Azərbaycanlılar ötən il Türkiyədən 866 daşınmaz əmlak alıblar. İl ərzində həmvətənlərimizin qonşu ölkədə apardığı alqı-satqı əməliyyatlarının həcminə nəzər salsaq, dekabrda artım baş verib. Azərbaycanlılar 2024-cü ilin son ayında Türkiyədən 110 əmlak alıblar. Bununla da Türkiyənin daşınmaz əmlak bazarında iştirak paylarına görə altıncı sırada qərar tutublar.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Məlumata görə, 2024-cü ildə Türkiyədə ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb.
Ruslar təkcə ötən ilin dekabrında Türkiyədən 2166 daşınmaz əmlak alıblar. İllik isə bu rəqəm 4867 əmlaka çatıb.
Türkiyədə daha çox mənzil alan xaricilərin siyahısında rusları İran və Ukrayna vətəndaşları izləyib.