ELDAR ƏZİZOV NAZİRLƏRƏ QARŞI
Tarix: 31-10-2011, 12:32 | Çap et
İCRA BAŞÇISI VERGİLƏR NAZİRİNİN ADAMINI "BİTİRMƏK" İSTƏYİR
DİA.AZ: - Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizov sözün həqiqi mənasında yüksək sürət götürüb. Təyinatı gerçəkləşəndən az sonra Sumqayıta yeni qaydalar gətirən E.Əzizov, "gənclik şəhəri"ndə "qanunsuz tikili" adı ilə böyük söküntü kampaniyasına start verib. Onun Sumqayıta gətirdiyi və əksəriyyəti yerli əhalinin narazılığı ilə qarşılanan başqa "yenilikləri" də var.
Amma biz indi bunlardan deyil, tamam başqa bir məqamdan bəhs etmək fikrindəyik. Belə ki, yeni icra başçısının davranışlarından onun özünə hədsiz əmin olması və hakimiyyətin yüksək çinli məmurları, oliqarxları ilə "kəllə-kəlləyə" gələcək qədər irəli getməsi aydın görünür. Belə hiss olunur ki, Eldar Əzizov artıq özünü yetərincə güclü fiqur kimi hiss etməyə başlayıb və hakimiyyətin daxilində ciddi mövqe sahibi olan iri vəzifəlilərin belə, qarşısında güc nümayiş etdirməkdən çəkinmir.
Dediklərimizi dünən etibarlı qaynaqlardan “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan bir bilgi də təsdiqləyir. Həmin bilgidə Eldar Əzizovun Vergilər Nazirliyi 2 saylı Sumqayıt şəhər Vergilər Departamentinin rəisi İlqar Əhmədovla konfliktə başladığı vurğulanır. Cənab Əzizov İlqar Əhmədovun "vurulması"na çalışır. Bir neçə gün əvvəl yeni icra başçısı bununla bağlı Vergilər Nazirliyinə təqdimat da göndərib. E.Əzizov İlqar Əhmədovla işləmək istəməməsini Sumqayıta təyinat aldıqdan bir müddət sonra şəhər sahibkarları ilə görüşündə 2 saylı Vergilər Departamentinin fəaliyyətindən ciddi narazılığın olması ilə əsaslandırıb. Belə ki, Sumqayıtın orta və kiçik bizneslə məşğul olan iş adamları sözügedən departamentin onların fəaliyyətinə qanunsuz müdaxilələrindən bezdiklərini və yeni icra başçısından bu məsələyə bir əncam çəkməsini istəyiblər.
Eldar Əzizov da onların tələbini əsas götürərək, İlqar Əhmədovun görəvindən uzaqlaşdırılmasında israrlıdır. Doğrudur, Sumqayıtın iri biznesmenləri departamenrt rəisinə qarşı açıq narazılıqlarını bildirməyiblər. Bu isə heç də onların İlqar Əhmədovdan yerdən-göyədək razı qalmaları ilə bağlı deyil. Söhbət həmin biznesmenlərin vergilər naziri Fazil Məmmədova yaxınlığı ilə seçilən departament rəisinin qəzəbinə gəlmək istəmələri ilə bağlıdır.
Onu da deyək ki, departament rəisi E.Əzizovun iradları ilə razı deyil, o bu posta bir neçə aydır təyin edildiyini və narazılıqların əvvəlki dövrlə bağlı olduğunu diqqətə çatdırsa da, icra başçısı bununla razılaşmayıb və əvvəlki mövqeyində israr edib.
Maraqlıdır ki, Sumqayıtın yeni icra başçısı Eldar Əzizov da İlqar Əhmədovun fazil Məmmədovun kadrı olduğundan məlumatlıdır, amma bununla belə, o, departament rəisinin vəzifəsinə xitam verdirməkdə təkid edir. Məlumatı verən qaynağımızın deməsinə görə, İlqar Əhmədov vaxtilə Vergilər Nazirliyində çalışıb. Bundan bir qədər sonra o, Fazil Məmmədovun göstərişi ilə Şəmkirə - ərazi vergi idarəsinə rəis müavini göndərilib. Nəzərə alsaq ki, Şəmkir birbaşa vergilər nazirinin kurasiyasında olan bir rayondur, o zaman Fazil Məmmədovun belə bir təyinata yol açmasını onun İ.Əhmədova nə qədər etimad göstərdiyinin isbatı kimi dəyərləndirmək mümkündür. İlqar Əhmədovun daha sonra Sumqayıt şəhər 2 saylı Vergilər Departamentinin rəisi kimi ciddi bir görəvə irəli çəkilməsi də onun vergilər nazirinin yaxın kadrı kimi qiymətləndirilməsini labüd edir.
İndi bütün bunlardan yaxşı xəbərdar olduğu halda Eldar Əzizovun İlqar Əhmədovla konfliktə girməsi və onun Sumqayıtdakı karyerasının sonuna çıxmaq istəməsi əslində vergilər nazirinin iradəsinə qarşı da açılmış savaş sayıla bilər. E.Əzizovun F.Məmmədov kimi oliqarxla "kəllə-kəlləyə" gəlməyə yetəcək qədər cəsarəti haradan aldığı isə əlbəttə, çox maraqlıdır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
|