
BİR GÜNDƏ DAHA 250 NƏFƏR ÖLDÜRÜLÜB
Ötən gün ərzində Azad Suriya Ordusu ilə hökumət qoşunları arasında baş verən toqquşmalarda ölkənin müxtəlif şəhərlərində ən azı 250 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə cümə günü "Əl-Cəzirə" telekanalı məlumat verib.
Həlak olanların əksəriyyəti Dəməşq, Aleppo və Homs şəhərlərinin sakinləridir.