyahısı Tiranada keçiriləcək sammitin rəsmi saytında hələ dərc olunmayıb, ona görə də Azərbaycanın iştirak edib-etməyəcəyi məlum deyil. Ermənistanın iştirak edəcəyi ehtimalı var, çünki bu, Nikol Paşinyanın prezident Makronla yenidən görüşməsinə imkan verəcək.

Qeyd edək ki, Gürcüstan mayın 7-8-də Polşada keçirilən Aİ Xarici İşlər Nazirlərinin Sammitinə dəvət olunmayıb. İrəvanın Avrointeqrasiya kursunu elan etməsinə baxmayaraq, hətta Ermənistan da dəvətlilər siyahısında deyildi. Makronun yaratdığı liderlər konseyinə Azərbaycana dəvət göndərilməsi mümkündür, amma Fransa lideri ilə orada görüşmək Bakı üçün xoş deyil.

Deputat Azər Badamovun sözlərinə görə, Makron özünü Avropanın ağsaqqalı kimi göstərməyə çalışır: “Mayın 16-da Tiranada keçiriləcək Avropa Siyasi Birliyinin altıncı sammitinə hazırlıq işləri gedir. Sammitə dəvət olunan qonaqlar açıqlanır və tədbirin keçirilməsində əvvəlcə Avropanın təhlükəsizliyi və gələcəyi ilə bağlı plenar iclasa, daha sonra isə yüksək masaya toplaşacaqları bildirilir. ASB Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsüdür. Makron bu platformanı yaratmaqla özünü Avropanın ağsaqqalı kimi təqdim etməyə çalışır. Amma onu heç kim ağsaqqal kimi qəbul etmir. Bu baxımdan Avropa Siyasi Birliyinin sammitləri əsas məqsəddən uzaqlaşır və sadəcə bir toplantı görüntüsü yaratmaqla özlərinin ikili standartlı məsələlərini ictimaiyyətə açıqlamaq məqsədi daşıyır. Azərbaycan ASB-nin son keçirilən sammitinə qatılmadı. İndi də hesab edirəm ki, iştirak etməyəcək. Çünki bu sammit Avropada təhlükəsizlikdən daha çox Makronun təşəbbüslərinin irəli sürülməsi ilə özünü göstərib. Həm də sammit çərçivəsində ənənəvi olaraq Makronla Paşinyanın görüşləri baş tutur. Bu da Cənubi Qafqazda sülhün yaranmasına qarşı planlarının müzakirəsi üçün onlara fürsət olduğunu hesab edirəm. Biz nəinki Avropada, bütün dünyada sülhün və ədalətin bərpasının tərəfdarıyıq. Son 5 ildə Azərbaycanın atdığı bütün addımlar da Cənubi Qafqazda uzun illərdən sonra sülh və əməkdaşlığın gəlməsinə yeni fürsət pəncərəsi yaradıb. Amma bəzi qüvvələr sülhdən və təhlükəsizlikdən danışsalar da, özləri öz hərəkətləri ilə dediklərini inkar edir və münaqişələrin dərinləşməsi üçün barıtı artırırlar”.

Siyasi təhlilçi Sona Əliyeva Azərbaycan tərəfin Fransanın təşkilatçılığı ilə keçirilə biləcək heç bir tədbirdə iştirakda maraqlı olmadığını qeyd etdi: “Hazırda Azərbaycanla Fransa arasındakı münasibətlər prezident Emmanuel Makronun yarıtmaz siyasəti nəticəsində bərbad vəziyyətdədir. Bu baxımdan, yaxın perspektivdə Bakı ilə Paris arasında istənilən münasibətlərdə müsbət impuls axtarmaq inandırıcı görünmür. Avropa Siyasi Birliyində təmsil olunan ölkələrlə Azərbaycan sıx şəkildə əməkdaşlıq edir. Ticarət dövriyyəsi də çox yaxşıdır. Üstəlik, siyasi müstəvidə də durum ürəkaçandır. Amma Avropa Birliyinin çətiri altında Fransanın təşkilatçılığı ilə baş tutacaq istənilən tədbirdə Azərbaycanın iştirakı real görünmür. Doğrusu, heç Bakı da Parisin təşkilatçılığı altında baş tutan tədbirlərdə iştiraka can atmır. Avropa Siyasi Birliyi yeni dünya düzəninin təzə dizaynı ilə bağlı bir araya toplaşır. Bu məsələdə Azərbaycanın mövqeyi aydındır. Rəsmi Bakı ən yüksək səviyyədə məsələyə dəfələrlə münasibət bildirib. Ölkə başçısı İlham Əliyev yeni dünya düzənində bütün qütblərin durumunu, Azərbaycanın yeni dünya düzənində Türk Birliyi çətiri altında, eləcə də müstəqil formada əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib. Azərbaycan həm geosiyasi və geostrateji, həm də iqtisadi baxımdan yeni dünya düzənində aparıcı rol alan ölkələrdəndir. Bu baxımdan, Azərbaycanın varlığını nəzərə almadan heç bir Cənubi Qafqaz ölkəsi yeni dünya düzənində nə görünəcək, nə də hiss olunacaq. Çünki Cənubi Qafqazda əsas tərəf Azərbaycan, asılı tərəflər isə Gürcüstanla Ermənistandır. Doğrudur, Azərbaycan Avropa Siyasi Birliyinin Tirana toplantısına dəvət oluna bilər. Ancaq Bakının bu dəvətə maraqlı olmadığı aydındır. Çünki Bakı ikiüzlü və ikili standartlarla işləyən bütün mexanizmlərdən və təşkilatçılardan uzaq durmağa çalışır. Azərbaycan bütün qütblərlə və təşkilatlarla bərabərtərəfli münasibətlərdə maraqlıdır. Ona görə də bütün qütblərlə məsafəli şəkildə işləyir. Azərbaycan yeni dünya düzəni ilə bağlı əvvəlki təkliflərinin üzərində dayanır. Bakı bildirir ki, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında köklü islahatlar aparılmalıdır. Fransa isə imperialist yanaşmasından əl çəkmədiyi üçün dünyanın ədalət və mizan tərəzisinin "təmiz çəki" perioduna qayıtmasını istəmir. Amma istənilən halda rəsmi Bakının dediyi kimi olacaq. Əks halda, üçüncü dünya savaşı bütün dünyanı silkələyəcək".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru