Fazil Məmmədovun "xudmani" biznes imperiyası... - O da ölkədən qırağa milyardları çıxara bilib...
Tarix: 23-11-2015, 08:47 | Çap et
Azərbaycanda hakimiyyətin önəmli fiqurları olan iri ranqlı məmurlar həm də geniş biznes strukturlarına və nəzarət imkanlarına malikdirlər. Bu, heç kimə sirr deyil. Vəzifə kürsüsündə mövqelərini möhkəmləndirdikcə onlar ayrı-ayrı sahələrə nəzarəti tamamilə əllərinə keçirərək nəhəng biznes imperiyası formalaşdırırlar. Ölkədə ən dəbdə olan ifadələrdən birinin də “məmur oliqarxlar” olması heç də təsadüfdən yaranmayıb. Bu gün üzdə olan bütün böyük biznes qurumların demək olar ki, mütləq əksəriyyətinin ayrı-ayrı məmurların nəzarətində olması şübhə doğurmur.
Ölkənin bu sahədə öndə gedən fiqurları içərisində Vergilər naziri Fazil Məmmədovun xüsusi çəkisi vardır. Dövlətin ən mühüm sahələrindən birinə rəhbərlik etməsinin ona qazandırdığı geniş imkanlar son nəticədə böyük bir biznes imperiyasının formalaşmasına səbəb olub. Xüsusilə özəl sektora təsir imkanlarının böyük olması nazirə bütün sahələrdə fəaliyyət göstərmək üçün şərait yaradıb.
Sirr deyil ki, ölkənin əksər bölgələri iri məmurlar arasında bölüşdürülüb və zaman-zaman nüfuz dairəsinin genişlənməsi üçün oliqarxlar arasında mübarizə şiddətlənir.
Fazil Məmmədov da hakimiyyət daxili əlaqələrindən istifadə edərək ölkənin qərb regionlarında və bir neçə digər bölgələrdə özünə yaxın kadrları yerləşdirməklə nəzarəti ələ keçirməyə müvəffəq olub.
Hazırda F.Məmmədov bir neçə rayonun icra hakimiyyətinin başçısı postuna öz adamlarını yerləşdirə bilib. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov (sabiq vergi işçisi, nazirin yeznəsi) onlardan biridir. Verilən məlumatlara əsasən, hakimiyyət elitasında mövqeyi möhkəmlənən F.Məmmədov indi nüfuz dairəsində olan ərazilərin sayını artırmaq niyyətindədir. Xüsusilə nazirin hədəfi iri şəhərlərin rəhbərliyini ələ keçirməkdir. Söhbət ilk növbədə Gəncə, Sumqayıt, Lənkəranın, eləcə də bir sıra gəlirli rayonların icra hakimiyyətlərinin başçısı postlarına sahiblənməkdən gedir. F.Məmmədov hakimiyyət elitasındakı rəqiblərinə əzələ nümayiş etdirmək üçün ilk növbədə iri şəhərləri nüfuz dairəsinə qatmaq istəyir. Vergilər nazirinin ən böyük “projelərindən” biri isə Bakı meriyasına nəzarəti tam ələ keçirməkdir. Bunun üçünsə konkret namizəd və həyata keçirilən plan mövcuddur.
Fazil Məmmədovun biznes layihələri içərisində onun “Şəmkir xanədanı” xüsusi yer tutur.
Məlumatlara əsasən, vergilər nazirinin Şəmkirdə gördüyü işlərə təxminən 700 milyon manata yaxın vəsait qoyması demək olar ki, bu rayonun yenidən qurulmasına səbəb olub. Yerli əhali bu işlərin görülməsi nəticəsində Şəmkirə məxsus bir sıra ənənəvi ştrixlərin, Alman məhəlləsinin, almanlardan qalma qədim konyak zavodunun silinməsindən narahat və narazıdı. Amma F.Məmmədovun indi Şəmkirdə gördürdüyü işlər rayonun bir çox sakinlərinə işgəncə yaşadır, onlarla iş adamının, yüzlərlə sadə vətəndaşın haqqı tapdanır. Torpağı əlindən alınır, obyektləri, evləri sökülür. Bu qədər böyük pulların və işlərin qabağında onlara qəpik-quruş ödənilir, etirazları dinlənilmir. Xəbərlərdə bildirilir ki, Fazil Məmmədovun “Şəmkir layihəsinə” böyük paralar cəlb olunduğundan dairəyə kənar adamlar buraxılmır. Bu işlərlə nazirin ən yaxın adamları məşğuldurlar. Hətta F.Məmmədovun Bakıda yüksək vəzifə tutan adamları da günlərini əsasən Şəmkirdə keçirilər.
Təkcə Şəmkir rayonu deyil, eyni zamanda Gədəbəy rayonunda da Fazil Məmmədovun saysız obyektləri var. Aldığımız məlumatlara görə, F.Məmmədov həm yerli sakinlərin, həm də ətraf rayonlarda yaşayan, üstəlik, ölkənin digər regionlarından da gələn insanların istirahət mərkəzi kimi istifadə etdikləri əraziləri zəbt edib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazinin (meşə massivinin) mənimsənilməsi daha çox narazılıqlara səbəb olub. "Yastı meşəsi” adlanan istirahət zonasında tikilən imarət və ətrafındakı fazenda F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib. İllər uzunu həmin ərazidən ilin yaz və yay fəsillərində vətəndaşlar istirahət məqsədi ilə istifadə ediblər. Xırda talalarla zəngin olan əsasən, meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə "Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib. Vergilər nazirinin Gədəbəy rayonunda da çoxsaylı müəssisələrinin olması haqqında informasiyalar verilir. Nazirin biznes imperiyası öz sıralarını daima genişləndirir. Verilən məlumatlara əsasən, “Synergy Group” ASC holdinq şirkəti Şəmkirdə “Shamkir Capital Group” investisiya şirkəti yaradıb. İlkin kapital 200 min manatdır. Yeni şirkətin Müşahidə Şurası ana şirkətin MŞ-da olan şəxslərdir: Dəyanət Quliyev, Ağasəməd Əfəndiyev və Fəxriyar Cabbarov. Buna qədər “Synergy Group” ASC Şəmkirdə bir neçə kommersiya strukturu yaradıb: “Excelsior Hotel Shamkir”, “AzAgro”, “Zeyem Texnologiyalar Parkı”, “Shamkir Agropark”. “Synergy Group” (səhmlərin 99%-i Əşrəf kamilova məxsusdur) sürətlə inkişaf edən holdinqlərdəndir. Bu il 5 illiyini qeyd edir. Qısa müddətə şirkətlərinin sayı 30-a çatıb. Şirkətin kapitalı 50 mln manatdır. 33 mln manat ziyanla 31 dekabr 2013-cü il üçün aktivləri 136 mln manata çatıb. Qrup bu yaxınalarda “Kövsər Bank” ASC-ni alması haqqında da məlumatlar verilmişdi. Beləcə, Vergilər naziri bütün vasitələrlə öz nüfuz dairəsini genişləndirmək və hakimiyyət daxili mövqelərini möhkəmləndirməklə qarşıdan gələn parlament seçkiləri öncəsi və sonrası öz toxunulmazlığını təmin etmək istəyir. Verilən məlumatlara əsasən, parlamentin tərkibində özünə axın adamları görmək istəyən nazir artıq xüsusi hazırlıq işlərinə də start verib.
FazilMəmmədovun ölkədən kənarda şəxsi mülklər və biznes obyektləri aldığı heç kimə sirr deyil. Dəyəri milyon manatlarla ölçülən bu mülk və obyektlərin hansı maliyyə qaynaqları hesabına əldə edildiyi isə sirr qalır. Çünki onların maaşları ilə bu cür dəbdəbəli villa və obyektlərə sahiblənməsi qətiyyən mümkün deyil.
Məlumatlara görə, nazirin Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks oteli var. Həmin otel “Mir” adlanır. Qəzetimizə bu haqda bildirən mənbənin sözlərinə görə, “Mir”otel Rezort Spa öz dəbdəbəsi ilə sözün həqiqi mənasında “göz qamaşdırır”.
Truskovetsin ən yaxşı otellərindən hesab olunan “Mir” oteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub. Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu otelə üz tuturlar.
Nazirin otelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” (“Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Otelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir.
Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.
Ümumilikdə 129 Standart nömrəsi, bundan başqa, Lüks və Lüks Premyer nömrələri də olan “Mir” oteli seçimini ondan yana edənlərə pulsuz parkinq, bütün otel ərazisində pulsuz Wi-Fi xidməti də göstərir. Oteldə uşaqların rahatlığı və əyləncəsinə xüsusi önəm verilib ki, bu da Truskovetsə ailəsi ilə birgə təşrif buyuranların məhz “Mir”ə üz tutmasında müstəsna rol oynayır.
Mənbəmizin dediyinə görə, nazirin otelinin “Hər şey daxildir paketi otağın 7 gündən daha artıq müddətə rezerv edilməsi təqdirində qüvvəyə minir. Bu paket özündə aşağıdakıları cəmləşdirir:
- seçilmiş kateqoriya üzrə otaqda yaşayışın təmin olunması - gündəlik 3 dəfə yemək. (İsveç stolu) qəlyanaltı,nahar,şam yeməyi. - həkim-terapevt konsultasiyası - 'Med Palas' müalicə-diaqnostika mərkəzində təyinatı üzrə müalicə - basseyn,sauna və trenajor zalından istifadə hüququ - byuvet mineral sulardan istifadə
Həmçinin Mirotel Rezort SPA otelində aşağıda göstərilən xidmətlər mövcuddur: mərkəzi qidalanma restoranı, barlar, əyləncə klubu (diskoteka,bar,şou-proqram). SPA: (hovuz, cakuzi, sauna, SPA-Prosedurlar). Transfer, kimyəvi təmizləmə, ekskursiyaların təşkili və ticarət butikləri də nazirin bu istirahət kompleksinə daxil edilmişdir. Bundan başqa, oteldə bənzərsiz konfrans-servis vardır: konfrans zalları (bütün lazımi avadanlıqla təmin edilmişdir), biznes mərkəzi (faks, kompyuter, çap maşını). Bir sözlə, nazirin haqqında danışılan oteli öz müasirliyi ilə fərqlənir, eyni zamanda onun ərsəyə gəlməsi üçün fantastik pullar xərcləndiyini göstərir. Bəs bu pulların qaynağı haradır? Əlbəttə, bunu konkret şəkildə demək çətindir. Amma Fazil Məmmədovun rəhbərlik etdiyi nazirliyin adının korrupsiyalaşmış dövlət qurumlarının ön sırasında çəkilməsi, onun işçilərinin xüsusilə sahibkarlıq fəaliyyətinə yerli-yersiz müdaxilələrinin geniş miqyas alması və hətta ölkə başçısının da hökumətin son müşavirələrindən birində bu haqda birbaşa və sərt şəkildə, tənqidi tonda danışması bizə “Mir” otelinin hansı maliyyə mənbəyi hesabına ərsəyə gətirildiyini ehtimal etmək üçün ipucu verir.
Mənbəmiz onu da bildirib ki, F. Məmmədovun sözügedən otelinin xidməti personalı tamamilə əcnəbilərdən təşkil edilib: “Halbuki nazir ora azərbaycanlıları işçi götürməklə bir çox ailənin dolanışığını təmin edə bilərdi. Üstəlik, ölkə başçısı da çıxışlarında bir neçə dəfə Azərbaycandan kənarda yatırım qoyanlara işçi seçimi zamanı öz soydaşlarımıza üstünlük vermək barədə çağırış edib. Bu çağırışa vergilər nazirinin etinasızlıq göstərməsi maraq doğurur. Elə isə biz müstəqil iş adamlarından xaricdəki sərmayələrində azərbaycanlı işçilərə üstünlük verməyi necə gözləyə, bunu onlardan necə tələb edə bilərik?!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Bu gün, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Bu gün, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Bu gün, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Bu gün, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Bu gün, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Bu gün, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Bu gün, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Bu gün, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Bu gün, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Bu gün, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Bu gün, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Bu gün, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Bu gün, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Bu gün, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Bu gün, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
|