İrəvanın sərhəddə odla oyunu - Sülh 2 il yubana bilər
Ermənistan sərhəddə hərbi eskalasiya risklərini özündə saxlayan addımları sürətləndirir – AB missiyasının qalma müddətini uzatmaq bunun bir hissəsidir: yanvarın 27-də bu qərar verilməklə gərginlik artacaq və avropalı kəşfiyyatçılar İranla sərhədə yerləşəcək – Brüssel regionu qarışdırır Azərbaycanla Ermənistan arasında hərtərəfli, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına və səfirliklərin açılmasına gətirəcək sülh müqaviləsi imzalanmayınca, bölgədə müharibə riski qalacaq. Təəssüf ki, rəsmi İrəvan iki xalq arasında düşmənçilik səhifəsinin bağlanması yönündə gərəkənləri etmir.
Qiymətli zaman isə gedir. Xəbər verildiyi kimi, 2025-ci il yanvarın 10-da Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat xidməti Brüsselin Aİ-nin Ermənistandakı missiyasının müddətini uzatmaq niyyətində olduğunu açıqlayıb. 27 yanvar tarixində kəşfiyyat missiyasının mandatının daha 2 il müddətinə uzadılacağı gözlənilir. Prinsipial qərar artıq qəbul edilib.
Lakin məsələ bununla bitmir. Məsələ ondadır ki, Brüsseldə bu missiyanın təkcə kəşfiyyat funksiyalarının kifayət etmədiyi qənaətinə gəlinib və buna görə də ona hərbi funksionallıq əlavə edilməli olduğu düşünülüb. Bildirilir ki, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyat xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək. Missiyanın mövcud kəşfiyyat infrastrukturu (yalnız binokllar deyil, həm də Azərbaycan istiqamətinə baxmaq üçün istifadə olunan kameralar) ilə yanaşı, müvafiq avadanlıqlar və xüsusi texnikanın, o cümlədən hərbi nəqliyyat vasitələrinin tətbiqi də nəzərdə tutulur. Həmçinin avromissiya üzvlərinə silah daşımağa icazə veriləcək. Xatırladaq ki, Ermənistanla sülh müqaviləsinin razılaşdırılmayan iki bəndindən biri məhz sərhəddən üçüncü ölkənin və ya qüvvənin birləşmələrinin çıxarılması ilə bağlıdır. Göründüyü kimi, İrəvan AB missiyasını nəinki öz ərazisindən çıxarmağa hazırlaşmır, əksinə onun daha iki il uzadılması və faktiki hərbi bazaya çevrilməsinə razılıq verib. Bu isə sülh sənədinin azı iki il yubadılması deməkdir – özünün bütün riskləri ilə birgə.
Bu arada Britaniya hökuməti Azərbaycanla davam edən gərginliyə görə öz vətəndaşlarını Ermənistanın sərhədyanı ərazilərinə səfərdən çəkinməyə çağırıb. Hesabatda Ermənistan-Azərbaycan sərhədinin bağlı qaldığı qeyd edilir və bütün şərq sərhədindən 5 km məsafədə hər hansı səyahətdən çəkinmək tövsiyə olunur. “Buna səbəb iki ölkə arasındakı münaqişədir. Bu ərazilərdə konsul dəstəyi son dərəcə məhduddur”, – müraciətdə deyilir. Britaniya hakimiyyəti yolun Tavuş bölgəsindəki İcevan-Noyemberyan hissəsini də ziyarət üçün təhlükəli hesab edir. Həmçinin qeyd edilir ki, İrəvanla İstanbul arasında aviareyslərin olmasına baxmayaraq, Ermənistan-Türkiyə sərhədi bağlı qalır. Aydındır ki, belə bir müraciət Britaniya xüsusi xidmət orqanlarının tövsiyəsi olmadan ortaya çıxa bilməzdi. Hərçənd Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir ki, 2025-ci ildə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə ehtimalı yüksək deyil. Qurum müxtəlif faktlar, məlumatlar və hadisələrin təhlilinə əsaslanaraq, bu qənaətə gəldiyini bildirib. Bütün bunların fonunda, Ermənistan odla oyunu nəyə gətirə bilər, sülh müqaviləsi daha neçə il yubanacaq?
Caliber.az-a etibarlı mənbələrdən daxil olan məlumatda bildirilir ki, yanvarın 27-də casus missiyasının mandatının daha iki il müddətinə uzadılması gözlənilir. Əsas qərar artıq verilib. “Brüsseldə, görünür, qərara gəliblər ki, bu missiyanın yalnız kəşfiyyat funksiyaları kifayət etməyəcək və ona görə də ona hərbi funksiyalar da vermək lazımdır. Daxil olan məlumatlardan aydın şəkildə görünür ki, ona görə avrocasusların mandatını genişləndirmək planlaşdırılır, o cümlədən missiya təkcə kəşfiyyat missiyası olmayacaq, həm də tam bir hərbi nümayəndəlik olmağa çalışacaq. Qeyd edək ki, onların bölmələrinin sərhədin Ermənistan-Türkiyə və Ermənistan-İran hissələrində yerləşdirilməsi planlaşdırılır”, – materialda qeyd olunur.
“Paşinyan seçkilərin nəticələrinə qədər sülh sənədinin bağlanmasını yubatmaq istərdi” – Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev “Yeni Müsavat”ın sualına cavabında belə qeyd etdi. Onun sözlərinə görə, sülh sazişi delimitasiya prosesi ilə sinxronluq təşkil edir: “Əgər sərhədlərin dəqiqləşməsi sürətlənsə, sülh prosesinə də töhfə verər. Hazırda İran sərhədlərinə doğru bir iş aparılır. Ümumilikdə Bakı ikitərəfli danışıqlar aparır: sülh sənədi və sərhəd müəyyənləşməsi. İkincisi, ağır gedir, amma gedir. Sülh mətnində isə iki bənd qalıb. Əlqərəz, deyilən məsələlər həllini tapsa da, Ermənistan ərazi iddialarına son qoymağı Konstitusiyada təsdiqləməlidir”.
Partiya rəsmisi ümid edir ki, vasitəçisiz davam edən bu danışıqlar yekun sülh müqaviləsi ilə nəticələnəcək: “Bütün nailiyyətlər ikitərəfli danışıqlara aiddir. Keçmiş həmsədr ölkələr müdaxilə etməyəndə nəticə əldə etmək olur. Artıq xüsusi nümayəndələr də yoxdur. Yadınızdadır, Rusiya Xovayevi, ABŞ öz adamını təyin etmişdi, Aİ Toivo Klaarı bölgəyə tez-tez göndərirdi. İndi fərqə baxın, onlar neçə vaxtdır gəlmirlər, faydası göz qabağındadır. Deməli, əngəl olmasınlar, biz İrəvanla təkbətək danışa bilirik. Haçan ki onlar qarışıb, onda proses alınmayıb. Elə ki moderatorsuz müzakirələr aparılıb, o halda tərəflər irəliyə doğru addım atıblar. Bu mənada, əsas prinsip vasitəçiləri yaxın buraxmamaqdır. Sonrakı mərhələ isə Ermənistan iqtidarını sülhə məcbur etməkdir. Amma yekun sənəd 2026-dan sonraya çəkə bilər. Çünki Paşinyan kritik seçkini keçməlidir. Bu təhlükəni adlayandan sonra sülh danışıqlarında daha rahat iştirak edə biləcəyini hesablayıb. Amma avropalı ”casus”ların bölgəyə gətirilməsi və say artımı gərginliyə səbəb olacaq”.
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, tərəflərin sülh sazişində razılaşmadan tədricən uzaqlaşdığı müşahidə edildiyi vaxt, sərhəd razılaşmasının əldə edilməsi maraqlıdır: “Ermənistan bu razılaşma ilə şimaldan cənuba qədər uzanan bütöv sərhədin delimitasiyasında Qazax-Tavuş istiqamətinin müəyyən edilməsində tətbiq edilən prinsipin (Alma-Ata Bəyannaməsinə istinad) əsas götürülməsinə çalışır: bununla SSRİ dövründə ermənilərə bağışlanan ərazilər üzərində legitimlik qazanmağa, eləcə də Azərbaycan ordusunun strateji yüksəkliklərdən geri çəkilməsinə nail ola biləcəklərinə ümid edirlər (cari dövr üçün əsas istəkləri 2022-ci ilin sentyabr döyüşlərində ordumuzun İstisu (Cermuk) istiqamətində nəzarətə götürdüyü yüksəkliklərdən çəkilməsidir); razılaşmada delimitasiya prinsipi əksini tapmadığı üçün Alma-Ata Bəyannaməsinə istinadən edilən 19 aprel 2024-cü il sənədi aktual olaraq qalır”.
Təhlilçinin fikrincə, qlobal dəyişikliklər, xüsusilə Trampın hakimiyyətə qayıdışı Cənubi Qafqazdakı hadisələrin də inkişafına təsir edəcək və Bakı-İrəvan danışıqları bu prosesdə əsas “siyasi döngə” rolunu saxlayacaq: “Regionda toqquşan maraqlar güc mərkəzlərinin Azərbaycan-Ermənistan problemlərindən bölgəyə ”müdaxilə” üçün yararlana biləcəyi gözləntisini də önə çıxarır və istisna deyil ki, xüsusilə Qərb qüvvələri sərhəd məsələsini – “Ermənistan ərazisinə müdaxilə” iddialarını istifadə edə bilər; bu kontekstdə şimaldan cənuba doğru delimitasiyanın aparılması ilə bağlı məsələ maraqlı oyunçuların “sərhəddən giriş” imkanlarını neytrallaşdırmağa imkan verir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Bu gün, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Bu gün, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Bu gün, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Bu gün, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Bu gün, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Bu gün, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Bu gün, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Bu gün, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Bu gün, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Bu gün, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Bu gün, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
|